Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 Sen 14:43Bank
Zədələnmiş pulları necə dəyişdirə bilərik? - RƏSMİ AÇIQLAMA
Mərkəzi Bank və onun ərazi idarələri tərəfindən əhalidə olan yararsız pul nişanlarının qəbul edilməsi, ekspertizası və dəyişdirilməsi, eləcə də nağd pulla bağlı sorğuların və müraciətlərin cavablandırılması məqsədilə əhaliyə xidmət göstərilir. Bununla bağlı Mərkəzi Bankın “Qaynar xətt”inə (966) müraciət oluna bilər.
Digər məsələ xüsusilə Azərbaycanda zədələnmiş xarici valyutalarda olan əsginasların yenisi ilə əvəz edilməsi prosesi necə həyata keçirildiyi ilə bağlıdır. Ölkəmizdə istənilən xarici valyutanın dəyişdirilməsi təmin edilirmi və ya əsginasların neçə faizi zədələndiyi halda onun dəyişdirilməsi mümkün olur və s. kimi suallara Mərkəzi Bank tərəfindən cavab verilib.
Kommersiya bankları zədələnmiş xarici valyutada pul nişanlarının yararlı pul nişanına dəyişdirilməsini öz daxili qaydalarına uyğun olaraq həyata keçirə bilər.
Respublikaxeber.az xəbər verir ki, bu barədə Oxu.az-a Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Bankdan Azərbaycanda zədələnmiş xarici valyutalarda olan əsginasların yenisi ilə əvəz edilməsi prosesinə aydınlıq gətirilib:
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının qanununa uyğun olaraq Mərkəzi Bank yararsız milli pul nişanlarının dəyişdirilməsini həyata keçirir, eyni zamanda, “Pul nişanlarının tədavülə yararsızlıq əlamətləri, dəyişdirilməsi və ekspertizası Qaydaları”na əsasən Mərkəzi Bank həqiqiliyi şübhə doğuran xarici valyutada olan pul nişanlarının ekspertizasını aparır.
Müvafiq qaydalara əsasən kommersiya bankları xarici valyutada pul nişanlarının ekspertizasını apara bilər. Eləcə də, kommersiya bankları zədələnmiş xarici valyutada pul nişanlarının yararlı pul nişanına dəyişdirilməsini öz daxili qaydalarına uyğun olaraq həyata keçirə bilər”.
Qeyd edilib ki, kommersiya bankları Mərkəzi Bank tərəfindən milli valyutaya nisbətdə rəsmi məzənnəsi müəyyən olunan xarici valyutada olan pul nişanlarını dəyişdirə bilər.
Əsginasların neçə faizinin zədələndiyi halda onun dəyişdirilməsi mümkün olduğu barədə də məlumat verilib. Belə ki, mövcud qanunvericiliyə əsasən saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əsginasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış milli pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.
Əlavə edilib ki, zədələnmiş xarici valyutada pul nişanının dəyişdirilməsi qaydaları isə həmin xarici valyutanı tədavülə buraxan emitent bank tərəfindən müəyyən edilir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi