Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
07 Fev 16:52Sou-biznes
Hande Yenerdən təcavüz etirafı - FOTO
Səhnə geyimləri ilə gündəmdən düşməyən türkiyəli müğənni Hande Yener fizioterapiya üçün getdiyi sağlamlıq mərkəzindən çıxarkən kameralara yaxalanıb.
Oğlu Çağın Kulaçoğlu ilə birlikdə müalicə mərkəzindən çıxan Yener oradan ayrılmadan əvvəl jurnalistlərin suallarını cavablandırıb.
Səhhəti ilə bağlı məlumat verən məşhur müğənni sınmış sağ orta barmağını göstərərək hazırda yaxşı olduğunu deyib.
Ayağı sınmış halda səhnəyə çıxan və yeni səhnə şousuna hazırlaşdığını bildirən Hande Yener yenə çox danışılacağını düşündüyünü bildirib.
O, son zamanlar qadınların təcavüzə məruz qalması məsələsinə də toxunub və deyib ki, özü də zaman-zaman bənzər hadisələrə məruz qalır və buna aqressiv reaksiya verir:
“Yolda olub, mindiyim avtobusda olub. Əgər bu dünyada qadınsansa, həmişə bu problemi yaşayırsan. Uşaqlıqdan hamımız küçədə, məktəbə gedəndə, orda-burda, alış-veriş edərkən özümüzü qorumalıyıq. Gənc qızın rahatlıqla küçədə gəzməsi çətindir. Biz özümüzü qoruyaraq böyüyürük. Hamımız bəzi təcavüz halları ilə üzləşmişik. Təəssüf ki, bu qaçılmazdır. Mən qadınlara qarşı zorakılığın bütün növlərini pisləyirəm”.
Müğənni deyir ki, “hamımız paranoya olmuşuq. Küçədə arxamıza baxaraq gedirik. Biz döyüşçü kimi böyüdük, belə yaşadıq. Bütün qadınlar belədir. Ona görə də özümüzü həmişə qorumalıyıq”.
Reper Mişa ilə eşq yaşayan Hande Yener Sevgililər Günü planları ilə bağlı suala “Hər gün bizim üçün əyləncəlidir. Biz xüsusi günlərə bağlı deyilik”, - deyə cavab verib. Hande Yenerin oğlu Çağın Kulaçoğlu isə anasının evlənəcəyi halda onun seçiminə həmişə hörmət edəcəyini bildirib: “O xoşbəxt olanda, mən də xoşbəxt oluram”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi