Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
31 May 14:06Siyaset
Düşmən Ağdamda hücuma keçdi: İrəvanın çoxillik planının ŞOK HƏDƏFİ
Ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.
Həmsədrlərin Azərbaycana səfəri zamanı erməni ordusunun cəbhə xəttində təxribata əl atması heç də təsadüfi məsələ deyil.
Siyasi şərhçi, sabiq diplomat Fikrət Sadıxov açıqlamasında bildirib ki, uzun müddətdir, hətta Serj Sarkisyanın prezidentliyi dövründən bu regiona ATƏT-in Minsk qrupunun həmsədrləri gələndə, xüsusilə, Azərbaycan rəhbərliyi görüş ərəfəsində Ermənistan cəbhə xəttində təxribatlara əl atır:
"Bununla da Azərbaycanı təxribatçı rolunda, sülhə hazır olmayan dövlət kimi göstərməyə çalışır. Bu, mütəmadi şəkildə davam edir. Ötən günkü hadisələr də istisna deyil. Nikol Paşinyan dəfələrlə bəyan etmişdi ki, Ermənistan sülhə hazırdır, Dağlıq Qarabağ münaqişəsi demokratik yollarla həll oluna bilər.
Humanitar əlaqələr bərpa olunmalıdır, dövlətlərin etimadı, xalqların sülhə hazırlanması məsələləri müzakirəyə çıxarılmalıdır. Lakin proseslər göstərir ki, Ermənistan rəhbərliyi sülhdən xeyli uzaq məsafədə dayanıb. Nəinki, uzaq məsafədə dayanır, hətta sülhə nail olmaq istəmir. Başa düşürlər ki, sülh bərpa olunsa, torpaqlar azad olunmalıdır. Ermənistan beynəlxalq hüquq normalarına əməl etməlidir. Bu məsələni öz maraqları çərçivəsində deyil, ədalətin xeyrinə yoluna qoymalıdırlar".Siyasi şərhçi baş nazir Nikol Paşinyanın "Arsenal"ın erməni futbolçusu Henrix Mxitaryana Avropa Liqasının Bakıda keçirilən finalına gələ bilməməsinə görə təsəlli verdiyini, bununla da əsl niyyətinin üzə çıxardığını vurğulayıb:
"Paşinyan hətta Henrix Mxitaryana zəng vurur və ona ürək-dirək verir ki, eybi yoxdur, sən Bakıya gedə bilmədin: "Onsuz da, rəsmi Bakının irqçilik siyasəti hamıya bəllidir. Biz bunu bilirik" və s. Yəni, boş yerə bizi sülhə çağıraraq özünü demokrat kimi qələmə verir. Lakin ümumilikdə, Azərbaycana qarşı qəti radikal mövqedə çıxış edir. Əlbəttə ki, bu durum heç vaxt sülhə gətirib çıxara bilməz və Azərbaycan əbədi olaraq bu vəziyyətə dözməyəcək".
publika

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi