Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
31 May 14:07Siyaset
Mayorumuzun vurulması əmrini kim verib? - Cəbhədə vəziyyət yenidən GƏRGİNLƏŞİR
"ATƏT-in Minsk Qrupu həmsədrlərinin İrəvandan sonra Bakıda olduğu gün erməni separatçılarının atəşkəsi pozaraq hərbçimizi şəhid etməsi təsadüfi deyil. Məntiqlə hərbçimizin şəhid edilməsi və cəbhə bölgəsində sabitliyin pozulması Ermənistanın baş naziri Nikol Paşinyanın maraqlarına cavab verməməlidir".
Sonxeber.az-a istinadən Respublikaxeber.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Paşinyan bir neçə gün sonra cavab atəşiylə Ermənistan ordusunun da itki verəcəyini özü də bilir.
Bəs onda atəşkəsi pozmaq əmri hardan və kimdən - İrəvandan, yoxsa Xankəndidən verilib?
Ekspertin sözlərinə görə, bizim üçün bunun elə bir əhəmiyyəti yoxdur. Çünki həm İrəvandakılar, həm də Xankəndidəkilər işğalçıdırlar:
"Buna baxmayaraq, Xankəndidəkilər bölgədəki vəziyyəti gərginləşdirməklə Paşinyanın hakimiyyətini laxlatmağı planlaşdıra bilərlər. Bunu son açıqlamalarının birində Paşinyan da gizlətməyib. O faktiki demişdi ki, eks-prezident Robert Köçəryana tabe olan separatçılar bölgədəki kiçik müharibə başlatmaqla Ermənistan hakimiyyətinin mövqelərini zəiflətməyi planlaşdırırlar. Köçəryan tərəfdarları həmin planı hərəkətə gətiriblər?".
E.Şahinoğlu vurulayıb ki, atəşkəsi pozanlar həmsədrləri də pis vəziyyətdə qoydular:
"Guya vasitəçilər Bakıya gəlmişdilər ki, xarici işlər nazirlərinin ötən görüşündəki şifahi razılaşmaların yerinə yetirilməsi təmin etsinlər. Elə bəyanatlarına da bu başlığı çıxarmışdılar: "Həmsədrlər əvvəlcədən istənildiyi kimi, konkret təkliflər təqdim ediblər". Söhbət humanitar və təhlükəsizlik tədbirlərindən gedir.
Ancaq hansı təhlükəsizlik tədbirindən danışılır ki, atəşkəs pozulur, hərbçimiz şəhid edilir. Hansı humanitar tədbirdən danışılır ki, var gücləriylə erməni futbolçunun Bakıya gəlişinə mane olmaqla milli ədavəti daha da qızışdırdılar? Elə Azərbaycan Xarici İşlər Nazirliyinin son bəyanatında Ermənistanın təxribatçı və qanlı əməlinin qəti qəbuledilməz olduğu və danışıqlar prosesinə zərbə vurduğu bildirilir. "Törədilmiş qanlı cinayətin bütün mümkün mənfi nəticələrinə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərindədir" - bu bəyanatın son cümləsidir".
Politoloq sözlərinə əlavə edib ki, Ağdam istiqamətində açılan atəş həmsədrlərin bu səfərini və təkliflərini də puça çıxardı və bunun günahkarı təmas xəttinin o tərəfindəki güc və ya güclərdir:
"Bütün hallarda həbrçimizin şəhid olmasına görə qarşı tərəf cəzalandırılmalıdır. Başqa alternativ yoxdur".
Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
36 yaşlı şəhid mayor Aqil Omarovun Qax rayonunun Lələpaşa kəndində torpağa tapşırılacaq.
Şəhid ailəli olub, iki övladı var.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi