Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
19 Okt 15:19Sou-biznes
Tanınmış meyxanaçı siyasi qafiyələrə görə həbs olunub? - DİN-dən AÇIQLAMA
“Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır”.
Respublikaxeber.az KONKRET.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
“Və iddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə, cəzalandırılır. Doğrudanmı, bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib, istintaq materialları tanış ola bilər. Halbuki o, istintaqa öz əməlini etiraf edib. Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.
Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib. Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib”, – E.Hacıyev bildirib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi