Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
21 Okt 11:18Olke
Son günlər yoluxmaların artması həyəcan siqnalıdır - Psixoloq
Koronavirusa yoluxub məsuliyyətsizcəsinə kütlə arasına çıxan insanlar bilməlidirlər ki, onlar fərqində olmadan düşmənin dəyirmanına su tökürlər. Ordumuzun gücünə güc qatmaq üçün psixoloji humanizm mütləq şəkildə nəzərə alınmalıdır.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə,bunu Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva deyib.
T.Paşayeva əlavə edib ki, son günlər virusa yoluxma hallarının nəzərəçarpacaq dərəcədə artması sözün həqiqi mənasında həyəcan siqnalıdır.
O, virusa yoluxma sayının birdən-birə belə yüksəlməsinin səbəbini daha çox vətəndaşların laqeyd davranışlarının nəticəsi kimi dəyərləndirir:
”Mən düşünürəm ki, bu artımın səbəbi məhz biz insanlarıq. Noyabrın 2-nə qədər karantin müddətinin uzadılması, bəzi məhdudiyyətlərin qoyulması da məhz bu səbəbdəndir. Biz ciddi şəkildə özümüzü, ailəmizi, yaxın çevrəmizi, ümumilikdə cəmiyyəti nəzərə alaraq davranmalı, dövlətin pandemiya şəraitinə yönəlmiş qərarlarına ciddi şəkildə əməl etməliyik”.
T.Paşayeva bildirib ki, yoluxmanın artmasına təsir göstərən digər bir faktor fəsil dəyişməsidir. Adətən yaydan payıza keçid dövründə virus və mikrobların çoxalması, infeksion xəstəliklərin artması müşahidə edilir: “Hər iki halda əsas məsələ şəxsi gigiyena qaydalarına ciddi şəkildə əməl etməkdir. Biz adi qriplə birgə yaşamağı necə qəbul ediriksə, COVİD-19-la da yaşamağı öyrənməliyik. Çünki mövcud şərait bunu tələb edir. Amma unutmaq olmaz ki, COVİD-19 bizim "zoğallı, limonlu çay" içməklə sağalda biləcəyimiz bir xəstəlik deyil. Əgər vaxtında qarşısı alınmazsa, deyilənlərə əməl olunmazsa, bu, sonu həyatı itirməklə nəticələnəcək bir xəstəlikdir”.
T.Paşayeva qeyd edib ki, uzun elmi axtarışlara baxmayaraq, hələ COVİD-19 virusunun nə vaksini, nə də müalicəsi tapılmayıb. Dünya alimlərinin araşdırma və təcrübələri davam etsə də, hələ ki, yeganə yol özümüzü və ətrafımızı qorumaqdır:
“İnsanlar gərək həyatın müsbət tərəflərindən ibrət aldıqları kimi, baş verən fəlakətlərdən, cəmiyyətə, topluma təzyiqlərindən də dərs alsınlar. Pandemiya şəraitində yaşamağımız az müddət deyil. İndiyə qədər COVİD-19-un qarşısını alacaq, bu virusa qarşı immun sistemini gücləndirəcək vaksinin tapılmaması da yoluxmaya öz mənfi təsirini göstərir. Təbii olaraq psixoloji gərginlik və həyəcanlar immun sistemini zəiflətməklə nəticələnmir, o, daha ciddi fəsadlara gətirib çıxarır.
T.Paşayeva əlavə edib ki, metro stansiyalarında, ictimai nəqliyyat dayanacaqlarında, ümumən gözümüzün görə biləcəyi hər yerdə virusdan qorunma qaydaları barədə təlimatlar asılıb, küçələrdə davamlı olaraq reklam çarxları insanları qaydalara əməl etməyə çağırır. Yəni dövlət tərəfindən lazım olan bütün tədbirlər ən yüksək səviyyədə görülür: “Əgər biz pandemiyanın birinci mərhələsində yalnız virusa qarşı mübarizə aparırdıqsa, indi paralel olaraq daha iyrənc bir virusla – erməni faşizmi ilə vuruşuruq. Deməli, fərd, toplum və cəmiyyət olaraq biz indi ikiqat, üçqat, hətta yüzqat məsuliyyət daşıyırıq. Bu reallığı nəzərə almalıyıq ki, biz hər bir davranışımızla cəbhədə gedən proseslərə, ordumuzun müzəffər yürüşünə kömək etməliyik. Hər birimizin qəlbi bu gün ordumuzla döyünür. Onlar bizi, vətəni qoruyur, torpaqlarımızın hər qarışı uğrunda şəhid qanı axıdılır. Bizim onlara köməyimiz yalnız və yalnız burada, öz evimizdə özümüzü sağlamlığımızı qorumaqdır. Gəlin bir düşünək, əgər biz arxa cəbhədə özümüzü qorumasaq, virusla birgə mübarizə aparmasaq, nəticə nə ola bilər? Təbii ki, xəstəlik sayı günbəgün artar, səhiyyə təşkilatlarımız iki cəbhəyə bölünmək məcburiyyətində qalar. Çünki hər bir vətəndaşın sağlamlığı dövlətimiz üçün önəmlidir”.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ