Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Avq 17:58Siyaset
Ceyhun Bayramov: “Son gərginliyin səbəbi Ermənistanın öhdəliklərini yerinə yetirməməsidir”
Son gərginliyin səbəbi Ermənistanın öhdəliklərini yerinə yetirməməsidir.
Respublikaxəbər.az xəbər verir ki, bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Bunun əsas səbəbi 44 günlük Vətən müharibəsi başa çatdıqdan və üçtərəfli bəyanatın imzalanmasından sonrakı təxminən 1 il 9 ay müddətində Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsidir. Öhdəliklər dedikdə, erməni silahlı qüvvələrinin hələ də Qarabağı tərk etməməsini nəzərdə tuturam. Üçtərəfli bəyanatda Ermənistan belə bir öhdəlik götürmüşdü. Sülhməramlılar bölgəyə daxil olduqda, erməni silahı qüvvələri oradan çıxmalı idi. Lakin, orada hələ də erməni silahlı qüvvələri mövcuddur. Onlar avqustun 3-də növbəti dəfə təxribata əl atdılar və gənc bir əsgərimiz şəhid oldu. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri "Qisas" əməliyyatını başlatdı. Bu əməliyyatda düşmənə sarsıdıcı zərbələr endirildi. Vasitəçilərin müraciətləri əsasında avqustun 3-ü axşam saatlarında bu əməliyyat dayandırıldı. Ermənistandan təxribatlara son verməsini tələb edirik. Ermənistan öhdəliklərini tam şəkildə yerinə yetirməlidir. Gələcəkdə bənzər bir addım atmamalıdır. Azərbaycanın bu məsələyə yanaşması konkretdir. Azərbaycanın ərazi bütövlüyü tam şəkildə təmin ediləcəkdir. Azərbaycan öz suveren torpaqlarında hər hansı qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna icazə verməyəcək. Bu tələbimiz qüvvədə qalır. Dəfələrlə ifadə etmişik, Ermənistan tərəfinin buna ciddi yanaşması lazım olduğuna inanırıq”, - nazir qeyd edib.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib