Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Dek 10:53Siyaset
QARŞIMIZDA QUYRUQ BULAYAN ŞİR NƏ QƏDƏR SƏMİMİDİR? - Molla rejimi səs tonunu dəyişib...
Aşqabad sammitindən sonra İranın baş diplomatı Hüseyn Əmir Abdullahianın Azərbaycana səfəri gözlənilən idi, “Şimal-Cənub” və Zəngəzur dəhlizləri müzakirə masasındadır; ekspertlərin fikrincə, cənub qonşumuzla əlaqələrdə yeni dövr başlanır
İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian dekabrın 22-də Azərbaycana gəlib. Onun birgünlük səfər çərçivəsində əsas müzakirə məsələləri ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və aktual regional məsələlər olub.
Bu səfər son aylarda İran-Azərbaycan yaxınlaşmasının əsas mərhələlərindən biri kimi dəyərləndirilə bilər. Çünki bir müddət əvvəl Tehranla Bakı arasında yaşanan gərginlikdə Abdullahian da rol alırdı. Hətta Azərbaycana qarşı əsası olmayan ittihamlar səsləndirmişdi, Moskvaya gedərək məsələləri aydınlaşdırmaq istəmişdi. Lakin Aşqabad zirvəsində İran və Azərbaycan liderləri arasında xoş dialoqdan sonra umu-küsülük aradan demək olar ki, qalxdı və yeni əməkdaşlıq sənədləri imzalandı. O baxımdan Abdullahianın Bakı səfəri son dərəcə mühümdür.
İran XİN başçısı Bakıda aeroportda jurnalistlərə deyib ki, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün müxtəlif ideyalar var. Onun sözlərinə görə, səfər çərçivəsində Azərbaycanın yüksək səviyyəli rəsmiləri ilə görüşlər keçiriləcək. “İranla Azərbaycan arasında münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsinə çox sevinirəm. Ötən üç ay ərzində azərbaycanlı həmkarımla bir neçə görüşüm olub. Əməkdaşlığın inkişaf etdirilməsi üzrə yaxşı formatlar çərçivəsində razılıq əldə etmişik. Səfər zamanı keçiriləcək görüşlərdə bu işlər yekunlaşdırılacaq. Bundan sonra iki ölkə arasında çoxlu sayda iqtisadi, ticarət və mədəni heyətlərin səfərləri olacaq”, - deyə o bildirib.
Şübhəsiz ki, İran Azərbaycan üçün vacib və vazkeçilməz ölkədir, eləcə də Azərbaycanın İran üçün əlahiddə önəmi var. Bu ölkələrin arasında anlaşmazlıqlar, gərginliklər heç birinə fayda vermir, əksinə, bundan hansısa güclər manipulyasiya etməyə cəhd göstərə bilir. Əksinə, əməkdaşlıqdan, yaxınlaşmadan hər iki dövlət qazanır və ən əsası, Azərbaycanın İranla münasibətlərinin yaxşılaşması və yaxınlaşması Ermənistan faktoru baxımdan çox vacibdir. Çünki İran Ermənistan üçün nəfəslikdir. İranın Azərbaycanla münasibətləri qəlizləşəndə İrəvanın nəfəsliyini daha çox açır. Odur ki, bundan sonra yalnız əlaqələri müsbət istiqamətdə inkişaf etdirmək Bakı və Tehranın işinə yaraya bilər.
Yeri gəlmişkən, son vaxtlar İranla Azərbaycan arasında ciddi yaxınlaşma təkcə siyasi müstəvidə deyil, həm də iqtisadi baxımdan müşahidə edilir. 2021-ci ilin ilk 8 ayında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin həcmi 256,011 mln. ABŞ dolları təşkil edib. Bu da 2020-ci ilin uyğun dövrü ilə müqayisədə 25,4 faiz çoxdur. İdxal isə 236,775 mln. dollara bərabər olub, bu isə illik müqayisədə 30,3 faiz çoxdur. Nəticədə 2021-ci ilin yanvar-avqust aylarında 217,539 mln. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici illik müqayisədə 36,7 faiz çoxdur.
Son 5 ildə Azərbaycan və İran prezidentləri arasında 12 görüş olub, 100-dən çox qarşılıqlı səfər həyata keçirilib, 24 biznes forum və işgüzar görüş reallaşdırılıb. İndiyədək ölkələrimiz arasında 150-dən çox sənəd imzalanıb. Azərbaycanda sənaye, tikinti, xidmət, rabitə, ticarət, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 1000-dən çox İran şirkəti qeydiyyatdan keçib. İran tərəfindən Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. dollar sərmayə qoyulub.
Respublikaxeber.AZ-ın məlumatına görə, politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, 30 ildir İran-Azərbaycan əlaqələri enişli-yoxşlu yollarla inkişaf edir. Onun sözlərinə görə, bu istiqamətdə həm şose yoluna çıxmışıq, həm böhranlı vəziyyətlərlə qarşılaşmışıq: “Bir halda ki, hər iki tərəfin maraqları toqquşur, deməli, problemli məsələ var. Ancaq diplomatiyanın fəlsəfəsi budur ki, bu problemləri nizamlasınlar, aradan qaldırsınlar. Hesab edirəm ki, bu şəraitdə yaxın keçmişi yadda saxlayaraq əməkdaşlığı davam etdirməliyik. Çünki bu gərginlikdən itiririk”.
T.Abbasovun fikrincə, İran qeyri-adekvat yanaşmaları ilə təkcə bizimlə haqq-hesab çürütmürdü: “Eyni zamanda başqa oyunçulara mesaj ötürürdü. Yəni üçüncü dövlətlərdən zərər gələrsə özünü müdafiə etməyə qadir olduğunu nümayiş etdirməyə çalışırdı. Hər halda, bu da bizim üçün bir təcrübə oldu, bunu da gördük, İran da bu gərginliyi yaşadı. Amma görünür, nəticə çıxarıblar ki, reaksiyalarında aşınmalar var. Çünki lüzumsuz, qeyri-adekvat yanaşma varıydı. Ona görə Tehrandan müsbət mesajlar gəlməyə başladı. İndi onların yüksək personalarının Bakıya gəlməsinə şahidik. Zənnimcə, Tehran və Bakı gərgin səhifəni geri çevirir və irəliyə baxır. İran Zəngəzur dəhlizi ilə bağlı anlaşılmaz mövqe qoymuşdi, amma gördülər ki, bu yol onlara da mənfəət qazandırır. Bu marşrutdan hər kəs xeyrini götürəcək”.
Siyasi şərhçi Züriyə Qarayevanın “Yeni Müsavat”a dediyinə görə, XİN rəhbərinin Azərbaycana səfəri Aşqabad görüşündən sonra gözlənilən idi: “Aşqabad görüşü iki ölkə arasında əlaqələrin və əməkdaşlığın inkişafına yeni təkan verəcək. Aşqabadda İran, Azərbaycan və Türkmənistan arasında qaz mübadiləsinə dair üçtərəfli saziş imzalanıb. Müqaviləyə əsasən, Türkmənistandan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndəriləcək. Bu yolla İranın 5 əyalətinin təbii qaza olan ehtiyacı ödəniləcək. Bu baxımdan xarici işlər nazirləri səviyyəsində görüşdə bu əməkdaşlığın detallarına yer ayrıla bilər”.
Ekspertin fikrincə, üstəlik, Bakıda keçiriləcək görüşdə Azərbaycanla İran arasında “Şimal-Cənub” nəqliyyat dəhlizi, həmçinin Zəngəzur dəhlizi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə oluna və bütün bunlarla bağlı İşçi Komissiya yaradıla bilər.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
SABİQ PROKUROR MİRƏLƏKBƏR SEYİDOVU, MÜSTƏNTİQ TUTACAQ, YOXSA CƏDDİ?!
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
SƏLƏMÇİ QİYAS PƏNAHOV DA BELƏ GETDİ. HƏBS EDİLDİ
BAKIDA MÜƏLLİM 3-CÜ SİNİF ŞAGİRDİNİ DÖYDÜ
GÜBRƏ DOLU TIR, KAMAZLA TOQQUŞDU DƏRƏYƏ AŞDI
ŞƏKİDƏ BELƏ HƏRBİ KOMİSAR OLMAYIB
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
BƏRDƏ POLİSİ NARKOTİK İSTİFADƏ EDƏRƏK AVTOMOBİL İDARƏ EDƏN SÜRÜCÜNÜ SAXLADI
DİN VİLAYƏT EYVAZOV JURNALİSTLƏRƏ VƏ İCTİMAİ FƏALLARA MİNNƏTDARLIĞINI BİLDİRİB