Sorğu
Оцените работу движка

25 Okt 10:56Olke

Hər iki cəbhədə qalib gələcəyik!

Ölkəmiz və millətimiz tarixi günlər yaşayır. Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan şanlı tarixini yeniləyir. Həqiqətən, xoşbəxt insanlarıq ki, ölkəmizin bu tarixi günlərinin canlı şahidi və iştirakçısı oluruq. Azərbaycan, möhtərəm cənab prezidentimizin uzaqgörən siyasətinin bəhrələrini toplayır - həm hərb meydanında, həm də diplomatiyada.

Azərbaycan həkimləri və səhiyyə işçiləri, Ali Baş Komandanın çağırışına uyğun olaraq, ilk gündən ön cəbhədə vətən borclarını yerinə yetirirlər. İstər dövlət səhiyyə ocaqlarında, istərsə də özəl sektorda çalışan səhiyyə işçilərimizin əksəriyyəti könüllü olaraq ön cəbhədə çalışmaq istəyir. Bütün səhiyyə müəssisələrimiz hərbi qulluqçularımıza xidmət etmək üçün, demək olar ki, bir-biri ilə yarışır.

Düşmən tərəf yaralılarına qulluq etmək üçün tibbi personal və təminat çatışmazlığı yaşayır. Bunu sosial şəbəkələrdə yayılan videomateriallarda açıq-aşkar görmək mümkündür. Azərbaycan tərəfdə isə hərbi uğurlarımıza paralel bir vəziyyət müşahidə olunur. Son günlərdə bir azərbaycanlı və həkim kimi qürur duyduğum əsas məqamlardan biri də məhz budur. İnanıram ki, hərbçilərimizlə bərabər ön cəbhədə xidmət edən səhiyyə işçilərimiz də daha böyük uğurlar qazanacaq və bizi Qarabağımıza qovuşduracaqlar.

Lakin unutmamalıyıq ki, ölkəmiz və səhiyyəmiz iki cəbhədə savaşır. Koronavirus cəbhəsi hamımız tərəfindən ön cəbhə ilə birlikdə düşünülməlidir. Son günlər koronavirusa yoluxan vətəndaşlarımızın sayının artması səhiyyə işçisi kimi məni çox narahat edir. Birinci vitse-prezidentimizin də qeyd etdiyi kimi, bu barədə həyəcan təbili çalmağın vaxtıdır. Gündəlik yoluxanların sayının artan tendensiyası (son günlərdə 800-dən çox) hamımızı ciddi şəkildə narahat etməlidir. Çünki pandemiyanın daha geniş vüsət alması aşağıdakı fəsadlara səbəb olacaqdır:

1. Bu günlərdə bütün gücü ilə ön cəbhədə olması gərəkən səhiyyə resurslarımızın bir hissəsi, pandemiya ilə mübarizəyə yönləndiriləcək. Bu isə, öz növbəsində, ön cəbhədəki vəziyyətimizə mənfi təsir edə bilər.

2. Səhiyyə işçilərinin fiziki və psixoloji yükünün artmasına səbəb olacaq.

3. Yoluxanların sayı artdıqca, bütün sahələrdəki insan resurslarımıza mənfi təsir göstərəcək.

4. Ümumi iqtisadi itkilərimiz artacaq.

5. Ən önəmlisi isə odur ki, koronavirus ön cəbhədə Vətən müharibəsini aparan şanlı ordumuzun üzvlərinə bulaşa bilər. Bu isə, öz növbəsində, hərbi gücümüzə və uğurlarımıza birbaşa təsir edə bilər.

Bütün bu fəsadlardan özümüzü, millətimizi və vətənimizi qorumalıyıq. Bunun üçün hər bir azərbaycanlı Vətən müharibəsində olduğumuzu unutmamalıdır. Unutmamalıyıq ki, koronavirusla mübarizə cəbhəsi, Vətən müharibəmizin ön cəbhəsi ilə üzvi şəkildə əlaqəlidir. Biz hər iki cəbhədə uğur qazanmalıyıq. İnanıram ki, tarixi fürsəti ələ keçirdiyimiz bu günlərdə hər iki cəbhədə qalib gələcəyik.

Fikrimcə, bu məqsədimizə nail olmaq üçün aşağıdakı prinsiplərə riayət etmək lazımdır:

1. Maska taxmadan evdən çıxmamalıyıq. Koronavirusla mübarizədə, bu gün əlimizdəki ən güclü silah maskadır. Maskadan istifadə edərək, həm özümüzü, həm də ətrafımızdakıları qoruya bilərik.

2. Şəxsi gigiyena qaydalarına riayət etməliyik. Xüsusilə əllərimizi tez-tez sabunla 20-30 saniyə yumalıyıq.

3. Sosial məsafəni qorumalıyıq. Bu günlərdə çox məcbur olmadıqca, insanların toplu olduğu yerlərdən uzaq durmaq lazımdır. Bir-birimizlə yaxın təmasdan, o cümlədən salamlaşmaqdan imtina etmək faydalıdır.

Bu günlərdə ordumuzun əldə etdiyi qələbələr hamımızı coşdurur. Amma bu coşqunu və sevinci toplu şəkildə qeyd etməməliyik. Hətta şəhidlərimizin dəfn mərasimində də çox diqqətli olmalıyıq. Mümkün olduğu qədər az insanla, hamımız maskadan istifadə edərək müqəddəs şəhidlərimizə olan son borcumuzu yerinə yetirməliyik.

Əks halda, yuxarıda qeyd etdiyimiz kimi, virusun ordumuzun mənsublarına bulaşması hamımızın, ən başda şəhidlərimizin arzu etmədiyi nəticələrə gətirib çıxara bilər.

İnanıram ki, biz azərbaycanlılar hər iki cəbhədə qalib gələcəyik.

BÖYÜK QƏLƏBƏ VƏ BÖYÜK QAYIDIŞ BİZİ GÖZLƏYİR.

Prof. Dr. Kamran Musayev









Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: