Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 May 15:11Kriminal
"10 min uzatdı, dedi özünə ev alarsan" – Oğlunu satmağa görə həbs olunan ana – VİDEO
ARB TV-nin "Rezonans" proqramının növbəti buraxılışında keçmiş məhkum Zöhrə İskəndərovanın həyat hekayəsi və gələcək planlarından danışılıb:
Zöhrə İskəndərova – 8 il azadlıqdan məhrum olunmuş qadın: "Şəmkir rayonunda anadan olmuşam. 1989-cu il təvəllüdəm Mənim də bəzi gənc qızlar kimi arzularım var idi. Amma olmadı, heç biri həyata keçmədi, daha doğrusu qoymadılar keçsin. Kasıb ailədə anadan olmuşam. 3 uşa olmuşuq. 2 qız, 1oğlan. Anam bizi orda-burda işləyib, əziyyət çəkib saxlayırdı. Məni bibimin oğul nəvəsinə nişanladılar. 18 yaşım hələ tamam deyildi. Atam narazılığını bildirdi, dedi ki, mənim qohumlarımdır və mən onları yaxşı tanıyıram, getmə. Sonra mənə xəbər çatdı ki, qayınatam bizimlə qohum olmaq istəmir. Atam içir deyə istəmirdi, amma özü də içən, qumarbazın biri idi. Dedim lap yaxşı, istəmirsə məcburi ailə olmaz. Nişanı qaytarmaq niyyətimi bildirmək üçün zəng elədim nişanlıma, yəni Pərvizə. O da dedi ki, elə söhbət yoxdur, yalandır. Əsəbiləşdi, özündən çıxdı, dedi ki, mən səni, üzüyü atmaram. Bir-iki gün keçməmiş bizə qonaq gəldilər. Mənə dedi ki, gedək bir az çöldə söhbət edək, biraz uzaqlaşmışdıq ki, məni götürüb qaçırdılar. Kənd yerində qaçırılan qız bir də qayıtmaz. Bizdə problem böyüklərdən, bizim ailə ilə onların ailəsinin davasından başladı. Ziyan da mənə dəydi. Oğluma 8 aylıq hamilə idim, gəldim atamın yurduna. Anam Bakıda yaşayırdı. Dözmədim, uşağımı da götürüb gəldim anamın yanına. Gəldim anamın əziyyətini görüb daha pis oldum. Kafedə süpürgəçi işləyirdi. Zəng edib dedim ki, uşağa görə 3 ildir mən əziyyət çəkirəm, biraz kömək et. Anam nə qədər əziyyət çəksin bizə. Dedi mənim uşağım yoxdur, mən onu qəbul etmirəm, nə uşaq? Dedim ki, mən uşağı verəcəm imkanlı ailəyə, səndən yaxşı ata, məndən yaxşı ana olacaqlar ona. Hirslənib telefonu söndürdüm. Bizim evə ailəli dost oğlan var idi,o gəlib gedirdi. O da indi məhkumdur. Mən artıq hazırlaşırdım ki, uşaq evinə getməyə. Murada dedim ki, mənə kömək elə. Yolda gedirdim maşınla qabağımı kəsdilər. Dedi ki, Muradın dostuyam, gəl bir az söhbət edək, oturdum maşına. Günahım elə onda oldu. Dedi ki, Murad bizlə əlaqə saxlayıb, eşitdik ki, uşağını övladlıq vermək istəyirsən. Mənim qohumlarım uşağı götürmək istəyir, verək onlar saxlasın. Həftədə də bir dəfə gəlib uşağını görərsən. Sizə bir təklifi var dedi. Soruşdum nə təklifidir? Arxadan mənə 10 min manat uzatdı. Dedi götür bunu, özünə, ev, torpaq alarsan. Dedim ay qardaş sağolun, Murad mənə yaxşılıq edib. Mən uşağımı vermirəm. Bunları başa düşmürdüm ki, uşaq alveri, uşaq ver, pulu al. Hələ də anlamırdım. Murad dedi ki, yaxşı düş qabaqdan uşağı götür. Düşəndə məni tutdular. Polis dedi neynirsən burda, uşaq sənindi? Dedim hə mənim oğlumdur. Sumkamı açdılar, 10 min manat çıxdı. Dedi bəs bu nə puldur, uşağını satırdın? Dedim yox, mən uşağımı satmırdım. Bu nə puldu soruşanda, Elşəndən soruşun dedim. Elşən Muradın da mənim də evimi yıxdı. Murad o yana, həm azadlığımı, həm də balamı əlimdən aldı. Allah bağışlamaz. Allah bağışlasa da, mən bağışlamayacam. "Nəylə tutulmusan?"soruşanda nə deyə, nə də susa bilirəm. Çünki gec-tez hamısı məlum olur, hamı bir-birini tanıyır. Rayon qızı idim, bilmirdim. Övladlığa belə and olsun Allaha vermək istəmirdim. Mənim günahım onda oldu ki, maşına oturdum. Məqsədim uşağıma gün almaq üçün uşaq evinə qoymaq idi, satmaq yox. Böyüyəndə də mənə nifrət edəcək bu işimə görə. Heç kim başa düşmür məni, böyüklər başa düşmədi, öz doğma atam mənə inanmadı. Onlar başa düməyəndən sonra uşaq hardan başa düşəcək, deyəcək sən məni satdın! Ən böyük arzum burdan çıxıb, uşağımı geri qaytarmaqdır. Belə bir sualım var. Bizim kimi dustaqlara ikinci şans verirlər? Mənə ikinci şans verilər? Övladımla qovuşmaq, yenidən ana olmaq üçün. Daha sonra oğlumla məhkəmədə görüşdüm. Əfv üçün ərizə yazdım. Yeni ili azadlıqda, anam və oğlumla birgə keçirməyi arzuladım. Arzum reallaşdı. İnanmırdım ki, əfv siyahısına düşə biləm, elə bir ümidim də yox idi. Azadlıqdayam! Şükür".
Həqiqət İsgəndərova – məhkumun anası: "Ayın 30-u hazırlaşırdım yanına gəlməyə. Birdən zəng gədi, dedi ki, mama əfv olundum, sabah gəl, məni buradan çıxar. Çox sevindim".

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər