Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
16 Avq 09:34Hadise
Sakinlər “Olympus Park” tikinti şirkəti üzündən yolu bağladılar, obyekti yandırmağa cəhd etdilər
Respublikaxeber.az azinforum.az-a istinadən xəbər verir ki, Bakıda “Olympus Park” tikinti şirkətindən narazı sakinlər aksiya keçiriblər.
Onlar şirkətin ofisini yandırmağa cəhd ediblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, bir neçə nəfər saxlanılıb.
Narazı sakinlər Ceyhun Hacıbəyli küçəsində mənzillərinin məcburi söküldüyünü, ödənilən kompensasiya ilə razılaşmadıqlarını bildiriblər.
Onlar şirkətin Milli Məclisin sədr müavini Adil Əliyevə məxsus olduğunu iddia edirlər. A.Əliyev isə bir müddət əvvəl narazı sakinlərlə görüşərək bildirmişdi ki, deyilənlər həqiqətəuyğun deyil: “İddia edirlər ki, Nərimanov rayonundakı obyektlərin hamısı Adil Əliyevindir. Hər kəs öz əməlinə görə cavabdehdir. Mənə aid olmayan məsələyə görə adım niyə hallanmalıdır ki? Deyirsiniz ki, şirkət Adil Əliyevə məxsusdur, sosial şəbəkələrdə də məni təhqir edirlər. Niyə təhqir olunmalıyam? Fakta əsaslanmayan məlumatları yaymaq düzgün deyil. Amerikada, İngiltərədə hadisə olur, mənim adımı hallandırırlar. Özünüzü günaha batırmayın. Şirkətin sahiblərindən birinin adı Adil, qardaşının da adı Məhərrəmdir. Mənim Azərbaycanda və ölkədən kənarda tikinti işləri ilə əlaqəm yoxdur. Dayımoğlunun çayxanası varsa, onu mənim adıma çıxırlarsa, nə etməliyəm? Bu, Allahsızlıqdır. Qohumlarıma deyim ki, obyekt işlətməyin? Dostumun tikinti şirkəti varsa, mənim də ortaq olduğumu iddia edirlərsə… Yalan deyənin Allah bəlasını versin. Siz mənə-ərazinin deputatına müraciət edə bilərsiniz, aidiyyatı qurumlar qarşısında məsələ qaldıraram”.
Aprelin 24-də Nərimanov Rayon İcra Hakimiyyəti də məsələ ilə bağlı məlumat yaymışdı. İcra hakimiyyətinin şöbə müdiri Rüfət Əhmədzadə demişdi ki, uzun müddət öncə inşa edilən, istismar müddəti bitən, dörd mərtəbəli qeyd edilən həmin binaların qəzalı və texniki vəziyyətinin məhdud işlək olması barədə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu tərəfindən 2018-ci ildə rəy verilib. Həmin ünvanda pilot layihə çərçivəsində “N-TURAN” MMC tərəfindən 130 ailənin köçürülməsi planlaşdırılıb, hazırki tarixə şirkət tərəfindən qarşılıqlı razılaşma əsasında müqavilə bağlanaraq aylıq kirayə haqları ödənilməklə 129 ailə köçürülüb. Reallığa uyğun olmayan, astronomik şərtlər tələb edərək köçməyən yeganə sakin Alim Məmmədovdur. Ona məxsus mənzilin mövcud sahəsi 140 kv.m. təşkil edir. Pilot layihə çərçivəsində bir qayda olaraq sakinlərə əvvəlki mənzillərinin ölçüsündən 20-25 faiz artıq ölçüsü olan yeni mənzillərin ayrılması nəzərdə tutulduğu halda “N-Turan” şirkəti tərəfindən vətəndaşa 240 kv.m. ölçüdə, yəni 70 faizdən artıq sahəsi olan, tam təmirli yeni mənzil və aylıq 700 manat kirayə haqqı təklif olunub, lakin onun tərəfindən əsassız olaraq heç bir ölçü meyarına uyğun olmadan 185 kv.m.-lik və 95 kv.m.-lik 2 ədəd təmirsiz mənzil, 2 ədəd qaraj, kirayə haqqı və təmir pulu olaraq əvvəlcədən 100.000 azn məbləğdə pul vəsaitinin verilməsi və bununla yanaşı fors-major hadisələrindən sığortalanması üçün Bakı şəhərinin mərkəzində girov olaraq dəyəri 600.000 azn olan obyektin onun adına müvəqqəti notarial qaydada sənədləşdirilməsi iddiası irəli sürülüb. Vətəndaş Alim Məmmədovun absurd tələbləri səbəbindən köçürülməməsi məqsədli şəkildə tikinti işlərinin uzun müddətə gecikdirilməsinə səbəb olub. Belə ki, müqavilə şərtləri ilə kirayə haqları ödənilərək artıq 2 ildən artıqdır ki, kirayədə yaşayan köçürülən sakinlər köçmək istəməyən bir nəfərə görə tikinti işlərinin gecikməsinə, həmin ailələrin mənzil hüquqlarının pozulmasına etiraz olaraq dəfələrlə RİH-ə, şirkətə və digər dövlət qurumlarına müraciət ediblər. Buna baxmayaraq tikinti şirkətinə RİH tərəfindən sakinlərin köçürməsi tam bitmədən söküntü işlərinin aparılmasının mümkünsüzlüyü barədə dəfələrlə xəbərdarlıq edilib. Yaranmış mübahisəli məsələ tam həll olunanadək söküntü işləri, o cümlədən tikinti işləri artıq dayandırılıb, vətəndaşla arasında yaranan mübahisəli məsələ həll edildikdən sonra tikinti işlərinə başlamağın mümkün olduğu “N-TURAN” MMC-yə bildirilib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ