Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
25 Dek 12:00Siyaset
Bilsinlər ki, bura Qəzyan kəndidir!
2020-ci il bütün dünya üçün ağır il keçsə də, bizim üçün tarixi il oldu. Ən böyük dərdimizə çarə tapıldı. Bütün dünya xəstəliklə savaşarkən, biz ən böyük xəstəlikdən canımızı qurtardıq. Qarabağ dərdi, torpaq dərdi bitdi bizim üçün.
Bir adamın sözü ilə, “Qarabağ Azərbaycandır və nida!” ifadəsi ilə bitdi.
Xalqı, ordunu birləşdirə bilən adamın sözü, imzası qədər sözü keçərli olan adamın əzmi ilə bitdi bu dərd! Yox oldu, vəssalam.
Bu gün illərlə həsrətində olduğumuz torpaqlarda bizim oğullar, bizim əsgərlər keşik çəkir. Qarda-boranda torpağının könlünü alır. “Biz buradayıq” deyir.
Ali Baş Komandan da əsgərini tək qoymur. Mütəmadi olaraq əsgərinə baş çəkir. Əsgəri ilə danışır, görüşür.
Əsgərinə deyir ki, “Azərbaycan əsgəri öz gücünü göstərdi!”. Axı hamımız bilirik, bu gücü əsgər haradan aldı. Qəhrəman zabitlər kimə güvənib döyüşə atıldı. Bilirik, hamı hər şeyi bilir.
Ali Baş Komandan hər dəfə işğaldan azad olunan ərazilərə səfər edəndə hər kəndin, çayın adını elə sevgi ilə çəkir ki, sanki elə komandanın böyüdüyü kənddir, eldir bura. Dəqiqliklə nəyin harada yerləşdiyini bilir.
Cənab Prezidentin Birinci vitse-prezidentlə Qubadlıya səfəri isə çox incə detalla yadda qaldı. “Ermənicə nəsə yazıblar ora, dayan”, “Sökmək lazımdır bunu”, dəmir lövhənin üstünə çıxıb, “Bax belədir” “Bilsinlər ki, bura Qəzyan kəndidir! Bunu aparsınlar Ermənistana” deməsi məni uşaq kimi kövrəltdi, gör, 30 il Qəzyanın xiffətini çəkənlərin halı necə oldu. “Bilsinlər ki, bura Qəzyan kəndidir!”
Cənab Prezidentin bütün detallara diqqət etməsi ancaq və ancaq Vətəni sevməsindən irəli gəlir. Adam ancaq sevəndə bu cür qayğısına qalır torpağın. Rəva bilmir ki, onun üstündə ermənicə yazılı lövhə olsun. Sığışdırmır. Məhv edir, sökdürür. Yerində ÖZ bayrağımızı ucaldır, öz dilimizdə lövhələr yazdırır.
Əminəm ki, əgər torpağın dili olsaydı, danışardı, ağlayardı. “Mənimkilər gəldi” deyərdi.
Ali Baş Komandanı hər səfərində bir cür kəşf edirik. Ağdam səfərində Birinci vitse-prezident Mehriban Əliyeva ilə birgə, ayaqyalın Ağdam məscidini ziyarəti. Qubadlıda hər detala diqqət etməsi. Xudafərin körpüsünə getməsi. Hərəsi bir tarixdir, bir mesajdır.
Və bu mesajları həm daxildə, həm də xaricdə olan düşmənlər gözəl anlayır. Anlayırlar ki, gorbagor oldular, onlar da, onların qurduğu xəbis planlar da. Bu andan sonra bizi yalnız inkişaf və daha da güclü olmaq gözləyir.
Bu andan sonra hər bir qarış torpağımızda ancaq Azərbaycan dilində yazılan lövhələr gözləyir. Bu lövhələrə isə tarixi qalib ordunun Ali Baş Komandanı yazdı və nida!
Sənəm Əliyeva

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi