Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Sen 17:37Olke
Tanınmış cütlük Sarayda aldığı bağ evinə girə bilmir
“İl yarım öncə rəsmi qaydada ödəniş edib ev almışam, keçmiş ev sahibi evi təhvil vermir. İcra məmuru isə məhkəmənin qərarını icra etmək üçün rüşvət istəyir”.
Bu iddia ilə Respublikaxəbər.az-a məşhur model İqaməddin Hüseynov müraciət edib. O bildirib ki, 2019-cu ilin iyun ayında Abşeron rayonu, Saray qəsəbəsində anası Arzu Hüseynovanın adına Züleyxa Mərdiyeva adlı şəxsdən fərdi yaşayış evi alıb:
“Notarius qaydasında alqı-satqı müqaviləsi imzaladıq, çıxarışlar anam Arzu Hüseynovanın adına keçirildi. Sonra ev sahibi bizdən 15 gün vaxt istədi. Biz bir aylıq xaricə getdik deyə ona elə o qədər də vaxt verdik. Qayıdandan sonra yenə 10 gün, 15 gün vaxt istədilər, beləcə iki ay gözlədik. Bundan sonra Züleyxa Mərdiyeva dedi ki, evdən çıxmır.
Məhkəməyə müraciət etdik, Abşeron Rayon Məhkəməsi, apellyasiya instansiyası və Ali Məhkəmə evin boşaldılması və bizə təhvil verilməsi haqda qərar çıxarıb. Ali Məhkəmə işi icraya yönəltsə də, bu proses bilərəkdən uzadılır”.
İ.Hüseynovun iddiasına görə, Ali Məhkəmənin qərarının icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinin rəis müavini Emin Hadıyev və onun köməkçisi Hilal Nəcəfov maneələr yaradırlar:
“Hilal Nəcəfov bir neçə dəfə məni qəbuluna çağıraraq “bu işin qiyməti 5 000 manatdır, sizə 1500 manata edərik” deyərək rüşvət tələb edib. Nəcəfov “1500 manat verin, onları evdən çıxaraq” deyərək qərarı icra etməkdən boyun qaçırır. Mən Hilalın qəbulunda olanda Züleyxa ona zəng etdi, Hilal ona dedi ki, “sən saat 12-yə kimi dediyini çatdır”, sonra da Züleyxa onu hədələyib dedi ki, “sənin məndə səs yazıların var”. Sonda sentyabrın 16-da icra hərəkəti təyin olunsa da, icraçılar gəlmədilər. Xəbər saytlarının əməkdaşlarını evə çağırandan sonra icra məmurları gəldilər. Onda da məlum oldu ki, Züleyxa evdə yoxdur, tanımadığımız və evdə qeydiyyatı olmayan şəxslər var. İcra məmuru da deyir ki, məhkəmənin qətnaməsində bu adamların adı yoxdur, mən onları çıxara bilmərəm. Evdə qeydiyyatda təkcə mənim anamdır. Ev mənimdir, amma o adamların kim olduğunu da bilmirik. Onların mənim mülkümdə nə işi var?! Rüşvət vermədim deyə, icra məmurları Ali Məhkəmənin qərarını icra etmədilər”.
“Qafqazinfo” məsələ ilə bağlı Ədliyyə Nazirliyinə müraciət edib. Müraciətlə bağlı araşdırma aparıldıqdan sonra sorğuya cavab veriləcəyi bildirilib.
Qeyd edək ki, İqaməddin Hüseynov tanınmış bloger Leyla Hüseynova ilə evlidir.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ