Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 Okt 16:52Olke
Xalqımız tarixi günlərini yaşayır
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir." Güclü iqtisadiyyatı olan ölkənin güclü orduya malik olması isə onun mövqelərini daha da möhkəmləndirir, gücləndirir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, milli maraqlarının qorunmasında mühüm rol oynayır. Müharibə şəraitində yaşayan ölkə olaraq güclü, qüdrətli Ordumuzun olması daha vacibdir.
Bu gün böyük fəxrlə qeyd edirik ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir güclü, qüdrətli Ordusu vardır. Milli Ordumuz hər bir azərbaycanlının qürur mənbəyinə çevrilib. Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində atdığı addımlar 30 ilə yaxındır ki, Ermənistanın qeyri-kontruktiv mövqeyi ucbatından müsbət nəticəsini vermir. İşğalçı dövlət təxribatları, sərsəm bəyanatları ilə danışıqlar prosesini uzadır. Son təxribatları Ermənistanın yeni ərazilər naminə müharibəyə hazırlaşdığını ortaya qoysa da, dünya susdu. Möhtərəm Prezidentimiz İlham Əliyev ən yüksək tribunalardan bəyan edir ki, işğal altında olan torpaqlarımızı istənilən yolla azad etmək suveren hüququmuzdur. “Tam məsuliyyətlə deyə bilərəm ki, bu gün Azərbaycan Ordusu çox yüksək səviyyədədir. Ordumuzda peşəkarlıq, döyüş qabiliyyəti artır, Silahlı Qüvvələrdə ruh yüksəkliyi vardır. Bütün bu məsələlər bizi çox sevindirir. Azərbaycanda ordu quruculuğu prosesi bundan sonra da uğurla gedəcəkdir. Ordumuz ölkə qarşısında duran vəzifələri icra etmək üçün bütün imkanlara malikdir” əminliyini ifadə edən cənab İlham Əliyevin bu fikirlərinin təsdiqi 2016-cı ilın Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri, 2020-ci ilin 12 iyul təxribatının qarşısının qətiyyətlə alınması və 27 sentyabrda Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq üçün Azərbaycan Ordusunun əks-hücumudur.
Bu gün xalqımız tarixi günlərini yaşayır. Cəbhə bölgələrindən gələn xoş, qələbə xəbərləri harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ruhlandırır, Ordumuza dəstəklərini müxtəlif formalarda ifadə edirlər. Xaricdə yaşayan azərbaycanlıların keçirdikləri yürüşlərə, aksiyalara Türkiyə diaspor təşkilartları da qatılaraq Azərbaycanın haqq səsinin bir daha dünya ictimaiyyətinə çatdırılmasına öz dəstəklərini göstərirlər.
Azərbaycan Ordusunun qələbə sevincini möhtərəm Prezidentimiz İlham Əliyev «Tvitter» səhifəsində paylaşdı. Oktyabrın 3-ü tariximizə bir çox yaşayış məntəqələrimizin azad olundugu gün kimi daxil oldu. Öncə “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!” paylaşımını edən möhtərəm Prezidentimiz İlham Əliyev bir qədər sonra isə Madagizin tarixi adının bərpa edildiyini, bundan sonra Suqovuşan adlandırılacağını bildirdi. Üçrəngli bayrağımızın Suqovuşanda dalğalanması hər birimizdə böyük qürur hissi, bütün torpaqlarımızın işğaldan azad ediləcəyinə inamı daha da artırır. Möhtərəm Prezidentimiz oktyabrın 3-də Azərbaycan Ordusunun növbəti qələbəsini - Tərtər rayonunun Talış kəndinin, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərinin, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndinin azad edildiyini paylaşdı. Oktyabrın 4-də isə bu siraya daha bir qələbə sevincimiz yazıldı. Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini paylaşan möhtərəm Prezidentimiz İlham Əliyev, eyni zamanda, Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə bütün Azərbaycan xalqına Cəbrayıl şəhərinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində bildirmişdir ki, dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar: «Gözəl qəsəbə saldıq. Qəsəbənin açılışında demişdim ki, Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir.
Cocuq Mərcanlı onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Hesab edirəm ki, bu gün Cəbrayıl rayonunun böyük hissəsinin və Cəbrayıl şəhərinin azad edilməsi xüsusi əhəmiyyət daşıyır.» Cənab İlham Əliyev, eyni zamanda, bu bəyanatı səsləndirmişdir ki, bu gün Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına dərs olmalıdır: “Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Dövlətimizin başçısı İlham Əliyevin son bir ildə iştirak etdiyi beynəlxalq səviyyəli tədbirlərdəki çıxışlarına, xarici KİV-lərə müsahibələrinə, Ermənistanın baş naziri ilə debatlara diqqət yetirsək görərik ki, əsas məsələ Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bir daha işğalçı dövlətə və onun havadarlarına çatdırmaqdır. Ötən il “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında Prezident İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına “Qarabağ Azərbaycandır və nida işarəsi” cavabını verdi. Bu günlərdə cənab İlham Əliyev BMT tribunasından, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verilişdə, “Əl-Cəzirə” televiziya kanalına müsahibəsində Ermənistanın işğalçılıq siyasətini faktlar əsasında diqqətə çatdıraraq bir daha bu əminliyi ifadə etmişdir ki, biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq.
Azərbaycan Ordusunun cəbhə bölgələrində göstərdiyi şücaət qürurvericidir. Bu gün paytaxt Bakımızı zəfər bayraqlarımız bəzəyir. Xalqımız cəbhədən gələn qələbə xəbərlərini “Eşq olsun Azrbaycan əsgərinə!”, “İgid əsgər, irəli!”, “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Prezident-xalq-ordu birliyi carsılmazdır” kimi döyüş ruhlu çağırışlarlarla Ordumuza dəstəklərini ifadə edirlər. İşğaldan azad olunan yaşayış məntəqələrimizdə sancılan üçrəngli bayrağımız birliyimizi, həmrəyliyimizi, qələbə əzmimizi özündə ehtiva edir. Daha bir xoş xəbər Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun 2010-cu il iyunun 18-də təkbaşına döyüşərək xeyli sayda düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağının sancılmasıdır. Torpaqlarımızın işğaldan azad olması şəhidlərimizin ruhunu şad edir. Azərbaycan əsgərləri böyük ruh yüksəkliyi ilə döyüşləri davam etdirərək hər an bizi qələbəyə yaxınlaşdırır, “şəhidlərimizin qanı yerdə qalmayacaq” bildirirlər.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi “Instagram” səhifəsində Ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşımında bildirir ki, bütün Azərbaycan xalqını və bizim qələbələrimizə sevinən hər kəsi səmimi qəlbdən təbrik edirəm. Vətən yolunda canından keçmiş qəhrəman şəhidlərimizə Allah rəhmət eləsin! Uca Tanrı ordumuzu, xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!
Möhtərəm Prezidentimiz İlham Əliyevə təbrik və minnətdarlıq məktublarında da bu inam ifadə olunur ki, Sizin rəhbərliyiniz, Ordumuzun şücaəti nəticəsində işğal altında olan doğma torpaqlarımız mənfur düşməndən azad ediləcək, Qələbə sevincini bütün xalqımızla birlikdə Şuşada, Xankəndidə Azərbaycanın üçrəngli bayrağı altında qeyd edəcək, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Qoy, Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” arzusu reallığa çevriləcək.
Xatirə Əliyeva, YAP Mətbuat xidmətinin əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi