Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 Noy 13:46Siyaset
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun müzəffər yürüşü haqq-ədalətin tarixi təntənəsinə çevrildi
Etiraf edim ki, 2016-cı ilin aprelində Azərbaycan Ordusu uğurlu hərbi əməliyyatla Lələtəpə zirvəsini düşməndən alandan sonra işğal altındakı bütün torpaqlarımızın – Şuşa, Laçın, Kəlbəcər, Qubadlı və digər yurdlarımızın tezliklə son qarışına kimi azad olunacağına, bütün məcburi köçkünlərin dədə-baba ocaqlarına qayıdacaqlarına əminliyim daha da artmışdı.
Sentyabrın 27-də ordumuzun erməni işğalçılarına qarşı başladığı uğurlu əks-hücum əməliyyatları nəticəsində yağı tapdağında qalan kənd və şəhərlərimizin düşməndən bir-bir təmizlənməsi isə o zaman hissimdə, düşüncəmdə yanılmadığımı göstərdi.
Ermənilər torpaqlarımızı zəbt etməyə başladıqları gündən ərazilərimizdə soyqırımı siyasəti apardılar, Xocalıda azərbaycanlılara qarşı dəhşətli soyqırımı törətdilər. Bu, İkinci Dünya müharibəsində faşizmin dəhşətli qırğınlarından sonra müasir dövrdə erməni separatçıları-terrorçuları ilə birlikdə Ermənistan silahlı qüvvələrinin insanlığa qarşı ən kütləvi və ən dəhşətli soyqırımı idi.
Erməni faşistləri tərəfindən respublikamıza qarşı ədalətsiz müharibə aparılması, Azərbaycanın ərazi bütövlüyünün pozulması və torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsi ilə bağlı fakt beynəlxalq səviyyədə, eləcə də Birləşmiş Millətlər Təşkilatında (BMT) təsdiqini tapdı. Buna görə də BMT Təhlükəsizlik Şurası erməni silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən çıxmaları haqqında 4 qətnamə (822, 853, 874, 884 saylı) qəbul etdi. Lakin düşmən bu qətnamələri yerinə yetirməyərək, necə deyərlər, beynəlxalq aləmə meydan oxudu.
O vaxtdan etibarən Azərbaycan dövləti regionda gərginliyin aradan qaldırılmasında maraqlı olduğunu, məsələnin sülh yolu ilə həllinə çalışdığını daim işğalçının diqqətinə çatdırsa da, Ermənistan tərəfi öz məkrli niyyətindən əl çəkmədi, bölgədə gərginliyin saxlanılmasını, dinc insanların qanının axıdılmasını davam etdirdi. Bəşəri cinayətlər törətdi. Ancaq anlamadı ki, bu kimi əməllərlə heç nəyə nail ola, xalqımızı torpaqlarını işğaldan azad etmək məqsədindən döndərə bilməyəcək, güclənən Azərbaycan gec-tez təcavüzkarın cəzalandırılmasına nail olacaq. Təəssüf ki, düşmən Azərbaycan Ordusunun Aprel və Tovuz döyüşlərindən, habelə Günnüt əməliyyatından nəticə çıxarmadı, təxribatlara, işğalçılıq siyasətinə son qoymadı. Əksinə, işğalçı Gəncə şəhərini raketlə vuracağı ilə bağlı ölkəmizə növbəti hədə-qorxu gəldi, Azərbaycan ərazilərində yaratdıqları qondarma rejimin qondarma “strukturlarının” Xankəndindən Şuşaya köçürüləcəyi haqqında məlumat yaydı. Bütün bunlarla bərabər, işğalçı dövlətin baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda “düşmənin qarşısının alınması” mexanizminin təkmilləşdirilməsi məsələsinin müzakirəsini aparıb, ayrı-ayrı vaxtlarda “Artsax Ermənistandır, nöqtə” kimi təcavüz xarakterli şüarlar səsləndirdi. Livandan olan erməni ailələrinin Şuşa şəhəri daxil olmaqla işğal altındakı ərazilərdə məskunlaşmasına şərait yaratmaqla qanunsuz məskunlaşma siyasəti reallaşdırdı. Bu cür məkrli əməllər azmış kimi, Azərbaycanın yeni ərazilərini işğal etməyə hazırlaşdı. Dövlətimizin başçısı isə bu barədə BMT Baş Assambleyasının tribunasından məlumat verdi. Azərbaycan təmkin, konstruktivlik və sağlam düşüncə nümayiş etdirdi. Lakin Ermənistan bütün bunlara məhəl qoymadı. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətdi, nəticəsdə həm mülki əhali, həm də hərbçilər arasında itkilər oldu. Düşmən ölkə bu təxribatla Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini və bununla da özünün faşist mahiyyətini bütün dünyaya göstərdi.
Silahlı Qüvvələrimiz 44 günlük müharibədə tarixi qələbələr əldə etdi. Azərbaycan Ordusunun sentyabrın 27-də işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi.
Azərbaycan döyüşlərdə hərb tarixinə yenilik kimi düşən strategiyanın tətbiqi ilə ən müasir silahlardan istifadəyə xüsusi önəm verdi. Nəticədə həm sürətlə irəlilədi, işğal altındakı ərazilərimizi yağılardan təmizlədi, həm də düşmənin bütün hərbi texnikasını darmadağın etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini qüdrətli Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi.
Ordumuz əks-həmlə əməliyyatları zamanı müasir texnoloji silahlarla düşmənin komanda-idarəetmə məntəqələrini, raket və artilleriya vasitələrini, döyüş texnikasını və təminatını sıradan çıxaraq onu faktiki olaraq iflic vəziyyətinə gətirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi.
Azərbaycan Ordusu Aprel və Tovuz döyüşlərində, uğurlu Naxçıvan əməliyyatında olduğu kimi, sentyabrın 27-dən başlanan və 44 gün çəkən əks-hücumda da yüksək vətənpərvərlik nümayiş etdirdi, “Ermənistan ordusunun nəğlubedilməzliyi” mifini darmadağın etdi, 300-ə yaxın kəndi, 5 şəhəri, 4 qəsəbəni, habelə çoxsaylı strateji yüksəklikləri yağılardan təmizlədi. Düşmən texnikasına, canlı qüvvəsinə ciddi zərbə vurdu. Bununla da Ermənistan ordusunu vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirən, başıpozuq dəstələrə çevirdi.
Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardıca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi işğalçıdan təmizləməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi.
Döyüşlərdə bütün dünyaya Azərbaycan xalqının əzmi, Azərbaycan Ordusunun döyüş qabiliyyəti nümayiş etdirildi. Vətənpərvər xalqımızın bu taleyüklü sınaq dövründə də öz Prezidentini dəstəklədiyi, onun ətrafında sıx birləşdiyi bir daha təsdiqləndi. “Ali Baş Komandanın bircə əmrinə müntəzirik”,– deyən Azərbaycan döyüşçüsünün vədi hərb meydanında sübuta yetirildi.
Beləliklə, döyüşdə uduzan, məğlub olan Ermənistanın öz müqavimətini dayandırmaqdan, Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməkdən başqa əlacı qalmadı. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi idi. Müharibədə ağır itkilər verərək, məğlubiyyətin qaçılmazlığını anlayan, dərk edən işğalçı respublikanın rəhbərliyi Prezident İlham Əliyevin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtlərlə razılaşmağa məcbur oldu.
Şuşanın xilası əməliyyatı Azərbaycanın hərb tarixinə şərəfli bir səhifə kimi yazılacaq
Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək dağlıq şəraitdə həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı da, şübhəsiz ki, Azərbaycanın hərb tarixinə şərəfli, parlaq səhifə kimi yazılacaq.
Şuşa qələbəsi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əsl siyasətçi, diplomat və sərkərdə kimi fəaliyyətinin məntiqi nəticəsi idi. Bu uğur dövlətimizin siyasi, iqtisadi və hərbü qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdi.
Yeri gəlmişkən, tanksız, topsuz, artilleriyasız, pilotsuz kamikadzelərin müşayiəti olmadan 1500-1800 metr yüksəkliklərdə döyüşlər apararaq bu qala şəhərini yağılardan təmizləmək ordu bölmələrimizin heyrətamiz cəsarəti, şücaəti, güc-qüdrəti hesabına gerçəkləşib. Ukraynalı hərbi analitik Aleksey Arestoviçin Feysbuk səhifəsində yazdığı sözlərlə də Silahlı Qüvvələrimizin döyüş əzmi, mübarizliyi, qəhrəmanlığı haqqında aydın təsəvvür yaradıb: “…Azərbaycan əsgəri Şuşanı piyada döyüşləri ilə, daşına bilən ağır sursatlarla, duman içində, göz-gözü görməyən çətin hava şəraitində dağlardan keçərək qaytardı. Azərbaycan əsgəri Şuşanı PUA-larsız, tanksız, artilleriyasız işğaldan azad etdi. Bu, “… hər şey dronlarla edildi ” deyənlərin nə qədər haqsız, ədalətsiz olduqlarını bir daha təsdiqlədi. Bu, israillilərin 1967-ci ildə Ağlama Divarına çıxmasına bərabər, bəlkə də ondan üstün bir döyüş idi… Bu, Vətənə qayıdış, ədalətli Tarixə qayıdış idi. Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu?!. Sualı cavablandırmaq, nə isə demək, danışmaq çox çətindir. Şəhidi çiyinlərində, yaralını qollarında, döyüşə-döyüşə, qan-tər içində nəfəsini belə dərmədən qalxırdı üzü dağ yuxarı Şuşaya doğru Azərbaycan əsgəri…”
Azərbaycan Prezidenti müraciətində xalqa Şuşanın işğaldan azad edilməsi müjdəsini verməsini həyatında bəlkə də ən xoşbəxt günlərindən biri olduğunu deyib: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”
Bəli, Şuşanın işğaldan azad edildiyi gün Ali Baş Komandan İlham Əliyevin həyatında özünün dediyi kimi, ən xoşbəxt, bəxtəvər günlərindən biri oldu. Şuşa müjdəsi təkcə sentyabrın 27-dən bu yana işğal altındakı torpaqlarımızın azad edilməsi ilə bağlı növbəti qələbə xəbəri deyildi, həm də son 17 illlik prezidentlik fəaliyyətinin sevinc, fərəh dolu bir gündə atanın-ümummilli lider Heydər Əliyevin -“Mən ona özüm qədər inanıram” etimadının oğul tərəfindən doğruldulması, ata vəsiyyətinə ləyaqətlə əməl edilməsi və ötən illər ərzində yurd, torpaq uğrunda qanlarından-canlarından keçən şəhidlərimizin ruhları önündə hesabatı idi. Bu qələbə sevinci, həm də Laçın, Kəlbəcər və Ağdamın azad olunacağı günün “bir nəfəs qədər yaxın” olacağından xəbər verirdi.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ