Sorğu
Оцените работу движка

22 Fev 16:13Siyaset

Vilayət Eyvazov ÇPA-da əməliyyat müşavirəsi keçirib - FOTO

Vilayət Eyvazov ÇPA-da əməliyyat müşavirəsi keçirib - FOTO


Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov DİN-in Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirib.

Respublikaxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, tədbirdə çıxış edən nazir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında inkişaf və tərəqqi strategiyasının uğurla davam etdiyini, ölkəmizdə mövcud olan sabitliyin, təhlükəsizlik şəraitinin, ümumən ictimai asayişin etibarlı qorunduğunu vurğulayıb, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdırıb.
Nazir V.Eyvazov xidməti fəaliyyətdə əsas diqqəti vətəndaşların təhlükəsizliyinin daha etibarlı qorunmasına, cinayətkarlığın və digər hüquqazidd əməllərin qarşısının qətiyyətlə alınmasına, insan hüquq və azadlıqlarının qorunmasına, eyni zamanda şəxsi heyət arasında nizam-intizamın gücləndirilməsinə yönəltməyi tələb edib.
General-polkovnik V.Eyvazov xidməti funksiyaların səmərəli həyata keçirilməsi üçün ölkə rəhbərliyi tərəfindən daxili işlər orqanlarına hərtərəfli şəraitin yaradıldığını, şəxsi heyətin dövlət qayğısı ilə əhatə olunduğunu qeyd edərək əmin olduğunu bildirib ki, Nazirliyin mühüm struktur qurumlarından olan Əlahiddə Çevik Polis Alayının şəxsi heyəti qanunla müəyyən edilmiş vəzifələri, qarşıya qoyulan bütün tapşırıqları bundan sonra da əzmlə yerinə yetirəcək, göstərilən etimadı sədaqətli xidməti ilə doğruldacaq.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi