Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
12 İyl 13:25Hadise
Bakıda əlillərdən ŞOK HƏRƏKƏT - Polis AÇIQLADI
Bakı şəhər Baş Polis İdarəsi "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin "Topaz" əmtəə nişanı adı altında fəaliyyət göstərmiş mərc oyunları məntəqəsinə lisenziya verilməsi tələbi ilə bağlı "Caspian Tech" Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında yaranan mübahisə ilə bağlı məlumat yayıb.
İdarədən Sonxeber.az-dan istinadən Respublikaxeber.az-a verilən məlumata görə, bununla bağlı Bakı şəhər BPİ İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.
"Caspian Tech" QSC rəhbərliyi adından daxil olmuş müraciətdə Yusifov Elşən və qeyrilərinin cəmiyyətin "Topaz" əmtəə nişanı adı altında qanunsuz mərc oyunlarının təşkil edildiyi bildirilib.
Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, 30 oktyabr 2018-ci il tarixdə Xətai rayonu, K.Mehmandarov küçəsində və 25 may 2019-cu il tarixdə Nizami rayonu Q.Qarayev və R.Rüstəmov küçələrinin kəsişməsində yerləşən "Topaz" məntəqələrində Sevil Ələkbərova və Elşən Yusibov mərc oyunlarının təşkili qaydalarını pozduqlarına görə, onların lisenziyaları ləğv edilib.
"Caspian Tech" QSC-nin ləğvetmə qərarına etiraz olaraq, 2018-ci ilin noyabr ayının 1-2 tarixlərində və 2019-cu ilin may ayının 30-da özünü "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin sədr müavini kimi təqdim edən Məcid Məmmədov təxminən 18 nəfər əlil şəxslə birlikdə "Caspian Tech" QSC-nin yerləşdiyi inzibati binaya gəlib burada səs-küy salaraq, cəmiyyətin iş rejimini pozub, sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə etməklə işçiləri nalayiq ifadələrlə təhqir ediblər. Onlar E.Yusifov və S.Ələkbərovanın lisenziyalarının bərpa olunmasını və ya əlillər cəmiyyətinin adına lisenziya verilməsini tələb ediblər, əks təqdirdə özlərinə xəsarət yetirəcəklərini bildiriblər.
Baş İdarədə material üzrə müraciətin bütün hallarının obyektiv və hərtərəfli aparılması üçün tərəflər arasında yaranan mübahisənin xüsusatlarının öyrənilməsi üçün müvafiq sorğular verilib, araşdırmalar davam etdirilir.

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi