Sorğu
Оцените работу движка

28 Yan 16:39Sou-biznes

"Ələ salıb donuz deyirdi, məşhurlaşan kimi də məndən uzaqlaşdı...” - Maykl Ceksonun bacısı

"Ələ salıb donuz deyirdi, məşhurlaşan kimi də məndən uzaqlaşdı...” - Maykl Ceksonun bacısı

Müğənni Canet Cekson yeni “Janet Jackson” adlı sənədli filmində mərhum qardaşı, pop-kral Maykl Ceksonun onu artıq çəkisinə görə ələ saldığını və xoşagəlməz ləqəblərlə çağırdığını etiraf edib.

Respublikaxeber.az “Daily Mail”ə istinadən xəbər verir ki, Canet deyib ki, uşaqlıqda qardaşı ilə çox yaxın olublar. Yeniyetməlik dövründə isə Mayklın ələ salmalarına dözməli olurdu: qardaş bacısının artıq çəkili olduğuna görə ona gülürdü və onu donuz adlandırırdı. Hələ o vaxtdan arıqlamağa çalışan Canet üçün bu sözlər çox ağrılı idi.

Daha sonra onların münasibəti soyumağa başladı. Canet etiraf edib ki, Maykl populyarlıq qazanan kimi ondan uzaqlaşmağa başladı, tədricən isə ümumiyyətlə ünsiyyət saxlamadı. Soyuq münasibətlərə baxmayaraq, onlar bərabər çalışmalı olurdular. Canet xatırlayır ki, “Scream” klipinin çəkilişləri zamanı onlar növbə ilə çalışırdı: Maykl çəkiliş vaxtı bacısının meydançaya buraxılmasına icazə vermirdi.

Münasibətlərin bitməsinə baxmayaraq, Canet qardaşının reputasiyasından zərər çəkib. 1993-cü ildə Maykl Cekson ilk dəfə pedofiliyada ittiham ediləndə Canet ona dəstək olmağa çalışırdı, lakin buna görə şəxsi reklam anlaşmalarından olmuşdu. Belə ki, o, “Coca-Coca” şirkəti ilə müqavilə imzalamaq istəyirdi, amma ətrafında olan qalmaqala görə ona imtina cavabı verildi.

“Mən çox üzülmüşdüm. Hərəmizin öz həyatı var. Əlbəttə, o, mənim qardaşımdır, lakin bu hekayənin mənə heç bir aidiyyəti yoxdur”, – deyə Canet əlavə edib.

Maykl Cekson ömrünün son günlərinədək pedofilyada ittiham olunurdu. Özü isə hamısını inkar edirdi. Pop-musiqiçi 2009-cu ildə 50 yaşında dünyasını dəyişdi.



Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi