Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
14 İyn 11:40Siyaset
“Əvvəlki evim çox pis vəziyyətdə idi, ağ günə çıxmışam”
Vaxtilə Bakının Yasamal rayonu, M.Müşfiq, Ə.Ələkbərov, İ.Qutqaşınlı və S.Dağlı küçələrinin kəsişməsində yerləşən ərazidə birmərtəbəli, sarı gildən hörülən, istismar müddəti illər əvvəl bitmiş həyət evləri var idi. 2020-ci ilin avqustundan isə bu şəraitsiz, köhnə tikililərin yerində “Lux Residence” şirkətinin binaları tikilməyə başlayıb.
“RESPUBLİKAXƏBƏR.AZ” xəbər verir ki, binalarının tikintisi davam edən bu şirkət əhaliyə rahat və komfortlu mənzillər təklif edir. Bu binaların tikildiyi ərazidə vaxtilə yaşayan sakinlər də şirkətin şərtlərindən razı qalaraq təklifini qəbul etdiyini deyirlər. Onlar bildirir ki, tikintinin başa çatmasını böyük həvəslə gözləyirlər.
Ömrünün 18 ilini burada yerləşən balaca evdə keçirən 73 yaşlı Əkrəm Ağayev də təzə inşa olunacaq binadakı evinin hazır olmasını gözləyir. Şirkətin şərtlərindən razılıq edən sakin deyir ki, buradan ən birinci köçənlərdən biri də elə özüdür: “2005-ci ildə buradan ev aldım ki, ürəyimin xəstəliyinə görə həyət evi olsun, pilləkən qalxıb-düşməyim. İndi təzə binada lift də olacaq. Şirkətin şərtləri ilə tanış oldum və təklifi qəbul etdim. Hazırda kirayədəyik. Hər ay ev pulu şirkət tərəfindən ödənilir. Hər şey komfortlu, təzə... Əvvəlki evimdən daha geniş olacaq. Bu vaxta qədər şirkət olaraq heç bir kəsi incitməyiblər, şərtləri də burada yaşayan hər bir sakinə uyğundur. Amma bəzi sakinlər var ki, razılaşmırlar. Buna görə tikinti işinin müddəti də uzanır. Bu da bizim vaxtında evimizə köçməyimizə mane olur. Onların razılaşmama səbəbləri də müxtəlifdir. Bir sakin heç özü də bilmir nə istəyir, digəri isə elə bir məbləğ istəyir ki, bazar qiymətlərinə uyğun deyil”.
Faiq Rəhimov isə deyir ki, əvvəlki mənzillərinin köhnə və rütubətli olması onların yaşam tərzində böyük narahatlıqlar yaradıb: “7 ildir burada yaşayırdıq. Qəzalı vəziyyətdə olduğu üçün çox narahat idim. Çox yaxşı şərtlər təklif etdilər və rahatlıqla köçdük”.
Gənc ailə başçısı Şahin Rəhmanov da yeni inşa olunan binanın şərtlərinin daha gözəl olduğunu vurğulayıb: “9 il idi buranın sakini idim. Ailəmlə birlikdə qaldığım evin şəraiti heç də yaxşı deyildi. Qışda ev soyuq olurdu, isti su gəlmirdi. Şirkət yaxşı təkliflər etdi və razılaşdıq. Şərtlər bizi qane edir”.
Ötən ilin sentyabr ayından köhnə evlərindən köçdüyünü deyən Esmira Şirinova bildirir ki, şirkət tərəfindən onlara yaxşı təkliflər olub. Belə ki, hazırda kirayədə qalsa da, hər ay gecikmə olmadan kirayə pulu şirkət tərəfindən qarşılanır: “Mənə çox yaxşı pul da verdilər. Qardaşıma və oğluna ev də almışam. Tikinti bitdikdən sonra da evimə köçəcəyəm. Əvvəlki evim çox pis vəziyyətdə idi. Ağ günə çıxmışam. Çox razıyam”.
Gözünü bu məhəllədə açan 58 yaşlı İslam Həsənov deyir ki, bu ərazilərin abadlaşması onları qürurlandırır: “Balaca-balaca evlər idi. İndi buralar abadlaşır. 4 nəfərdən ibarət ailə ilə balaca evdə yaşayırdıq. İndi veriləcək mənzil böyük olacaq. Mən şərtlərdən çox razı qaldım”.
Tamerlan Seyidov da deyir ki, şirkətdən çox razıdır və qarşılıqlı razılaşma yolu ilə köçüblər: “Uzun müddətdir ki, şirkətin şərtləri ilə tanış olaraq razılaşıb köçmüşük. Yeni ev əvvəl yaşadığım evin ümumi kvadratından 20 faiz artıq olacaq. Yəni əvvəlki evim 2 otaqlı idi, indi isə 3 otaq olacaq. Burada əvvəl hamısı həyət evləri idi. Sarı gildən tikilən və istismar müddəti başa çatan mənzillərdə yaşamaq mümkünsüz hala çevrilmişdi”.
Artıq 3 ildir inşaa işləri aparılan Lux Residence şirkətinin direktoru Rafael Mirzəyevin sözlərinə görə, bu ərazi Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı ilə şirkətə ayrılıb: “O vaxtdan da şirkət bu ərazidə öz fəaliyyətinə başlayıb. Ərazidəki sakinlərlə tanış olub, onların şəraiti, yaşadıqları mənzilləri ilə yaxından maraqlandıqdan sonra köçürülmə işlərinə başlanılıb. Ərazi böyükdür, işlər mərhələlərlə aparılır. Artıq müəyyən mərhələ ilə 150-yə yaxın sakin kirayə evlərə köçürülüb. Qarşılıqlı razılaşma yolu ilə yeni tikilən binalarda köçən sakinlərin mənzilləri var və müqavilələr imzalanıb”.
Şirkət rəhbəri bildirir ki, buradakı mənzillər əsasən qəzalı vəziyyətdə olub. Buna görə müvafiq qurumların rəyləri də var: “19-cu əsrin sonları, 20-ci əsin əvvəllərində tikilən, istismar müddəti başa çatan mənzillər və köhnə tikililər idi. Tikinti normativlərinə uyğun olmayaraq bəzi mənzillərin üstünə ikinci mərtəbə də inşa olunmuşdu. Yaşamaq üçün şərait həddindən artıq pis idi. Yeni tikilən binalar isə müasir tiplidir. Böyük həyəti olacaq. Köçən bütün sakinlər razılıqlarını bildirirlər. Tikintinin birinci mərhələsinin 2025-ci ilin yanvar ayına tamamlanması nəzərdə tutulub. Bura 3 bina və qeyri-yaşayış sahələri daxildir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, hazırda köçməyən sakinlərə arzu və təklifimiz budur ki, gəlib şirkətlə razılaşsınlar. Real qaydalar çərçivəsində razılaşaraq köçsünlər. Çünki hazırda köçən heç bir sakin narazı deyil”.
Şirkətdən bildirilib ki, ərazi müasir layihəli, dəniz mənzərəli, 2 mərtəbəli dayanacaq, uşaq bağçası, uşaq oyun və futbol meydançaları, yüksək tonnajlı su anbarı, generator, yüksək keyfiyyətli boya və aliminium panellə üzlənmiş müasir fasad, sürətli liftlər və optik internetlə təchiz olunmuş 11 binadan ibarət yaşayış kompleksidir. 1 bloklu 14, 16 və 20 mərtəbəli binalardan ibarət kompleks ən son texnologiyalar və premium keyfiyyətli materiallarla inşa olunaraq əhalinin ixtiyarına veriləcək.
RESPUBLİKAXƏBƏR.AZ

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi