Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
30 Dek 18:39Siyaset
Nazir: “Gənclərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətini davam etdirməsi vacibdir”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi “Könüllülər ili” çərçivəsində bu ilin 30 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov XİN nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri ilə videokonfrans formatında görüşüb.
XİN-dən verilən məlumata görə, görüşdə Xarici İşlər naziri Ceyhun Bayramov ölkə başçısının təşəbbüsü və təşviqi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərakatının önəmindən bəhs edib. 2020-ci ilin cənab Prezident tərəfindən “Könüllülər ili” elan edilməsinin ölkədə Azərbaycan gəncliyinə dövlət səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsi olduğu, artıq ölkəmizdə könüllülük fəaliyyətinin sistematik xarakter daşıdığı qeyd olunub.
Nazir Azərbaycan könüllülərinin pandemiya dövründəki təqdirəlayiq fəaliyyətindən bəhs edərək, bu müddət ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən könüllülərin həmrəyliyini və birgə əməkdaşlığını məmnunluqla vurğulayıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təsis edilməsinin Azərbaycanda könüllülər hərəkatında mühüm addımlardan biri olduğunu söyləyib.
Nazir 2020-ci ildə Azərbaycan üçün ən əlamətdar hadisə olan, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun şanlı qələbəsindən bəhs edib. O, cəbhədə olduğu kimi siyasi müstəvidə də Azərbaycanın qazandığı uğurlardan danışıb. Vətən müharibəsi dövründə Azərbaycan xalqının həmrəyliyini, ölkə başçısının qeyd etdiyi kimi, bir dəmir yumruq kimi birləşdiyini xüsusi olaraq vurğulayıb. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtirama yad edilib və qazilərimizin tez zamanda sağlamlıqlarına qovuşması arzulanıb.
Nazir Ermənistanın informasiya sahəsində təxribatlarının qarşısını almaq məqsədi ilə aparılan təqdirəlayiq informasiya müharibəsindən bəhs edərək, burada gənclərin fəal iştirakını da qeyd edib. O, Gənclərimizin bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Diplomatiya Könüllülərinin il ərzində fəaliyyətini qiymətləndirən xarici işlər naziri gələcək fəaliyyətləri üzrə gənclərə öz tövsiyələrini verib.
Sual-cavab sessiyası ilə davam edən görüşün yekununda nazir könüllüləri şanlı qələbəmiz, “Könüllülər ili”, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Respublikaxəbər.az
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi