Sorğu
Оцените работу движка

15 May 21:29Olke

ONLARIN ETDİYİ ƏMƏLLƏR OĞURLUQ YOX, XALQA XƏYANƏTDİR!

       ONLARIN ETDİYİ ƏMƏLLƏR OĞURLUQ YOX, XALQA XƏYANƏTDİR!
Bildiyimiz kimi dünyanı cənginə alan “COVİD-19 epidemiyası bizim ölkəmizdən də yan keçmədi. Bu epidemiyanın qarşısını almaq üçün ölkə başçısından tutmuş sadə vətəndaşlaradək hərə öz köməyini etməyə çalışdı. Belə ki, ölkəmizin rəhbəri İlham Əliyev cənabları ilk gündən Respublika üzrə operativ qərargahın təşkil edilməsini təmin etdi. Səhiyyə müəssisələrində tibbi ləvazimatların, avadanlıqların ölkə hüdudlarından gətirilməsini və tibbi personalın gözəgörünməz bəla ilə mübarizəyə hazırlanması işlərini təşkil etdi. Ölkədə həyəcan təbili çalaraq bu bəlada birlik nümayiş etdirərək maddi maliyyə imkanlarını səfərbər etmək üçün fond yaradılmasına çağırış etdi. Bütün bunlarla bərabər xalqımızın başına gəlməmiş bu bəla ilə qarşılaşmaması üçün marifləndirmə işlərinin təşkil edilməsi istiqamətində tapşırıq verdi.
Bəli, Prezidentimiz öz öhdəsinə düşən işləri sistem halına gətirdi.
       ONLARIN ETDİYİ ƏMƏLLƏR OĞURLUQ YOX, XALQA XƏYANƏTDİR!

Heydər Əliyev Fondu da öz növbəsində karantin rejimi ilə əlaqədar olaraq vətəndaşların işləmədiyi dövrdə maddi köməyə ehtiyyacı olan insanları nəzərə alaraq onlara ərzaq bağlamalarının verilməsini təşkil etdi. Bu məsələdə ayrı-ayrı təşkilatlar da vətəndaşlara öz yardım əllərini uzatdılar.
Yuxarıda qeyd edilən işləri xalqımız dəyərləndirir, cənab Prezidentə və Mehriban xanıma öz minnətdarlıqlarını bildirirlər.Təbii ki, mən də Ölkə başçımıza və Mehriban xanıma minnətdarlıq bildirənlər sırasındayam. Karantin rejimi dövründə yuxarıda qeyd edilən təqdirəlayiq işlərlə bərabər, milli-mənəvi dəyərlərimizə zidd olan neqativ hallara da rast gəlindi. Rayonlarda İcra Hakimiyyəti Başçılarının, onların kənd-qəsəbə nümayəndələrinin və müxtəlif təşkilatların rəhbərlərinin və əməkdaşlarının vətəndaşlar üçün ayrılmış maddi yardımların vəzifələrindən sui-istifadə edərək mənimsənilməsi hallarına da rast gəlindi. Onlar qanun qarşısında məsuliyyətə cəlb olundular və böyük günah işlətdilər. Prezident İlham Əliyevin dediyi kimi “Onların bu çirkin əməlləri oğurluq yox, xalqa xəyanətdir.
Mən də bir Nəsimi rayon sakini olaraq bildirirəm ki, həqiqətən onların çirkin əməlləri həm hakk, həm də Xalq qarşısında xoş qarşılanmadı. Onların məsuliyyətə cəlb olunmaları məqsədə uyğundur.

       ONLARIN ETDİYİ ƏMƏLLƏR OĞURLUQ YOX, XALQA XƏYANƏTDİR!
       ONLARIN ETDİYİ ƏMƏLLƏR OĞURLUQ YOX, XALQA XƏYANƏTDİR!

Nəsimi rayon sakini Gülüyev Elyaz Ağasəf oğlu.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi