Sorğu
Оцените работу движка

14 Sen 16:41Sou-biznes

"Evli olan şəxsdən övlad dünyaya gətirmək biabırçılıqdır" - Rəqsanənin qızı

"Evli olan şəxsdən övlad dünyaya gətirmək biabırçılıqdır" - Rəqsanənin qızı

Rəqsanə İsmayılovanın müğənni qızı Aysun İsmayılova şəxsi həyatından danışıb.

Respublikaxeber.az-ın KONKRET.az-a istinadən məlumatına görə, o, bildirib ki, evlənmək üçün ona şou-biznesdən elçi düşənlər var:

“Şou-biznesdə 3 nəfər mənə elçi düşdü, razı olmadım. Çünki arada sevgi yox idi. İstəmərəm ki, ailə qurduğum şəxs tanınmış olsun. Çünki tanınmışın xanımı olmaq çətindir. Ailə qurandan sonra sənətdən getmək istəyirəm. Ailə qurmağı düşünürəm. Məndən olsa, indi ərə gedərəm. Çünki mən ailə xəstəsiyəm. Amma heç vaxt özümdən yaşca kiçik bəylə evlənmərəm. Evlənəcəyim şəxs məndən maksimum 10 yaş böyük ola bilər.

Toy olmadan övlad dünyaya gətirmərəm. Bu günü düşünmərəm, uşağın gələcəyini düşünərəm. Mənlə ailə qurmaq istəyən şəxs boşanmış bəy də ola bilər. Bu, normaldır. İlk evliliyi uğursuz olub, indi ikinci dəfə ailə qurur. Bu, qismət işidir. Amma evli ola-ola kimləsə gəzmək, kimdənsə övlad dünyaya gətirmək biabırçılıqdır. Sırf ailə qurmaq xatirinə ailə qurmaq istəmirəm. Sevgi ilə yaranan hər şey gözəl olur. Nəyəsə görə ailə qurmaqdansa, ata evimdə oturaram. Heç zaman düşünməmişəm ki, ailə quracağım şəxs imkanlı olacaq. Əsas onun mənə saf sevgisi, tərbiyəsi olsun. Yaraşıqlı oğlanları sevmirəm. Əsas xarakteri olsun”.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: