Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
22 Yan 15:15Siyaset
"Bu sahədə ciddi qadağalar olmalıdır..." — Deputat "Topaz"ı "TOPA TUTDU"
Bütün dünyada olduğu kimi, Azərbaycanda da mərc oyunları hər zaman sonu xoşagəlməz faciələrlə bitir. Əsasən də kişilərin və yeniyetmələrin qurşandığı bu bəla narkotik maddələr qədər asılılıq yaradır, ailələri dağıdır, faizə, borca girmə hallarını artırır. Bu baxımdan Azərbaycanda fəaliyyətinə rəsmi icazə verilən “Topaz” mərc oyunları da vətəndaşlarımız arasında əsl bəlaya çevrilib. Bununla bağlı son vaxtlar ölkəmizdə də ciddi narazılıqlar yaranıb, artıq sosial mediada da geniş müzakirə olunur.
Respublikaxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı münasibət bildirən Milli Məclisin deputatı Elman Məmmədov Demokrat.az-a açıqlamasında deyib ki, o, bu cür oyunların qəti əleyhinədir.
Deputat onu da qeyd edib ki, bütün mərc oyunların adına nə qoyurlar qoysunlar, bunların hamısı zərərli vərdişlərdir:
“Bunlar elə dinimizə də, əqidəmizə də zidd olan məsələlərdir. Həmçinin, müqəddəs kitabımızda da pislənilən məsələlərdən biridir. Hesab edirəm ki, bu oyunlar zərərdən başqa gəncə nəslə, ictimaiyyətə, cəmiyyətə heç bir fayda vermir və insanları ancaq pis vərdişlərə yönəldir. Bir şeyin ki, adı mərc oyunlarıdır, yəni, bunun indi adını dəyişdiriblər, amma birmənalı olaraq bunlar qumardır, pis, zərərli vərdişlərdir. Təbii ki, qanunla bunların qarşısı alınmalıdır. Kütləviləşməsinə də imkan verilməməlidir. Kimlərsə nə yollasa, fırıldaq yollarla bunun adını dəyişib, buna rəhbərlik edib və pul qazanırlar. Ancaq bunlar bizim gənc nəsii fəlakətə sürükləyir. Ümumiyyətlə, qumara gedən adamların aqibəti barədə bədii ədəbiyyatlarda da yazılıb, filmlərdə də göstərilib. Yəni, milyonlarını ortalığa qoyurlar, sonra uduzurlar, nə günə düşüb, intihar edirlər. Hətta, ailələri dağılır, min bir bədbəxtçiliyə düçar olurlar. Ona görə də, mən Azərbaycanda bütün mərc oyunlarının tamamilə əleyhinəyəm”.
Elman Məmmədov son vaxtlar “Topaz” mərc oyunlarının açıq şəkildə telekanallarda reklam olunmasına da etirazını bildirib:
“Çox təəssüflər olsun ki, bəzən bu cür oyunlar reklam olunur. Təbii ki, burada məqsəd insanları şirnikləşdirmək, aldatmaq və həvəsləndirməkdir. Hansısa işbazlar pul qazanmaq xatirinə bunlara əl atırlar, reklam edirlər. Bəzən görürsən ki, cürbəcür qanunla qadağan olunmuş energetik içkilər bəzi kanallarda reklam olunur, yəni pul müqabilində. Məsələn, deyirlər ki, pul müqabilində pis dərmanları, pis vərdişləri reklam elə, eləcə də, qumar oyunlarını. Hesab edirəm ki, bu sahədə ciddi qadağalar olmalıdır və gənclərimizi bu vərdişlərdən qorumalıyıq, uzaqlaşdırmalıyıq”.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ