Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
23 Sen 14:30Olke
Azərbaycan və İran arasında birgə sənaye parkı bölgənin inkişafına səbəb olacaq
Azərbaycan və İran arasında birgə sənaye parkının yaradılması bölgənin sənaye inkişafına səbəb olacaq.
XeberOxu.Az-a istinadən, Respublikaxəbər.az-ın məlumatına görə, bunu İranın Ərdəbil vilayətinin Sənaye Parkları Şirkətinin icraçı direktoru Məhəmməd Əhli jurnalistlərə açıqlamasında deyib.
M.Əhlinin sözlərinə görə, Azərbaycan və İran arasında birgə sənaye parkı iki ölkə sərhədinin sıfır nöqtəsində və Parsabad rayonunun Təzəkənd məntəqəsində yaradılacaq.
Əhli deyib ki, birgə sənaye parkının yaradılması Azərbaycan və İranın münasibətlərinin inkişafında yeni səhifə açacaq: “Ərdəbil vilayətinin sərhəd mövqeyindən istifadə olunması qonşu ölkələrə məhsul ixracının artmasında önəmli rola sahib ola bilər. İranın sənaye, mədən və ticarət nazirinin müavini və İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatının icra direktoru Möhsün Salehiniyanın bölgəyə səfəri çərçivəsində yaradılacaq parkın yeri müəyyənləşib. İlk mərhələdə 100 hektar ərazidə sərhəd parkının yaradılması mümkündür".
Şirkət rəsmisi bildirib ki, İranın Parsabad rayonunun qubernatoru ərazinin planını İranın Kiçik Sənaye və Sənaye Parkları Təşkilatına göndərəcək. Plan təşkilatda və İranın Nazirlər Kabinetində təsdiqləndikdən sonra icra oluna bilər.
Əhli əlavə edib ki, sərhəd parkının yaradılması sərhəd ərazilərdə inkişafa və məşğulluğun artması ilə nəticələnəcək. Birgə sərhəd parkının yaradılması ilə Ərdəbil vilayətində yerli və xarici investorların iştirakına şərait yaranacaq.
Sənəm Əliyeva
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi