Sorğu
Оцените работу движка

01 Mar 16:17Siyaset / Olke / Cemiyyet

"Qanunun aliliyi GƏNCƏ İCRA MƏMURlarının fəaliyyətlərinin əsas istiqamətləridir!"-Aybəniz Abdulova jurnalist

"Qanunun aliliyi  GƏNCƏ  İCRA MƏMURlarının fəaliyyətlərinin əsas istiqamətləridir!"-Aybəniz Abdulova jurnalist


Bəli, bu gün Azərbaycanda demək olar ki, rüşvətsiz xidmət edən çox az sayda məmurlarımız var. Onda özüm-özümə sual verirəm... Bəs görəsən, yerə düşən iynəni tapmaq qədər çətindirmi, dövlətinə sadiq, millətinə sadiq, qanunlarına sadiq, xalqına sadiq bir icra məmur olsun?!

Ölkəmizin ən aktual problemlərindən biri icra məmurlarının fəaliyyətsizliyi ilə bağlıdır. Məhkəmənin çıxardığı qərarlar bir çox hallarda icra məmurları tərəfindən yerinə yetirilmir. Bəs görəsən, problemin yaranmasına hansı amillər səbəb ola bilir?

Çoxları deyir ki, Azərbaycanda məhkəmə sistemində və icraçılıq sahəsində ciddi problemlər var. Doğrudanmı, deyilənlər həqiqəti əks etdirir?

Biz bilirik ki, bütün Məhkəmə proseslərin ən çətin mərhələsi icra mərhələsidir. Vətəndaşlarımızı həmişə prosesin nəticəsi maraqlandırır. Bəli, Məhkəmə qərar qəbul edibsə, mütləq icraata başlanılmalıdır. Bəzən uzun əziyyətlərdən sonra məhkəmə qərar verir. Lakin, qərarın icrasına nail olmaq mümkün olmur. Bu həm obyektiv, həm də subyektiv amillərlə bağlıdır. Subyektiv amil bəzi dırnaqarası icra məmurlarının səhlənkarlığı, öz işinə məsuliyyətsiz yanaşması və şəxsi maraqlarını ön plana çəkərək rüşvət alması ilə sıx əlaqəlidir. Belə hallarla təəssüf ki, tez-tez qarşılaşırıq. Əlbəttə, problemlə bağlı obyektiv amillər də qeyd olunmalıdır.

Bəzən elə anlar olur ki, icra məmuru məhkəmə qərarının icrasını təmin edə bilmir. Yəni, icradan yayınma halları mümkün olur. Bu halda icranı ləngitmək, prosesi uzatmaq üçün müəyyən prosedurlar mövcuddur. Bu da qanunvericilikdə absurd bir normadır. Tutaq ki, hansısa məsələ ilə bağlı məhkəmənin qərarı qüvvəyə minib və icra məmuru həmin qərarı icra etməlidir. Bu zaman icra məmuru icraata başlamaq haqqında qərar qəbul edir. Qanun icazə verir ki, həmin icraata başlayan qərardan şikayət verilsin. Əgər vətəndaş işi uzatmaq istəyirsə, icra məmurunun qərarından şikayət verə bilər. Vətəndaş şikayət verdikdən sonra isə icra məmuru işi apara bilmir. Nəticədə, qərarlar icrasız qalır.

Media əməkdaşı olaraq araşdırmalarıma əsasən yaza bilərəm ki, icra məmurun işi heç də ona müraciət edən vətəndaşların problemini həll etməkdən ibarət deyil. Elə vətəndaş ola bilər ki, heç o doğru-dürüst müraciət etmək formasını nə şifahi, nə də yazılı qaydada bilmir, o zaman bu yöndə müəyyən problem yarana bilər.

Bu gün isə vətəndaşları normal qəbul edib, onların dərdini dinləyib, vətəndaşın problemini öz problemi bilib bu işə həvəslə, canla-başla yanaşan icra məmuru bugünki haqqında söhbət açacağım müsahiblərim kimi azlıq təşkil edir.

Bu yerdə yaxşı icra məmuruna yaxşı demək yerinə düşərdi. Bunu etiraf etmək isə hər bir vətəndaşın və eləcə də hər bir peşə sahibinin vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi vətəndaş olsun!

Hər bir icra məmuru ölkəsinin milli maraqlarına, vətəndaşların problemlərinin həllinə rüşvətsiz xidmət göstərəndə yaddaşımızda daha hörmətli, sevilən və unudulmaz olaraq qalır.

Mən bu gün bu iki müsbət cəhətləri özündə birləşdirən iki icra məmurundan söhbət açacam.
O məmurlar ki, ömrünü dövlətə sadiqliyə və zəhmətə kökləyib, işində, peşəsində yorulmaz rəhbər, Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri Ələmdar Murquz oğlu İbrahimov və həmin idarənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Cahid Cəfər oğlu Qasımovdur.

Beynimdə, yaddaşımda onlarla bağlı çox dərin düşüncələrim var ki, həmin düşüncələrimi fakt olaraq qələmə almalıyam.
Bunu xüsusi olaraq qeyd edim ki, yuxarıda adlarını sadaladığım hər iki məmuru uzun müddətdir tanıyıram. Dövlətimizə və Cənab Prezidentimizə hər zaman sadiq olduqlarına zərrə qədər şübhəm yoxdur.

Belə ki, problemləri ilə qəbullarına gələn hər bir kəsə, istər Gəncə şəhəri üzrə, istərsə də digər rayon və Bakı şəhər vətəndaşlarına yardımçı olmağı özlərinə borc bilən çox sadə bir vəzifə sahibləridir.
O, qədər məsuliyyətli və diqqətçildirlər ki, vəzifələrinin ağır və məsuliyyətli olmağına baxmayaraq, əllərindən gələn köməkliyi bir an belə əsirgəmirlər.

İlk növbədə onu deyim ki, çox hörmətli Ələmdar müəllim vətəndaşa və dövlətə təmənnasız xidmət etməkdən qürur duyur. O sadə, mədəni və çox vicdanlı dövlət məmuru olduğundan hələ də Gəncə şəhərinin İcra İdarəsində fədakarlıqla vəzifəsi üzrə çalışaraq öz xidməti borcunu vicdanla, şərəflə davam etdirir.

Cənab Cahid müəllim haqqında isə bunu qeyd edim ki, fəaliyyətinə başladığı ilk gündən bu günə kimi işinə layiqli və məsuliyyətli yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağı bacaran bir icra məmurudur.
Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, Prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit və sadiq adamdır.

Cahid Qasımovun əsas amalı dövlətimizə və dövlətçiliyimizə, həmçinin xalqımıza ləyaqətlə xidmət etmək olduğundan, bu gün o, öz işinin icrasını görməklə yeni-yeni uğurlu addımlarını atmaqda davam edir.
O, dövlətini sevən, olduqca mədəni, çox enerjili heç vaxt yorulmadan çalışan, dövlətə və onun rəhbərinə sədəqətlə xidmət edən, gözəl perspektivi olan bir gəncdir.

Bəli, bu gün Ələmdar İbrahimov və Cahid Qasımov kimi hər bir dövlət icra məmuru təvazökar, işgüzar xidmət etməlidir. Gördüyü xidmətin müqabilində isə şəxsi maraq güdməməlidir.

İşin icrası qəbul edilmiş qərarlarla uzlaşmalıdır. Qəbul edilmiş qərarlar, atılan addımlar düzgün istiqamətdə olmalıdır. Ona görə də İcra məmurların fəaliyyətindən çox şey asılıdır. Hər bir icra məmuru vətəndaşına, dövlətinə təmənnasız xidmət etməlidir.
Vətəndaşların problemlərinə hər zaman dəstək olmalı, dövlətə daim sadiq qalmalı, dövlətimizin qanunlarına sədaqətlə, ləyaqətlə xidmət etməlidirlər. Bax, beləcə işlədiyi bölgələrdə, sahələrdə, kollektivdə hörmət qazanmağı bacarmalıdır.

Cahid müəllim də qarşıya qoyulan vəzifələrin icrasında ön cərgədə getməyi özünə nəinki vətəndaşlıq, peşə, başlıcası bunu vicdan borcu hesab edir.

Biz də xəbər portalı olaraq baş redaktorumuz başda olmaqla, redaksiya kollektivimiz adından Gəncə şəhəri üzrə İcra İdarəsinin rəis müavini, kiçik ədliyyə müşaviri çox hörmətli Ələmdar Murquz oğlu İbrahimov və həmin idarənin böyük icra məmuru, birinci dərəcəli ədliyyə qulluqçusu Cahid Qasımov Cəfər oğluna bu məsuliyyətli və şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər arzu edirik. Arzu edirik ki, sizlər həmişə bu peşəni şərəflə, vicdanla daşıyasınız.

Məqaləmlə bağlı son sözləri bu cür bitirmək istəyirəm. Azərbaycanda daha effektiv xidmət, dövlətə sıx bağlılıq, dövlətə sadiqlik peşəsinə vicdanla, şərəflə xidmət edən Ələmdar müəllim və Cahid müəllim kimi heç bir rəis müavinin və icra məmurunun adına ləkə gətirə bilməz!

Əksinə, İcra idarəsi məhkəmə qərarlarını icra edən sistem olduğu üçün düşünürəm ki, Azərbaycanda bəzi məhkəmə sistemləri düzgün işləyərsə, işin icra məmuru tərəfindən icrası daha perspektivli ola bilər.

Əminəm ki, icra məmurları mənim yazdığım məqaləmdən sonra öz vəzifə borclarını bundan sonra da şərəflə yerinə yetirəcəklər və cəmiyyətdə icra məmurların fəaliyyəti ilə bağlı heç bir narazılıq olmayacaq!

"Qanunun aliliyi  GƏNCƏ  İCRA MƏMURlarının fəaliyyətlərinin əsas istiqamətləridir!"-Aybəniz Abdulova jurnalist


Aybəniz Abdulova,
Xüsusi müxbir.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: