Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
29 İyl 08:07Siyaset
XİN-dən bölgədəki son vəziyyətə dair bəyanat
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) bölgədəki son vəziyyətə dair bəyanat yayıb.
Respublikaxeber.az bu barədə XİN-in mətbuat xidmətinə istinadən məlumat verir.
Bildirilib ki, Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə Ermənistanın hərbi təcavüzü, ərazilərimizin işğalı, qoca, qadın, uşaq demədən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsi ilə üzləşib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünə və qaçqına çevrilib.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmasına, işğalçı qüvvələrin Azərbaycan ərazilərini dərhal tərk etməsinin tələb olunmasına baxmayaraq, Ermənistan bütün bu çağırışlara heç bir məhəl qoymayıb, əksinə, işğala əsaslanan status-kvonu daha da möhkəmləndirərək, işğal etdiyi ərazilərdə Azərbaycan xalqının tarixi və mədəni irsini qəsdən məhv edib, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib. Ermənistan rəhbərliyi “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı açıqlamalar verərək Azərbaycanı “yeni ərazilər naminə yeni müharibə” ilə hədələyib.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarixi Zəfər qazanaraq torpaqlarımızın işğalına son qoyub. 30 illik işğala və məşəqqətlərə baxmayaraq, Azərbaycan tərəfi Vətən müharibəsindən qısa müddət sonra iki ölkə arasında bir-birinin ərazi bütövlüyünün, suverenliyinin və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri, sülh müqaviləsi təklifi ilə çıxış edib. Ermənistan tərəfinin Azərbaycanın sülh təşəbbüslərinə uzun müddət cavab verməməsinə və müxtəlif bəhanələrlə prosesi ləngitməsinə baxmayaraq, Azərbaycan tərəfi qətiyyət göstərərək sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində təşəbbüslərin irəlilədilməsi üçün xoşməramlı səylərini davam etdirib.
Bununla yanaşı, Azərbaycanın hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sərsəng su anbarının istifadəsi və idarəolunması istiqamətində bir sıra təmaslar, həmçinin erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib. Ermənistan tərəfi isə bunun əksinə, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törədib, faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib.
2020-ci il 10 noyabr Bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki jurnalist daxil olmaqla, 303 azərbaycanlı minaların qurbanına çevrilib.
Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmayaraq, əksinə, Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, onların Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşməsini davam etdirib, Azərbaycanın təbii sərvətlərinin talanı ilə məşğul olub.
Vurğulanıb ki, Azərbaycan öz sərhədlərinə nəzarət və Ermənistanın qeyri-qanuni fəaliyyətinin qarşısını almaq məqsədilə özünün suveren ərazilərində “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsi təsis edib. Azərbaycan tərəfindən erməni sakinlərin, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) və Rusiya sülhməramlı kontingentinin sərhəd buraxılış məntəqəsindən keçidinin təmin olunmasına baxmayaraq, Ermənistan tərəfi ərazilərimizdə qeyri-qanuni fəaliyyətini davam etdirmək məqsədilə,bölgədə saxta “gərgin humanitar vəziyyət” barədə iddialar yayıb. Eyni zamanda, iyunun 15-də sərhədçilərimizin atəşə tutulması, qaçaqmalçılığa cəhd edilməsi, iyulun 26-da yük avtomobillərinin Azərbaycan ərazilərinə icazəsiz göndərilməsi kimi təxribatlar törədib.
Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflər irəli sürməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması Ermənistanın humanitar vəziyyət barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib.
Ermənistanın məqsədi bölgəyə üçüncü tərəfləri cəlb etmək, gərginliyin coğrafiyasını genişləndirmək və sülh prosesini iflasa uğratmaqdan ibarətdir.
Diqqətə çatdırılıb ki, bütün bunlar, xüsusilə də qanunsuz hərbi birləşmələr tərəfindən davamlı şəkildə törədilən hərbi təxribatlar, o cümlədən son vaxtlar daha da intensivləşən və mülki uçuşları hədəf alan radioelektron müdaxilələr dözülməzdir və yolverilməzdir.
Son günlər baş verən bütün bu təxribatlara görə məsuliyyət Azərbaycan ərazilərində qanunsuz hərbi mövcudluğu davam etdirən, separatizmi təşviq edən və reinteqrasiya səylərinə əngəl törədən Ermənistanın və onun rəhbərliyinin üzərinə düşür.
“Otuz il ərzində ərazilərimizin işğalına göz yuman bir sıra ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli bəyanatlar verməsi qəbuledilməzdir. Həmin ölkələr və beynəlxalq təşkilatlar son üç il ərzində Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin mövcudluğuna, Ermənistanın kommunikasiyaların açılmasına maneçilik törətməsinə də etinasız yanaşıblar. Ermənistanın manipulyasiyalarına aldanıb qərəzli bəyanatlar verən ölkələrdən və beynəlxalq təşkilatlardan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi, ölkəmizin daxili işlərinə qarışmamağı və ikili standartlar siyasətinə son qoymağı tələb edirik.
Azərbaycan özünün Qarabağ bölgəsində yaşayan erməni sakinlərin hüquqlarını ölkə Konstitusiyası əsasında təmin edəcək, öz suverenliyi və ərazi bütövlüyünə qarşı istənilən addımın qarşısını qətiyyətlə alacaqdır”, - deyə bəyanatda vurğulanıb.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi