Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
06 May 16:40Olke
“Virusun təkrar dalğasının olma ehtimalı çox yüksəkdir” - Baş infeksionistdən XƏBƏRDARLIQ
“Vətəndaşları Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi tələb və tövsiyələrə əməl etməyə çağırıram. Buna əməl etməsələr, təbii hal olaraq virusa yoluxmaların sayında artım olacaq. Belə olduğu halda biz məcbur qalaraq tədbirləri yenidən sərtləşdirəcəyik. Yəni bunun başqa bir yolu yoxdur. İnsanlar bu baxımdan çox ciddi şəkildə tədbirlərə əməl etməlidirlər”.
Bu sözləri açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.
O qeyd edib ki, insanlar özünütəcrid məsələsinə ciddi əməl etməlidirlər. Baş infeksionist vətəndaşları insanların kütləvi toplaşdığı yerlərdə və qapalı məkanlarda maskadan istifadə etməyə çağırıb:
“İnsanlar aralarında 2 metr məsafə saxlamalıdırlar. Vətəndaşlar SMS vasitəsilə 3 saatlıq icazə alır. Bir neçə dəqiqəlik işlərini görürlər, sonra qalan saatlarını hara istəsələr gedirlər və gəzirlər. 3 saatdan sonra isə evə qayıdırlar. Biz bunun bu şəkildə olmasını istəmirik. Əgər gördüyümüz tədbirlərin qalıcı olmağını, dünənki kimi virusa yoluxma sayının respublika ərazisində artmasını istəmiriksə, o zaman bu qaydalara əməl etməliyik. Əgər əməl etməsək, xəstəliyin təkrar dalğasının baş vermə ehtimalı çox yüksəkdir. Bu da karantin tədbirlərinin sərtləşdirilməsi ilə nəticələnəcək. Bunun üçün də Operativ Qərargahın tövsiyələrinə əməl etməyimiz çox vacibdir”.
Cəlal İsayev insanların virusa qarşı məsuliyyətsiz olduğunu qeyd edərək, bu şəkildə davam edəcəyi halda yenidən yoluxmaların sayının artacağını istisna etmir:
“Bu tələb və tövsiyələri mütəxəssislər də, media nümayəndələri də hər zaman deyirlər. Ancaq bəzi insanlar bunların heç birini ciddiyə almır və səhlənkarlıq edir. Hər bir vətəndaşın yanında bir polis və ya başqa bir şəxs dayanaraq onu məcbur edib maska taxdıra bilməz, yaxud məcburi şəkildə evinə qaytara bilməz. Hər şəxsə bu qədər işçi də çatmaz. Dövlət nə qədər vəsait ayırır, nə qədər həkimlər, polislər və digər aidiyyəti qurumlar bu sahədə çalışır ki, xəstəliyin qarşısı alınsın. Maarifləndirmə işindən qadağa işlərinə qədər hamısı tətbiq edilir. Amma bir qrup insan buna əməl etmək istəmir. Çox yaxşı bir hal idi ki, respublikamızda virusa yoluxma azalmışdı. Ümid edirdim ki, may ayının sonuna qədər koronavirus ölkədə sona çatacaq. Amma bir balaca yumşaldılma tədbirlərinə başlayan kimi insanlar hesab elədi ki, respublikada COVID-19 virusu yoxdur. Son dövrlərin hadisələri göstərdi ki, Azərbaycanda koronavirus yayılmağa davam edir. Bunun olmaması üçün insanlar verilən tövsiyələrə əməl etməlidirlər”.
Baş infeksionist havaların isinməsi ilə virusun məhv olması fikrinə də aydınlıq gətirərək, vətəndaşlarımıza gigiyena qaydalarına və təcrid məsələlərinə əməl eməyi tövsiyə edib:
“Bəziləri düşünür ki, havalar isinir, yaya doğru gedirik və virus aradan qalxacaq. Düzdür, onun da çox az köməyi dəyə bilər. Amma verilən tələblər yerinə yetirilməsə, heç bir şey müsbətə doğru dəyişməyəcək. İsti ölkələrdə də bu xəstəlik aşkar edilib. İstilərin olması virusun məhv olması anlamına gəlməməlidir. Əsas tədbir infeksiyanın insandan insana ötürülməsinin qarşısını almaqdır. Xüsusilə təcrid və maska məsələləri önəmli rol oynayır. İkinci planda da şəxsi gigiyena qaydalarına əməl etməkdir. Artıq insanlar qoyulmuş maneələri keçib parklara daxil olurlar. Biz şüurlu insanıq. Maneə qoyulub ki, ora keçməyək və bir yerdə toplaşmayaq. Onu aşıb insanlar parkda gəzirlər. Vətəndaşlarımızı məsuliyyətli olmağa çağırıram. Biz çoxlu gəzəcəyik də, parka da, dənizə də gedəcəyik, yay mövsümündə çimərliyə də gedib əylənəcəyik. Amma sadəcə bir müddət dözmək, səbr etmək və bu xəstəliyin yayılmasının tam aşağı düşməsinə nail olmaq lazımdır”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi