Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
11 Noy 18:01Siyaset
Aqiyə Naxçıvanlıdan xalqımıza çağırış: “İndi biz daha ayıq-sayıq, daha məsuliyyətli olmalıyıq”
“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun Azərbaycanın apardığı ədalətli Vətən müharibəsində qazandığı böyük qələbə əlbəttə ki, möhtəşəm tarixi bir hadisədir. Bu günlərdə bütün xalqımız bu tarixi qələbənin sevincini yaşayır. Bununla belə unutmaq olmaz ki, ölkədə hələ də hərbi vəziyyət və bununla bağlı elan olunmuş komendant saatı rejimi qüvvədədir. Buna görə də biz hamılıqla tətbiq olunmuş qaydalara riayət etməliyik.” Bu sözləri aia.az saytına verdiyi müsahibəsində Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı demişdir.
Artıq iki gündür ki, xalqımız torpaqlarımızın azad olunması uğrunda son 44 gün ərzində gedən hərbi əməliyyatların Azərbaycanın tam qələbəsilə başa çatmasını böyük təntənə ilə qeyd edir. Şəhər və rayonlarımızın küçələrində böyük izdiham halında toplaşan vətəndaşlar öz sevinclərini, emosiyalarını ən müxtəlif üsullarla ifadə edirlər. Bununla belə, kor-təbii şəkildə yaranan bu cür izdihamlar əslində həm hərbi vəziyyət rejiminin, həm də karantin rejiminin tələblərinə tamamilə zidd məqamların ortaya çıxmasına səbəb olur. Bu barədə əməkdaşımızın suallarını cavablandıran millət vəkili Aqiyə Naxçıvanlı məsələyə münasibət bildirərək bunları demişdir: “Heç şübhəsiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun Azərbaycanın apardığı ədalətli Vətən müharibəsində qazandığı böyük qələbə möhtəşəm tarixi bir hadisədir. Bu günlərdə bütün xalqımız bu tarixi qələbənin sevincini yaşayır. İnsanlarımızın müxtəlif formalarda ifadə olunan sevinc hissələrini, emosiyalarını başa düşmək çətin deyil. Otuz il düşmən tapdağı altında olan torpaqlarımızı nəhayət ki, geri qaytardıq. Azərbaycan qalib ölkə oldu. Bu sevinci hamımız yaşayırıq. Amma qələbə həm də məsuliyyət deməkdir. Bu gün biz hamımız ikiqat ayıq-sayıq və daha məsuliyyətli olmalıyıq. Unutmaq olmaz ki, düşmən qorxaq və qarşımızda aciz olduğu qədər də məkrlidir. Bizim qələbə sevincimizə acı qatmaq üçün həm düşmənlərimiz, həm də onlara dəstək olan qüvvələr hər an istənilən təxribata əl ata bilərlər. Buna yol verməmək üçün də nə qədər ki, ölkədə hərbi vəziyyət və komendant saatı rejimi aradan qaldırılmayıb bütün tələb və qaydalara daha böyük məsuliyyətlə əməl etmək lazımdır.”
Həmçinin Aqiyə xanım öz müsahibəsində son vaxtlar ölkəmizdə COVİD-19 koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunması ilə bağlı karantin rejiminin şərtlərinə də daha ciddi şəkildə əməl olunmasının zəruriliyini vurğulamışdır: “Möhtərəm Prezidentimizin də dediyi kimi, biz döyüş meydanında qarşımızda duran gözəgörünən düşmənin başını əzdik. Lakin bu gün bizi arxa cəbhədə daha bir düşmən təhdid etməkdədir. Həm də bu gözəgörünməz düşmənin hazırda bütün dünyanı təhdid altında saxlayan koronavirus infeksiyası olduğunu hamımız gözəl bilirik. Bu yaxınlara qədər Azərbaycan dövlətinin həyata keçirdiyi son dərəcə effektli mübarizə tədbirləri sayəsində ölkədə yoluxma sayı minimuma enmişdi. Lakin karantin rejiminin müəyyən qədər yumşaldılması əksər vətəndaşlarımızda məsuliyyət hissini də azaltdı. İnsanlar karantin qaydalarına hardasa etinasızlıq nümayiş etdirməyə başladılar. Bu da tezliklə öz acı nəticəsini verdi. Bu gün artıq gündəlik yoluxma statistikasında dördrəqəmli say göstəriciləri təqdim olunur. Halbuki, sadəcə karantin qaydalarının tələblərinə əməl etməklə bu vəziyyəti yenidən öz xeyrimizə dəyişə bilərik və biz bunu etməliyik. Əks halda bizi karantin rejiminin yenidən və daha da sərtləşdirilməsi gözləyir. Digər bir tərəfdən də artıq az bir müddətdən sonra Vətən müharibəsində döyüşmüş və qələbə qazanmış əsgərlərimiz evlərinə dönəcəklər. Nəzərə almaq lazımdır ki, son iki ayı faktiki olaraq müharibə şəraitində keçirmiş bu igid övladlarımızın immun sistemləri də müəyyən qədər zəifləmişdir. Yəni onların cəmiyyətə qarışacaqları zaman koronavirusa yoluxma ehtimalları da müəyyən müddət ərzində daha yüksək olacaq. Bunun baş verməməsi üçün də biz hamımız daha məsuliyyətli olmalı, koronavirusla mübarizədə birlik və həmrəylik nümayiş etdirməli və döyüş meydanında bizi qoruyan övladlarımızı biz də xəstəlikdən qorumalıyıq. Buna görə mən bir daha bütün xalqımızdan xahiş edirəm, gəlin bir olaq, məsuliyyətli olaq və koronavirusa birlikdə qalib gələk. ”

Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib