Sorğu
Оцените работу движка

24 İyn 09:00Amerika

Koronavirusa görə depressiyaya düşən şəxs ailə üzvlərini öldürdü

Koronavirusa görə depressiyaya düşən şəxs ailə üzvlərini öldürdü

ABŞ-ın Florida ştatında koronavirusa görə depressiyaya düşən şəxs ailə üzvlərini öldürüb.

WFLA-ya istinadən Respublikaxəbər.az xəbər verir ki, 59 yaşlı Orlando sakini Smit Rivera həyat yoldaşı və oğlunu öldürməkdə ittiham olunur.

57 yaşlı Codi və 21 yaşlı Metyunun cəsədi onların yaşadığı evdən tapılıb. Hadisəni törədən ailə başçısı törətdiyi əməli etiraf edib. Rivera, eyni zamanda evində yaşayan, ancaq ailəsi ilə əlaqəsi olmayan bir adamı da öldürməyə cəhd etdiyini boynuna alıb. Zərərçəkən Riveranın onu bir neçə dəfə güllə ilə vurub, evdən qovduğunu deyib. Bundan sonra cinayətkar maşına minərək uzaqlaşıb və qayıdanda evdə artıq polislər olub.

Bacısının dediyinə görə, bu yaxınlarda üç uşaq atası olan qardaşı koronavirus pandemiyası səbəbindən depressiyaya düşüb. O bildirib ki, evdə gizlənən yaralı adam da Riveranın digər oğludur. Kişi hazırda nəzarətdədir, o, birinci dərəcəli iki cinayət və odlu silahdan istifadə edərək adam öldürməyə cəhddə ittiham edilir.


Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi