Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
15 May 14:57Sou-biznes
Faiq Ağayev: Sevdiyim xanımlara təkrar dönmürəm
Məndən hələ ki, öz xoşu ilə ayrılan olmayıb
Xalq artisti, müğənni Faiq Ağayev Respublikaxeber.az istinadən AzNews.az-a müsahibə verib.
- Məlumdur ki, İsraildə keçirilən "Eurovision 2019" mahnı müsabiqəsinə dünən start verildi. Azərbaycan təmsilçisi Çingiz Mustafayev isə sabah ikinci yarımfinalda öz gücünü sınayacaq. Mayın 18-də baş tutacaq finalda Azərbaycandan səsverməni siz səsləndirəcəksiniz. Buna necə hazırlaşmısınız?
- Aparıcılar canlı yayıma qoşularaq, yalnız milli münsiflər heyətinin 12 xalını elan edəcəklər. Bir cümlə olsa belə, böyük həyəcan keçirirəm, çünki ölkəmi təmsil edirəm. Hazırda İTV-də gərgin iş gedir. Pozitivcəsinə mətn, görüntü, geyim üzərində çalışırıq.
- Geyim tərzinizdə fərqli nələr görəcəyik?
- Öncədən desəm, maraqlı olmayacaq. Sadəcə onu deyə bilərəm ki, milliyətini, torpağını sevən müasir bir azərbaycanlı obrazı görəcəksiniz. Çünki bu müsabiqə özü müasirlik rəmzidir. Hər zaman tamaşaçıma sevgim və hörmətim böyük olub. Bununla yanaşı müsabiqəni bütün dünya izləyir. Müsabiqəyə yalnız Avropa ölkələri yox, Avstraliya da qoşulub. Böyük kütlə seyr edəcəyinə görə həyəcanlıyam. Bu, mənim həyatımda yeni bir təcrübədir.
- Ən yüksək bal vermək ixtiyarınız olsaydı, 12 xalı hansı ölkəyə verərdiniz?
- Mən yarımfinallara baxdıqdan sonra hansısa bir qənaətə gələ bilərəm. Çünki indi səhnə performansının nədən ibarət olduğunu bilmirik, gizlədilir. Eləcə də detalları bilmirik, klipdə canlı ifanı yox, fonoqramı eşidirik. Görək iştirakçı ölkələrin nümayəndələri necə canlı ifa edəcək? Hələlik nə səs, nə də performansdan xəbərimiz var. Ona görə hansısa proqnozu vermək bir az tərəddüdlüdür. Misal üçün, Rusiyanın təmsilçisi Sergey Lazarevi o səhnədə görmüşük, "Eurovision 2018"də iştirak edib. Onunla bağlı bir qənaətə gəlmək olar. Amma hələ də əsas ölkələrin çıxışını görməmişik, Böyük Britaniya, İtaliya, İspaniya, Fransa, Almaniya və s. Ona görə də öncədən qənaətə gəlmək çətindir və bu haqda danışmaq bir az tez olar.
- "Eurovision" mahnı müsabiqəsində bir çox tanınmış müğənnilər iştirak edib. Bəlkə siz də ölkəmizi müsabiqədə təmsil edəsiniz.
- Üzərimə düşəni peşəkarlıqla həyata keçirərəm. Amma müsabiqəyə gənclər getsə, daha yaxşı olar. Mən onlara dəstək olaram.
- Siz səhnə görünüşünüz, səsiniz və sənətinizlə yüksək yerlərə layiq ola bilərsiniz.
- Vətənim məni əsgər kimi oraya göndərsə, təbii ki, gedərəm və zövqlə, var gücümlə də iştirak edərəm. Amma belə bir planım yoxdur.
- Ölkə təmsilçimiz Çingiz Mustafayevi neçənci yerdə görürsünüz?
- Çingiz Mustafayevin çıxışını ilk onluqda görürəm. Hətta ilk beşliyə də daxil ola bilər. Onun potensialı böyükdür və ifa etdiyi mahnı bu günün trendidir. Çingizi sənətə gəlişinin ilk addımlarından tanıyıram, ona dəstək də olmuşam. Bu təcrübəni nəzərə alaraq, ona inamım var.
- Millət vəkilliyinə namizədliyinizi vermək üçün növbəti seçkilərə qatılacaqsınızmı?
- Seçkilər 2020-ci ildə baş tutacaq. Amma siz bilirsiniz ki, heç bir mətbu orqana millət vəkili olacağımı deməmişəm. Həmkarınız Lalə Əlimuxtarova dedi ki, mən sizi millət vəkili kimi əhəmiyyətli işdə görürəm. Mən də dedim ki, "Potensial və ağlıma uyğun gəlir. Niyə də yox?".
Hələ ki, bu fikirdə qətiyyətli deyiləm. Lakin bu haqda xəbər yayılanda, ictimaiyyətin yanaşmasında müsbət fikirlərin mütləq çoxluğunu gördüm. Bu fikri çox müsbət qarşıladılar və hətta dedilər ki, sizinlə təmənnasız olaraq komanda şəklində çalışa bilərik. Bu da mənim üçün böyük qiymətdir. Olsa, yəqin ki, yaxın bir ildə bilinəcək.
- Millət vəkili olsanız, şou-biznesdə nələri dəyişərsiniz?
- İncəsənət tənzimlənməyən bir sahədir. Burada hansısa qadağa qoymaq olmaz. Qadağa - ancaq təmsil etdiyin millətin ən ülvi nailiyyətləridir ki, onları yerə çırpmaq olmaz. Mən həmişə millətini sevən azərbaycanlı olmuşam. Yəqin ki, sənətdə müəyyən ələkləmə prosedurlarını təsbit etmək olar. Eləcə də qeyri-peşəkarları, sənətə xələl gətirənləri böyük konsert meydançalarından uzaqlaşmaq mexanizmini işləyərdim. Bunu Azərbaycan qanunvericiliyi çərçivəsində necə edəcəyimizi düşünərdim. Qeyd edtiyim kimi azad bir ölkədə yaşayırıq, Konstitusiyamızda söz və özünü ifadə etmək azadlığı haqda maddələr var. Əvvəllər sənətdə sərbəst, təhsilsiz fəaliyyətə bədii özfəaliyyət deyirdilər. Sonradan peşəkar fəaliyyət göstərən bəzi sənətkarlarımız oradan böyük səhnəyə gəlib. İndi isə sənətin məzhəbi itib sanki, peşəkarlar əvəzinə meydanı həvəskarlar zəbt edib. Buna görə də yararsızları yığışdırmaq, yararlılara kömək etmək lazımdır.
- Bu gün bayağı mahnı ifa edənlər peşəkar ifaçı ola bilərlərmi?
- Mən zövqü viruslu olan insanın nə zamansa onun dərmanını tapıb, zövqünü düzəldəcəyinə inanmıram. Bu çox nadir hallarda baş verə bilər. Bəzən bir mahnının ərsəyə gəlməsi bir il çəkir - peşəkarları nəzərdə tuturam. Mətn, aranjeman, ifa və s. Dünən yazıb, bu gün oxuduqda, nadir hallarda keyfiyyətli mahnı ortaya çıxır. Yemək bişirmək üçün vaxt lazımdır. Çiy, dadsız, duzsuz, qıcqırmış, zərərli və bir gecəlik məhsulları çox gördük. Məncə bəsdir.
- ATV-də Bədii Şuranın üzvüsünüz. Hansı müğənnilərin efirə çıxmasına qadağa qoyacaqsınız?
- Belə bir məqsədimiz yoxdur. Ancaq efir tənzimləməsindən söhbət gedə bilər. Ad çəkməyəcəm, bu haqda danışsaq, mənim əlimlə reklam qazanacaqlar. "Anti-incəsənət" olanların populyarlaşmasına vasitəçi olmaq istəmirəm. Onlarda sənətin "s" hərfi də yoxdur. Bax elələrini ekranlardan yığışdırardım.
- Sizin konsertlər daim anşlaqla keçir və sizi sevən qız fanatlarınız çoxdur. Maraqlıdır ki, fanatınızla ailə qurarsınız?
- Sırf fanat bütün varlığı ilə sənət adamını gerçəkdə necə varsa, sevə bilməz. Fanatın tələbləri aşırı böyük ola bilər. Pərəstişkar səhnədəki insanla reallıqdakı insanın fərqini bilməli və hər ikisini sevməyi bacarmalıdır. Tək səhnədə olan insanı sevən səninlə ailə həyatı yaşaya bilməz. Çünki hər zaman səni şən, mahnı oxuyan, hər dəqiqə pozitiv görür. Amma insanın halsız, əhvalının təlx olunan vaxtları da olur axı. Özü də istəmədən kiməsə acı söz deyə bilər. Fanat onu qəbul etməyəcək, gözündən düşəcəksən. Məni yalnız sənətçi kimi deyil, insan kimi qəbul edən xanım qarşıma çıxsa, niyə də olmasın? Belə halda fanat olub-olmamasının fərqi yoxdur.
- Fanatınızla sevgi yaşamısınız?
- Həyatımda elə təcrübə olub.
- Mən düşünürəm ki, sizə hansısa bir xanım yox deyə bilməz. Əslində məşhurların həyatına diqqət etdikdə bir çoxunun ona əhəmiyyət verməyən xanımla evləndiyinin şahidi oluruq. Sizdə vəziyyət necədi?
- İnsan bir-birinin nəbzini tutmalı, göz-gözə baxmalıdır. Bu, hissiyat məsələsidir, o insan sənə nəyləsə yapışmalıdır.
- Aşırı sevginin sizə sıxıcı gəldiyi an olur?
- Xeyr. Əslində mən hisslərdə qabartını sevən insanam. Həyatımda sevgini aşırı görürəm.
- Neçə dəfə aşiq olmusunuz?
- İki dəfə...
- Münasibətiniz alınıb?
- Bəli, alınıb.
- Bir dəfə evlənmisiniz. Biri evliliklə nəticələnib, bəs digəri?
- Hər iki münasibətim yaxşı davam edib, amma ömürlük olmayıb. Bəzən ömürlük yaşamaq da bir-birilərini sevmək deyil. Biz azərbaycanlılar, bir çox hallarda idealist və romantik insanlarıq. Fikirləşirik ki, nə zamansa o böyük, ülvi sevgimizi tapacağıq və bu, ömrümüzün sonuna qədər davam edəcək. Kaş ki, belə davam etsin. Kim istəməz ki?..
- İki dəfə sevdiyinizi qeyd etdiniz, ayrılmağınıza səbəb nə oldu? Sevgini nə bitirə bilər?
- Sevgini məişət öldürə bilər. İnsan evli həyatının ilk mərhələsində bir-birinə isnişməli, müəyyən zaman bir yerdə yaşamalı, sevdiyinə görə müəyyən qədər güzəştə getməlidir. Eləcə də sevgini məişət, fikir müxtəlifliyi və güzəştə getməmək kimi eqo bitirə bilər.
- Ən uzun münasibətiniz neçə il davam edib?
- Səkkiz il... Əslində, bu, az bir müddət deyil. Mən də ömürlük olmasını istəyirəm.
- Səkkiz il az müddət deyil və həmin xanımla yenidən münasibətinizə başlaya bilərsiniz?
- Xeyr, mən heç vaxt getdiyim yollara, yəni ki, sevdiyim xanımlara təkrar dönmürəm. Nə izlədiyim filmə ikinci dəfə baxır, nə köhnə kitabı təkrar oxuyur, nə də münasibəti kəsdiyim insana dönürəm. O sarsıntını yenidən yaşamamaq üçün özümü qoruyuram. Bəlkə bu eqoistlikdir, amma məncə sağlam eqoizmdir. İnsan mazoxist deyil ki, bizə əziyyət versinlər və biz dəfələrcə güzəştə gedək. İnsan bir-beş-on dəfə güzəştə gedər. İyirmincidə sıxılmağa başlayırsan. Xeyr, dediyim kimi dönmərəm.
- Məşhurluğunuza, pulunuza, şöhrətinizə görə sizə sevgi etiraf edən xanımlarda sünilik hiss edirsiniz?
- Çox mübahisəli söz deyəcəm. Bəlkə də bir çox xanımlar mənimlə razılaşmadı. Amma mən xanımın sevgi etiraf etməsini qəribə bir hal hesab edirəm. İstisnalar var, təbii. Lakin, ümumiyyətlə, ilk olaraq bəy sevgisini bildirməlidir məncə.
- Faiq bəy, artıq xanımlar sevgisini bildirir...
- Onun əksinə deyiləm. Xanımların bu təşəbbüsü əlinə götürməsinə pis baxmıram, amma anlamıram. Düzdür, xanımlar var ki, işi var, halal yol ilə özünü, ailəsini təmin edir. Anlayır ki, həyatının qurucusu özüdür və sevdiyi bəyi də elə özü tapa bilər. Və ya aşırı utancaq oğlanlar var ki, sevir, amma hisslərini, daxili qərarını dilə gətirə bilmir. Amma digər hallarda mənə uyğunsuzluq kimi gəlir. Köhnə fikirliyəm. (gülür)
- Hazırda sevdiyiniz xanım varmı?
- Əfsus ki, yox.
- İki dəfə sevib ayrıldığınızı qeyd etdiniz. Ayrılığa siz, yoxsa qarşı tərəf səbəb olub?
- Qarşı tərəf ayrılığa gətirib, qərarı isə mən vermişəm. Allah təkəbbür kimi qəbul etməsin, məni cəzalandırmasın, amma məndən hələ ki, öz xoşu ilə ayrılan olmayıb. Göz dəyməsin, məndən ayrılmaq olar? (gülür).
- Faiq Ağayev üçün sevgisiz yaşamaq...
- Çətindir, amma mümkündür. İnsanlar var ki, sevginin nə olduğunu bilmirlər. Sadəcə evlənmək və uşaq yiyəsi olmaq üçün ailə qururlar. İstəyirlər deyə yox. O tip insanlar mənim üçün sanki başqa planetdən gəliblər. Heçmi insanın sevgiyə ehtiyacı olmasın? Bəlkə də onlar ən rahat yaşayan insanlardı, stressiz, təlatümsüz. O mənada paxıllıqlarını çəkmək olar hətta...
- Dünya şou-biznesində məşhurlar kiçik yaşlı xanımlarla ailə qururlar. Siz necə 20 yaşlı xanımla ailə qurarsınız?
- Mən o zaman onun həyat yoldaşı yox, ata, yol göstərəni olacam. Bu, çox böyük məsuliyyətdir. Sən insanı birdən-birə çərçivə içinə salırsan. O ailənin qayğısını da çəkməlidir axı. Xeyr, mən 20 yaşlı xanımla evlənmərəm. Oyuncaq almıram ki. 20 yaşında insan başqa şey istəyir, əyləncəyə meyilli və dəliqanlı olur. Düzdür, elə xanımlar var ki, 20 yaşında 40-45 yaşlı qədər müdrük olur. Amma bu da istisnadır.
- Ailənizi sevgi, yoxsa məntiq üzərində qurmaq istəyərsiniz?
- Soyuq başla ancaq layihələrimi işləyirəm ki, keyfiyyətli olsun. Orada hisslərə qapılmaq olmaz. Evliliyə gələndə, hiss əsasdır məncə. Sevirsən və evlənirsən... Bəzi insanlar ətrafına baxır, evlənir, uşağı olur. Məntiqlə evlənmək, uşaq lazımdır və s. düşünüb, addım atır. Bəlkə sonra uşağı sevir, amma həyat yoldaşını sevmir. Onların dəyər sistemi mənə fərqli gəldiyinə görə, anlamıram. Emosional, hissiyat üzərində yaşayan insanam. Baxmayaraq ki, ağlımı söndürmürəm. Amma sırf ağılla ailə qurmaram. Sırf ağılla adam avtomobil idarə edər, mebel ala bilər və s. Biz bəyəm robotuq?..
- Qız atası olmaq istəyirsiniz?
- Allah hamının balasını saxlasın. Dörd qızın əmisiyəm, valideynləri işləyirdilər deyə, ikisini özüm böyütmüşəm. Qız uşaqlarını çox sevirəm. İndi qız uşağına sahib olmaq çox çətin məsələdir. Çünki ətrafda gülü tapdalamaq istəyən mənəviyyatsız insanlar da var. Düşünürəm ki, yaxşı və düzgün ata ola bilərəm. Qızlar daha çox atalarını, oğlanlar isə analarını sevirlər. Qız övladıma yaxşı dost ola bilərəm.
Bu arada onu da qeyd edim ki, selektiv abortların qəti əleyhinəyəm. Allahın nifrət etdiyi işi görürlər. Qız uşağı olduğuna görə abort elətdirirlər. Nənə, ana, bacılarımız qız uşağı kimi bu dünyaya gəlib. Niyə biz qız uşaqlarını sevməmiliyik ki? Bu, çox məntiqsiz, qəddar, günah bir işdir.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi