Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
10 Noy 13:33Olke
Keçmişin, Bu günün, Gələcəyin Ən Şərəfli Və Sevincli Qələbə Müjdəsi!
Qalib Ali Baş Komandanımızın dünyaya, bəşəriyyətə sığmayan sevinci, tarixi qələbəsi, bütün dünya azərbaycanlılarının, türk dünyasının sevinc və coşqusuna səbəb olan zəfəri onun gücünün, əzminin, iradəsinin və qətiyyətinin nəticəsidir! Tarixi qələbənin mənbəyi xalqımızın həmrəyliyi, Cənab Ali Baş Komandanın yumruğu ətrafında sıx birləşən insanlarımızın inamı və Azərbaycan ordusunun məğlubedilməzliyi hünəri və qətiyyəti idi. Dəmir yumruğu ilə tarixi və ilahi ədaləti bərpa edən xalqımızın sərkərdəsi əsrlərə, nəsillərə örnək və dastan olacaq qətiyyəti və hünəri ilə Azərbaycan tarixinin keçmişinə və gələcəyinə adını qızıl hərflərlə həkk etdirdi! Tarixi qələbə milli kimliyimizi, birliyimizi, gücümüzü və əzmimizi bütün dünyaya nümayiş etdirdi. Artıq dünya, liderimiz və xalqımız arasında necə möhkəm və sarsılmaz inamın olduğunun şahidi oldu! Biz ədalət mübarizəmizi, tarixi və ilahi ədalət uğrunda savaşımızı Ali Baş Komandanımıza inamımız və güvənimizlə başladıq. Qələbə ruhumuz müzəffər Azərbaycan Ordusunun gücü, dünyaya səs salan qətiyyəti, heç zaman unudulmayacaq tarixlərdə dastanlarda yaşayacaq!
Xalqımız sevincini and yerimiz, qürur mənbəyimiz olan “Şəhidlər Xiyabanı”na axışaraq şəhidlərimizin müqəddəs ruhlarını anması, onlara bu müjdəni çatdıraraq qeyd etməsi Cənab Ali Baş Komandanımız tərəfindən atılan nümunəvi adımın davamıdır. Qalib və məğrur xalqın nümayəndəsi olmaq, bu sevinci xalqımızın birliyi və həmrəyliyi ilə yaşamaq düşmənə tarixi bir dərsdir. Tarixi qələbə Azərbaycanın hərbi və siyasi gücü, iradəsi və qətiyyətinin təntənəsidir.
Bölgədə erməni işğalçılığı və terroruna son qoyuldu!
Bayraqlarımız artıq işğaldan azad edilmiş ərazilərdə dalğalanacaq. Azərbaycan tarixi qələbəyə nail olmaq üçün, çox əhəmiyyətli, düşünülmüş strateji fəaliyyət, dayanıqlı iqtisadi göstəricilərimizin yaratdığı imkanlar vasitəsi ilə hərbi potensialımızı bölgədə liderə çevirmişdir. Ermənistan ordusunun müzəffər Azərbaycan ordusunun qarşısında aciz qalaraq məğlubiyyətə düçar olması bölgənin həqiqi və real güc sahibini təsbit etmiş oldu.
Ordumuz, faşizm ideologiyası ilə yaşayan, daim özlərini bölgənin tarixi qalibləri kimi hiss edən ermənilərin əzmi və iradəsini darmadağın etdi. Layiq olduğumuz qələbəmizi yaşayırıq.
Ermənistanın məğlubiyyətini rəsmi şəkildə təsdiq edən bu bəyanat Cənab Ali Baş Komandanımızın, məğlubedilməz ordumuzun şanlı qələbəsidir! 10 Noyabr gecə saatlarında bu müjdəni Azərbaycan xalqına fəxr və qürurla çatdıran Cənab Prezident bütün Azərbaycanı sevincə qərq etdi. Ermənistan hərbi və siyasi rəhbərliyinin təslim olaraq milli maraqlar və ərazi bütövlüyümüzü qəbul etməsi səbəblərindən biri dünən qeyd etdiyimiz parlaq qələbəmizdir, tarixi qələbəmizdir, Şuşanın işğaldan azad edilməsi düşmənin zəifləmiş dirəncini darmadağın etdi. Şuşanın azad edilməsi müharibə tarixinin ən mühüm siyasi, strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyan öhdəliklərindən biri idi. Şuşa zəfərindən dərhal sonra düşmənə növbəti ağır zərbə vuruldu. Noyabrın 9-da - Dövlət Bayrağı Günündə bizim növbəti şanlı hərbi qələbəmizlə 72 yaşayış məntəqəsi Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edildi. 27 Sentyabr-dan bu günə qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusunu darmadağın edildi. İşğal altında olan digər rayonlarımız - Ağdam, Laçın, Kəlbəcər rayonlarının qan tökülmədən Azərbaycana qaytarılması hərbi və siyasi qalibiyyətin bariz nümunəsidir. Yaşasın Cənab Ali Baş Komandan! Yaşasın Azərbaycan Xalqı!
Torpaqlarımız uğrunda canını qanını fəda etmiş qəhrəman oğullarımızı, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı. Hər bir şəhid qardaş və bacılarımız bizim qəlbimizdə əbədi yaşayacaq və əminəm ki, Azərbaycan gəncliyi və gələcək nəsillər onları daim fəxr və qürurla anacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onlara borcluyuq, çünki onların şücaəti, qəhrəmanlığı, fədakarlığı nəticəsində tarixi ədalət bərpa olunub və biz torpaqlarımıza geri qayıdırıq. Yaralı hərbçilərimizə şəfa diləyirik və arzu edirik ki, azad etdikləri torpaqları qarış-qarış gəzərək öz qəhrəmanlıq hekayələrini nəsillərimizə danışaraq, qızıl tariximizə və qəhrəmanlıq salnaməsinə həkk olunacaqlar. Tarixi qələbə bir daha Azərbaycan xalqının nə qədər böyük, vətənpərvər, iradəli və əzmli olmasını dünyaya göstərdi. İllərlə yaşadıqları çətinliklər, ümidsizlik, onların qələbə ruhunu qırmadı və cinayətkar erməni hərbi və siyasi rəhbərliyinin təxribatları onları torpaqlarından bir qarış belə olsun uzaqlaşdırmadı. Düşmən döyüş meydanındakı məğlubiyyətini daim mülki insanlarımıza atəş açaraq ört basdır etməyə çalışdı ancaq məğrurluğumuz onların riyakar planlarını alt üst etdi.
Azərbaycan hətta müharibə şəraitində belə bütün beynəlxalq hüquq norma və prinsiplərə sadiqliyini və məsuliyyətini nümayiş etdirdi. Ancaq təəssüflər olsun ki Ermənistan ordusu dünya tarixində terrorçu, vandal, beynəlxalq hüquq və insani dəyərləri heçə sayan pərakəndə və fərari ordu kimi tarixə həkk olundu. Biz kimin güclü kimin zəif olduğunu sübut etdik. Biz regional gücün Azərbaycana aid olmasını sübut etdik. Azərbaycan daim öz uğurlarını, inkişaf tempini yüksəldərək yeni nailiyyətlər əldə edəcək, işğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlanacaq.
Şanlı qələbəmizin daha bir önəmli töhfəsi Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla əlaqəsinin Cənab Ali Baş Komandanımızın təkidi ilə bəyanatda təsbit edilməsi bütün kommunikasiyaların, yolların açılması, eyni zamanda, yeni nəqliyyat kommunikasiya infrastrukturu yaradılmasına səbəb olmasıdır Çox xoşbəxtik ki bu tarixi addım məhz Cənab Ali Baş Komandanın tələbi və iradəsi ilə reallaşdı.
Çox sevindirici haldır ki xalqımız hamılıqla daim ordumuza maddi və mənəvi dəstək oldu! Azərbaycanda yaşayan bütün millətlər bir ideologiya ətrafında tarixi, əzəli əbədi torpaqlar uğrunda qəhrəmancasına döyüşdülər. Bu bizim həmrəylik göstəricimiz və birliyimizin gücüdür. Azərbaycan xalqı Cənab Prezident İlham Əliyevlə bərabər Qarabağ Azərbaycandır və nida deyərək bu deyimi tariximizin şərəf və ləyaqət salnaməsinə həkk etdirdi.
Yaşasın Cənab Ali Baş Komandan! Yaşasın Qalib Azərbaycan!
Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev
Sənəm Əliyeva Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi