Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
04 İyn 16:36Siyaset
Prezidentə yazırlar: “Siz bizim ümid və pənah yerimizsiniz”
Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına təşəkkür məktubları gəlməyə davam edir
Respublikaxeber.az xeber IXP-i məktublardan bir neçəsini təqdim edir:
“Möhtərəm cənab Prezident,
Mən uzun müddət doğma Vətənimdə yaşamasam da, qəlbən Azərbaycana bağlıyam. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirəm. Hər dəfə doğma yurduma gələndə, Azərbaycanımın inkişafını görəndə fəxr hissi duyuram. Pandemiyaya qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməyiniz ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün zəmin yaratdı. Aztəminatlı ailələrə və sahibkarlara yardımlara, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz düzgün qərarlara görə Sizə dərin təşəkkürümü bildirirəm.
Möhtərəm cənab Prezident, bu çətin günlərdə Siz bir daha sübut etdiniz ki, həqiqətən bütün dünyada yaşaya azərbaycanlıların qürur duyduğu Lidersiniz. Xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm.
Hörmətlə,
Namazov Elzabit Hümbət oğlu
Rusiya Federasiyası, Krasnoyarsk diyarı, Norilsk şəhəri”.
“Hörmətli cənab Prezident.
Mən Böyük Britaniyanın Kardiff şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Yaranmış pandemik vəziyyət iş yerlərinin bağlanmasına səbəb olmuş və bu hal işləyərək öz tələbatlarını ödəyən tələbələri maddi cəhətdən çox çətin vəziyyətə salmışdır. Bu çıxılmaz vəziyyətlə üzləşən tələbələrdən biri olaraq yaşadığım evin kirayə haqqını ödəməkdə çətinlik çəkdiyim üçün ölkəmizin Londondakı səfirliyinə müraciət etdim. Müraciətimdən dərhal sonra mənimlə əlaqə saxlanıldı və bir neçə gün sonra müraciətimin qəbulu ilə bağlı mənə məlumat verildi. Bank rekvizitlərim alındı və müvafiq məbləğ dərhal hesabıma daxil edildi. Beləliklə, üzləşdiyim bu çətin məsələ dövlətimizin dəstəyi sayəsində öz həllini tapdı.
Hörmətli cənab Prezident, bu çətin anda bizi köməksiz qoymadığınıza və göstərdiyiniz əvəzolunmaz dəstəyə görə Sizə hədsiz minnətdarlığımı bildirirəm.
Hörmətlə,
Rzayeva Arzu Elçin qızı.
Böyük Britaniya Krallığı, Kardiff şəhəri”.
“Hörmətli cənab Prezident.
Mən keçmiş Ağdərə rayonundan məcburi köçkünəm. Hazırda Bərdə rayonunda yaşayıram. Sizin diqqət və qayğınızı biz məcburi köçkünlər hər zaman hiss edirik.
COVID-19 pandemiyasının dünyanı lərzəyə gətirdiyi hazırkı vaxtda Sizin necə müdrik və qayğıkeş dövlət başçısı olduğunuzu bir daha gördük. Elə bu məktubu yazmaqda əsas məqsədim də ona görədir ki, xalqımızı bu çətin bəladan qurtarmaq üçün həyata keçirdiyiniz məqsədyönlü işlər üçün Sizə dərindən təşəkkürümü bildirim.
Cənab Prezident, xalqımız Sizi sevir. Siz bizim ümid və pənah yerimizsiniz.
Hörmətlə,
Aslanzadə Aysel Bəybala qızı,
Ağdərə rayonundan məcburi köçkün.
Azərbaycan Respublikası, Bərdə rayonu”.
“Möhtərəm cənab Prezident.
Mən İsmayıllı rayonunun Topçu kənd tam orta məktəbinin 8-ci sinif şagirdiyəm. Bütün dünyanı sarsıdan koronavirus zamanı ölkəmizi qoruduğunuza, bu xəstəliyə qarşı mühüm işlər gördüyünüzə, dövlətimizin yüksəlişi üçün əlinizdən gələni etdiyinizə görə Sizə təşəkkür edirəm.
Digər ölkələrdə bu virus çoxsaylı tələfata səbəb olsa da, Sizin sayənizdə ölkəmizdə xəstələrin sayı azdır. Mən inanıram ki, xalqımız Sizin sayənizdə bu çətin günlərdən üzüağ çıxacaqdır. Biz birlikdə qalib olacağıq!
Hörmətlə,
Hüseynova Sevinc Aqşin qızı
Azərbaycan Respublikası, İsmayıllı rayonu, Topçu kəndi”.
“Möhtərəm cənab Prezident.
Mən bir Azərbaycan vətəndaşı olaraq Sizinlə fəxr edirəm. Siz Azərbaycan xalqının layiqli övladısınız. Siz xalqını sevən, hər bir vətəndaşının qayğısına qalan müdrik dövlət başçısısınız. Siz bunu COVID-19 epidemiyası dövründə bir daha sübut etdiniz.
Dövlətimizin dəstəyi koronavirusla mübarizədə bizə böyük stimul verdi. Bu dövrdə dövlətin ayırdığı birdəfəlik ödəməni mən də almışam. Bu yardımın bizə ödənilməsi xalqa göstərdiyiniz qayğının daha bir nümunəsidir. Yaxşı ki, Siz Azərbaycanın Prezidentisiniz və biz hər zaman Sizin arxanızdayıq!
Hörmətlə,
İsmayılova Zülfiyyə Zülfiqar qızı
Azərbaycan Respublikası, Ağcabədi şəhəri”.
“Möhtərəm cənab Prezident,
Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğı bizim Kazımabad kəndinin sakinlərindən də yan keçmir. Hazırda mövsümlə əlaqədar olaraq rayonumuzun kəndlərində insanlar əkinçiliklə məşğuldurlar. Biz kəndlilər əsasən kartof əkib-becəririk. Belə bir ağır dövrdə məhsulumuzu xarici bazarlara çıxarmağımıza böyük imkanlar yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Məhsullarımız iritonnajlı yük maşınları ilə xarici bazarlara daşınır.
Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz! Allah Sizi qorusun!
Hörmətlə,
Miriyev Qasım,
Ağayev Vüsal,
Ağayev Emil,
Ağayev İlqar,
Ağayev Qəyum,
Məmmədov Kamran.
Azərbaycan Respublikası, Cəlilabad rayonu”.
“Möhtərəm cənab Prezident.
Son zamanlarda pandemiya ilə əlaqədar olaraq dünyanın bir çox ölkələri iqtisadi böhrana düçar olmuşdur. Amma bu gün Azərbaycan Respublikası yüksək inkişaf nəticəsində, Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gəlməkdədir. Təbii ki, Azərbaycanın bu cür inkişafının banisi və memarı ulu öndər Heydər Əliyev və Sizsiniz.
Salyan rayonu Marışlı kəndində asfalt yolun çəkilişi Sizin kəndlərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Yol mədəniyyətdir, inkişafdır. Bütün görülən bu işlər Sizin biz vətəndaşlara göstərdiyiniz qayğının nəticəsidir.
Cənab Prezident, biz Marışlı kənd sakinləri Sizinlə bir daha qürur duyuruq. Sizə daha böyük uğurlar arzu edirik. Biz həmişə Sizinləyik.
Hörmətlə,
Hüseynov Ərəstun Qəhrəman oğlu,
Usubov Şahmar Fərzalı oğlu,
İbrahimov Ramil Bəxtiyar oğlu,
Əhmədov Rövşən Nəbi oğlu və başqaları.
Azərbaycan Respublikası, Salyan rayonu, Marışlı kəndi”.
“Salam cənab Prezidentimiz.
Mən Goranboy rayon Mübariz Fərmanov adına Xoylu kənd tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Əlaçıyam. Koronavirus infeksiyası təhlükəsi ilə əlaqədar evdə qalmağımıza baxmayaraq, biz onlayn dərslər vasitəsilə təhsilimizdən geri qalmırıq. Bizə yaratdığınız bu şəraitə görə cənab Prezident, Sizə öz minnətdarlığımı bildirir və təşəkkür edirəm.
Hörmətlə,
İbrahimli Cəfər Amil oğlu
Azərbaycan Respublikası, Goranboy rayonu”.
“Əziz və hörmətli Prezident.
Bu gün ölkəmizdə xalq-hakimiyyəti birliyi və həmrəyliyi müşahidə olunur. Azərbaycan xalqı pisi yaxşıdan, ağı qaradan seçməyi bacarır. Məhz Sizin düşünülmüş siyasətiniz və səyləriniz sayəsində biz kənd əhalisi davamlı sabitlik şəraitində yaşayır və fəaliyyət göstəririk.
Əziz Prezidentimiz Allahdan Sizə və ailənizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Hörmətlə,
Dövlətov Azad Şükür oğlu
Qürbətov Raqib Tofiq oğlu,
Rəhimov Ceyhun Lətif oğlu,
Filatov Nusrət Abdulla oğlu,
Qarayev İntiqam Mirzəxan oğlu,
Qarayev Cavid Azadxan oğlu,
Hüsyenov Eldar Hətəm oğlu,
Adıgözəlov Xanlar Abuzər oğlu,
Dövlətov Əfqan Ələkbər oğlu.
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Muğan kəndi”.
“Hörmətli cənab Prezident,
Bu ağır pandemiya günlərində xalqımızın yanında olduğunuz, qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün mən bir Azərbaycan gənci olaraq, Sizə öz adımdan və ailəm adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!
Hörmətlə,
Nuhbalayev Xəyal Ədalət oğlu
Azərbaycan Respublikası, Quba rayonu”.
“Möhtərəm cənab Prezident.
Bütün dünyada ciddi həyəcan yaradan, yaşından, irqindən və dinindən asılı olmayaraq insanların həyatına son qoyan koronavirus pandemiyası adlı bəlaya qarşı bütün imkanlardan istifadə olunmaqdadır. Sizin bilavasitə rəhbərliyiniz altında ölkəmizdə vətəndaşların sağlamlığının qorunması naminə aparılan əvəzolunmaz tədbirləri çox yüksək qiymətləndiririk. Qısa bir zamanda yeni xəstəxanaların istifadəyə verilməsi, mövcud xəstəxanaların uyğunlaşdırılması, qoruyucu vasitələrin istehsalı, xəstələrin müalicəsi üçün tibb ocaqlarının lazımi avadanlıqlarla təmin olunması, canları bahasına xəstələri müalicə edən həkimlərin əməkhaqlarına əlavələr edilməsi, işləməyənlərə yardımların verilməsi, sosial iş yerlərinin açılması, sahibkarlara maliyyə dəstəyinin və güzəştlərin edilməsi və digər işlər çox təqdirəlayiqdir.
Əziz Prezidentimiz, Azərbaycan vətəndaşları arasında itkilərin minimuma endirilməsi üçün gördüyünüz bütün işlərə görə ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm.
Hörmətlə,
Həmzəyev Çərkəz Paşa oğlu
Qarabağ müharibəsi əlili
Azərbaycan Respublikası, Göygöl rayonu, Topalhəsənli kəndi”.
“Hörmətli cənab Prezident.
Siz uğura gedən yolda daim yanımızda olub, bütün çətinliklərdə öz köməyinizi əsirgəməyən dəyərli Prezidentimizsiniz. Bu çətin və şərəfli yolda Sizə daim uğurlar arzu edirəm.
Pandemiya dövründə Azərbaycan xalqına dəstəyiniz, bütün şücaətləriniz göz qarşısındadır. Biz haqlı olaraq Sizinlə fəxr edirik.
Cənab Prezident, Sizə bir daha uğurlar diləyir, ailəmiz adından dərin təşəkkürümüzü bildirirəm.
Hörmətlə,
Niftiyeva Zara Firudin qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi”.
“Möhtərəm Prezident.
Bir gənc olaraq Sizə minnətdarlıq etməyi özümə həm vətəndaşlıq, həm də vicdanı borc bilərək, bu təşəkkür məktubunu ünvanlayıram.
Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyada "supergüc" hesab edilən ölkələrdə pandemiyanın ağır nəticələri artıq özünü göstərməyə başlayır. Dünyanın bu mənzərəsi fonunda ölkəmizdəki sabitlik, dövlətin vətəndaşlara yardımları Azərbaycanın bu pandemiyadan ən az zərərlə çıxacağının göstəricisidir. Bu gücün əsas səbəbi Sizin xalqımıza olan sevginiz, güclü iradənizdir.
Danılmaz faktdır ki, Siz və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün bütün gücünüzlə çalışırsınız. Mən də bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Tanrı Sizləri qorusun.
ELYAZ GULUYEV 051 831 01 01

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi