Sorğu
Оцените работу движка

03 Sen 16:36Hadise

Gözəllik salonlarının işçilərini təhqir edən şəxslə bağlı məhkəmə qərarı

Gözəllik salonlarının işçilərini təhqir edən şəxslə bağlı məhkəmə qərarı

Bakıda yerləşən mağazalara və gözəllik salonlarına daxil olaraq, xidmət personalını qeyri-etik ifadələrlə təhqir edən, sosial şəbəkələrdə narkotik və psixotrop maddələri təbliğ edən Kənan Tağıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Respublikaxeber.az-ın KONKRET.az-a istinadən əldə etdiyi məlumata görə, bununla bağlı Nəsimi Rayon Məhkəməsi qərar çıxarıb.

Qərara əsasən, K.Tağıyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Tağıyev Kənan Telman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb. Onun şəxsi axtarış zamanı üzərindən və yaşadığı ünvandan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

O, ilkin ifadəsində narkotik istifadəçisi olmasını, törətdiyi qanunsuz hərəkətlərin narkotik vasitələrin təsiri altında etdiyini etiraf edib.

K.Tağıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 234-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə cinayət işi başlayıb.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi