Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 İyn 09:24Rusiya
Rusiyada keçmiş deputat azyaşlı oğlunu öldürüb, yerə betonladı - Dəhşətli qətlin TƏFƏRRÜATI - FOTO
Rusiyanın Həştərxan vilayətində törədilən dəhşətli cinayətin üstü açılıb.
“RİA Novosti”yə istinadən Respublikaxəbər.az bu barədə xəbər verir.
Belə ki, martın 6-da 56 yaşlı Morozova soyadlı qadın polisə müraciət edərək oğlunun iki gün əvvəl evdən çıxdığını və bir daha qayıtmadığını deyib. Hadisədən üç ay sonra onun cəsədi böyük qardaşının evində, döşəmənin altında yerə betonlanmış vəziyyətdə tapılıb.
İstintaqın nəticələrinə görə, martın 4-də12 yaşlı oğlan evə gec gəlib. Onunla anası Morozova arasında münaqişə ikincinin uşağın başına qantellə vurması ilə sona çatıb. Zərbənin ağırlığından azyaşlı ölüb. Sonra qadın uşağın meyitini böyük oğlunun evinin döşəməsinə betonlayıb. Bununla yanaşı, uşağın ailəsi istintaqı yayındırmaq üçün onu evin qarşısında gördüklərini deyiblər.
Eyni zamanda, şübhəli aktiv şəkildə sosial şəbəkələrdə oğlunun axtarışı ilə məşğul olub və onu qınayanlara aqressiv reaksiya verib.
Cəsədin yerini böyük qardaşı növbəti ifadəsində təsadüfən deyib.
Ona qarşı ittiham irəli sürüləndə qadın cinayət silahının harada olduğunu deyib. Hüquq-mühafizə orqanı əməkdaşları çaydan içində metal qantel və uşağın mobil telefonu olan paket tapıblar.
Həştərxan vilayətinin İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb. Morozova iki aylıq həbs edilib. O, törətdiyi əməli etiraf edib.
Qonşuların dediyinə görə, mərhumla anası çox zaman bir-biri ilə yola getməyiblər.
Qeyd edilir ki, Morozova siyasətlə məşğul olmaq üçün 2016-cı və 2017-ci ildə Regional Dumaya, 2019-cu ildə isə Həştərxan vilayəti qubernatoru vəzifəsinə namizədliyini irəli sürüb. O, “Ədalətli Rusiya” (Spravedlivoy Rossii) partiyasının üzvü olaraq, Rusiyada 2018-ci il prezident seçkilərində namizədliyini verib. Onun 2019-cu ildən partiyadan çıxdığı bildirilir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi