Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
01 İyn 19:32Siyaset
Prezidentə yazırlar: Xalqımızın sağlamlığı, rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarıq
01.06.2020 16:54
Koronavirus pandemiyasının bütün dünyada tüğyan etdiyi bir vaxtda Azərbaycan əhalisinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlar vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır. Azərbaycan vətəndaşları dövlətimizin başçısının göstərdiyi diqqət və qayğıdan razılıqlarını ona yazdıqları minnətdarlıq məktublarında ifadə edirlər.
Xezerxeber.az Prezidentin saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.
Sumqayıt şəhərindən şagird Nərmin Hümbətli yazır: "Möhtərəm cənab Prezident, mən 8-ci sinif şagirdiyəm. Məktəbimiz Azərbaycanın öndə gedən təhsil ocaqlarındandır və bunda Sizin rolunuz böyükdür. İndiki vəziyyətlə əlaqədar dərslərimizə evdən - "Dərs vaxtı” layihəsindən, onlayn dərslərdən və "Virtual məktəb” proqramından davam edirik. Buna görə də cənab Prezidentimiz, Sizə çox təşəkkür edirik. Dünyanı sarsan COVID-19 pandemiyası dövründə ölkəmizin əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması üçün gördüyünüz mühüm işlər göz önündədir. Qısa müddət ərzində modul tipli xəstəxanaların tikilməsi, tibbi maska və geyim istehsalı müəssisəsinin istifadəyə verilməsi və bir sıra başqa tədbirlər Sizin xalqa olan sevginizin və uzaqgörən siyasətinizin nəticəsidir ki, dünyada geniş yayılan bu xəstəliyin ölkəmizdə də bu cür sürətlə yayılmasının qarşısına böyük sədd çəkdi. Mən də məktəbli və bir həkim qızı olaraq Sizin sərəncamlarınız, tapşırıqlarınız və çağırışlarınıza diqqətlə qulaq asır və onları layiqincə yerinə yetirməyə çalışıram. Ümid edirəm ki, bu pandemiya tezliklə başa çatar və bütün çətinliklərdən olduğu kimi, bu çətinliyin də öhdəsindən gələrik. Xalqımız Sizi çox sevir, Sizin xarici və daxili siyasətinizə çox güvənir. Hər çətin günümüzdə Azərbaycan xalqının yanında olduğunuz üçün Sizə təşəkkür edir, işlərinizdə uğurlar, sağlam və işıqlı həyat yolu arzulayıram.
Sumqayıt şəhərinin daha bir sakini olan Aişə Səfərlinin məktubunda deyilir: "Möhtərəm cənab Prezident, bütün dünyanı çalxalayan koronavirus pandemiyasının ölkəmizə təsirləri Sizin sayənizdə minimum səviyyəyə endirildi. Yürütdüyünüz mükəmməl daxili və xarici siyasətin nəticəsidir ki, bu dövrdə digər başqa ölkələrdə baş verən böhran vəziyyəti ilə üzləşmədik. Bu çətin sınaq göstərdi ki, Azərbaycanın maliyyə dayaqları və infrastrukturu dayanıqlıdır. Biz buna Sizin rəhbərliyinizlə uzun illər görülən məqsədyönlü işlərin, çəkilən zəhmətin sayəsində nail olmuşuq. İnanırıq ki, bu yolu uğurla davam etdirəcəyik. Bütün bunlar üçün Sizə minnətdarıq”.
Bakının Sabunçu rayonundan Sənubər Səfərova: "Hörmətli cənab Prezident, Sizə və ailənizə olan sevgim sonsuzdur. Sizlərə olan hörmət və sevgini çatdırmaq da mənə xoşbəxtlik hissləri yaşadır. Mən xarici ölkələrdə olanda Vətənim haqqında fəxr və qürur hissi ilə danışıram. Yaşadığım şəhərin gözəlliyindən, ölkəmin inkişafından bəhs edəndə bilirəm ki, bunlar Sizin sayənizdədir. Yorulmaz fəaliyyətinizə, əzmkarlığınıza görə Sizə minnətdarlığımı bildirir, Allahdan Sizə cansağlığı arzu edirəm. Ölkəmizin rəhbəri olduğunuza görə özümüzü rahat və güvənli hiss edirik. Sizin siyasətinizi dəstəkləyirik”.
Gəncə şəhərindən Fazil Səfixanov: "Çox hörmətli cənab Prezident, pandemiya dövründə ölkəmizdə aparılan dezinfeksiya və təmizlik işlərinə görə Sizə minnətdarlıq bildirməyi özümə borc bilirəm. Mən fəxr edirəm ki, Sizin kimi qayğıkeş və humanist dövlət başçımız var. Azərbaycanın uğurlarını gözü götürməyən insanlara, bu ölkəyə qara ləkə kimi yapışan ünsürlərə, həmçinin xalqın çətin günündə xəyanətkar mövqe tutan şəxslərə qarşı mübarizənizi də dəstəkləyirəm. İnşallah, Vətənimizi belələrindən təmizləyib ağ günlərə çıxaracaqsınız. Bu yolda bir vətəndaş olaraq hər zaman Sizinləyəm. Allah Sizi qorusun!”.
Bakının Nəsimi rayonundan Heyran Vəkilova: "Hörmətli cənab Prezident, Sizə sadə, zəhmətkeş, ziyalı Azərbaycan vətəndaşlarının adından müraciət edərək təşəkkür etmək istəyirəm. Bütün dünyanı kabus kimi dolaşan, insanlarda qorxu hissi yaradan koronavirus pandemiyasına qarşı ölkəmizdə görülən tədbirləri dəstəkləyirik. Bütün xalqımız Sizin bizlərə görə amansız düşmənlə mübarizə apardığınızı gördü. Biz Sizinlə - uzaqgörən ölkə başçımızla fəxr edirik. Siz xalqın, yaşlı, aztəminatlı insanların qayğısını çəkir, xalqı bu bəladan qorumaq üçün gecə-gündüz çalışırsınız. Verdiyiniz qərarlarla, gördüyünüz qabaqlayıcı tədbirlərlə dünyaya örnək oldunuz. Allah Sizə, ailənizə, övladlarınıza uzun ömür, cansağlığı versin, xalqımızı bəlalardan qorusun. Ulu Tanrı Sizə kömək, xalqımıza dayaq olsun!”.
Bakının Yasamal rayonundan Sima Xudaverdiyeva: "Hörmətli cənab Prezident, bu gün bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparır. Sizə və Mehriban xanıma bu pandemiyaya qarşı mübarizədə həyata keçirdiyiniz tədbirlərə görə dərin minnətdarlığımı bildirirəm. Mən karantin dövründə iki dəfə işsizlərə ayrılan birdəfəlik ödəmə, bundan əlavə ərzaq yardımı ilə təmin olundum. Sizin xalqsevərliyiniz, alicənablığınız və xeyirxahlığınız qarşısında baş əyir, Sizə və ailənizə cansağlığı, şərəfli işinizdə yeni uğurlar arzulayıram.
Tərtər rayonunun Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinləri adından dövlətimizin başçısına minnətdarlıq edən Qədim Səfərov, Çingiz Cabbarov, Nəriman Əliyev və Cəfərov Altay yazırlar: "Möhtərəm cənab Prezident, Sizin diqqət və qayğınız sayəsində Tərtər rayonunda 10 cəbhəyanı kəndi birləşdirən, uzunluğu 33,5 kilometr olan Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Qaynaq-Yuxarı Qapanlı-Qazyan-Təzəkənd-Hüsənli avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. Ərazidə kommunikasiya xətləri qaydaya salınıb, su ötürücüləri qoyulub. Artıq yolun Səhlabad-Əskipara-Qarağacı-Yuxarı Qaradağlı-Qapanlı-Yuxarı Qapanlı-Qazyan kəndlərini birləşdirən hissəsinə asfalt döşənib. Avtomobil yolunun yenidən qurulması biz Yuxarı Qapanlı və Qazyan kəndlərinin sakinlərinin də böyük sevincinə səbəb olub. Çünki gediş-gəlişimiz rahatlaşıb, yük və sərnişin daşınması asanlaşıb, kənd təsərrüfatı məhsullarını mənzil başına vaxtında və itkisiz çatdırırıq. Möhtərəm cənab Prezident, biz cəbhə bölgəsinin sakinlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Nə yaxşı ki, Sizin kimi Prezidentimiz var. Tanrı Sizi qorusun! Biz tərtərlilər həmişə Sizinləyik!”
Lənkəran rayonunun Günəhir kəndindən müəllim Mirzəhüseyn Miriyev: "Hörmətli cənab Prezident, Sizin uzaqgörən, müdrik siyasətinizin, vaxtında verilən sərəncamlarınızın nəticəsi olaraq, ölkəmiz COVID-19 virusundan ən az itki ilə qurtulmaqdadır. Bu gözəgörünməz virusla mübarizədə vətəndaşların məlum qərarlarınızla dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatələnməsi, kasıb, imkansız, əlil və aztəminatlı ailələrə edilən maddi və mənəvi dəstək bir daha sübut edir ki, Siz hər bir Azərbaycan vətəndaşının yanındasınız. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqa müraciəti və eyni zamanda, Heydər Əliyev Fondu tərəfindən aztəminatlı, kasıb ailələrə, əlillərə edilən yardımlar xalqını sevən, onun sağlamlığını hər şeydən üstün tutan rəhbərimizlə fəxr etməyimizə haqq qazandırır. Azərbaycanda qısa müddətdə bu gözəgörünməz düşmənlə mübarizə üçün tikilən klinika və modul tipli xəstəxanalar, innovativ sənaye əsasında yaradılmış tibbi resurslar, o cümlədən tibbi maska və tibbi geyimlər istehsal edən müəssisələrin işə başlaması Sizin uzaqgörən siyasətinizin nəticəsidir. COVID-19 pandemiyası dövründə xalqın sağlamlığı, sosial rifahı üçün göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımı bildirirəm. Bu bəlaya az itki ilə qalib gəlməyiniz üçün Allahdan Sizə güc, qüvvət arzu edirəm. Qətiyyətli qərarlarınızla bir daha sübut etdiniz ki, hər bir vətəndaşın yanındasınız. Sizə və ailənizə Allahdan cansağlığı, uzun ömür və xoşbəxtlik arzu edirəm”.
Şəmkir rayonunun Düyərli kəndindən Kifayət İbrahimova: "Möhtərəm cənab Prezident, bu pandemiya dövründə gördüyünüz tədbirlər üçün Sizə çox təşəkkür edirəm. Sizin uzaqgörənliyiniz və müdrikliyiniz hesabına Azərbaycan xalqı həmişə bir addım öndə olmuş, böyük təhlükə yarada biləcək hadisələrə qarşı vaxtında və sanballı işlər görmüşdür. Hazırda dünyanın bəlasına çevrilən koronavirusla mübarizə dövrü də bunu bir daha göstərdi. Cənab Prezident, biz hər birimiz əminik ki, Sizin xalqımıza göstərdiyiniz qayğı, həyata keçirilən ciddi və ardıcıl tədbirlər ölkəmizi koronavirus bəlasından tezliklə qurtaracaq. Allah Sizi və ailənizi pənahında saxlasın!”.
Salyan rayonunun Sarvan kəndindən şəhid atası Cahangir Qaraşov yazır: "Möhtərəm cənab Prezident, son illər ərzində Azərbaycanın bütün bölgələrində olduğu kimi, doğma Salyanın da hər yerində abadlıq və quruculuq işləri geniş vüsət almışdır. Kənd təsərrüfatının inkişafı, insanlara qayğı və diqqət ürəyimizcədir. Xüsusilə qeyd etmək istəyirəm ki, aqrar sahənin inkişafına verilən dəstək sahəsində həm əkin sahələri genişlənir, həm də insanların güzəranı yaxşılaşır. Torpağa bağlanmaq və əkin-biçin işləri aparmaq istəyən vətəndaşlar üçün geniş imkanlar və əlverişli şərait yaradılmışdır. Əziz Prezidentimiz, bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə yaşadığım Sarvan kəndinin ağsaqqalları, ziyalıları və şəhid ailələri adından Sizi təbrik edir, Sizə və ailənizə Ulu Tanrıdan cansağlığı və işlərinizdə uğurlar arzulayıram”.
Binəqədi rayonunun Biləcəri qəsəbəsindən Qənbər Hümbətov: "Möhtərəm cənab Prezident, vətəndaşların rahatlığı və sağlamlığı üçün verdiyiniz hər bir qərara görə Sizə dərin minnətdarlığımı bildirirəm. Sizin rəhbərliyinizlə ölkəmizdə həyata keçirilən tədbirlər həm insanların koronavirus xəstəliyindən qorunması, həm də iqtisadiyyatımızın böhrandan xilas olması ilə nəticələndi. Bu infeksiyanın dünyanın ən qüdrətli ölkələrində böyük tələfatlara səbəb olsa da, Azərbaycana ciddi ziyan vura bilməməsi bir daha göstərdi ki, respublikamızda dövlət və xalq birliyi güclüdür. Xalqın dövlətə, rəhbərliyə sevgisi və hörməti sonsuzdur. Ailəmiz adından bir daha Sizə minnətdarlıq edirəm. Allah Sizə uzun ömür, cansağlığı versin. Biz həmişə Sizi dəstəkləyirik”.
Salyan rayonunun Kürsəngi kəndindən Ağa Ağamaliyev, Nurlan Bürcəlizadə, Elşən Aydınov, İslam İmanov və Şamxal Məhərrəmov yazırlar: "Hörmətli cənab Prezident, Sizin Salyan rayonuna səfəriniz çərçivəsində Kürsəngi kəndində pambıqçılarla görüşünüz zamanı pambıqçılığın zəngin ənənələrinin bərpa edilməsi və bu sahənin əvvəlki şöhrətinin qaytarılması üçün müvafiq tapşırıqlar verməyiniz bizim üçün əvəzsiz töhfə olmuşdur. Pambıqçılığın inkişaf etdirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir və bunun nəticəsi olaraq pambıqçılıqda çoxsaylı iş yerləri yaranmışdır. Bu, kəndimizin əhalisinin maddi vəziyyətini yaxşılaşdıraraq, dövlətimizə və ümumi işimizə xeyir vermişdir. Möhtərəm Prezident, pambıqçılığa böyük yer verdiyiniz üçün kənd əhalisi işlə təmin olunub, hamı işləyir, qazanır, evinə çörəkpulu aparır. Kürsəngi kəndinin gənclərinin adından Sizə minnətdarlığımızı bildiririk. Çox sağ olun. Allah Sizə cansağlığı, uzun ömür versin!”.
Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindən Xalidə Tapdıqova: "Əziz Prezidentimiz, biz fəxr edirik ki, Sizin kimi dövlət başçımız var. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı olaraq, xalqımızın üzləşdiyi çətin günlərdə həmişə çıxış yolu tapıb xalqı öz arxanızca aparmısınız. Pandemiya dövründə də çox ciddi tədbirlər gördünüz, Azərbaycan xalqını qorudunuz. Dünyanın bir çox ölkələri ilə müqayisədə Azərbaycan az itki verdi. Biz qocalara xüsusi həssaslıqla yanaşılması cəmiyyətdə böyük rəğbətlə qarşılandı. Ona görə də bütün ailəmin adından Sizə çox-çox minnətdarlıq edirəm. Allah Sizə ailənizlə birlikdə möhkəm cansağlığı, uzun ömür versin!”.
Bakı Dövlət Universitetinin tələbə-gəncləri adından Nicat İsmayılov yazır: "Əziz Prezidentimiz, dünyanı koronavirus adlı gözəgörünməz düşmənin silkələdiyi çətin bir zamanda xalqımızın sağlamlığı naminə gördüyünüz çox böyük işlər bu məktubu Sizə ünvanlamaq üçün mənə ruh və cəsarət verdi. Bakı Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatında birləşən minlərlə gənc bu gün Sizin hər bir addımınızı diqqətlə izləyir, xalqımızın rifahı naminə verdiyiniz qərarları çox böyük məmnuniyyət hissi ilə bəyənir və dəstəkləyir. Siz uğurlu siyasətiniz, qətiyyətli addımlarınız, Vətənə və xalqa sonsuz sevginizlə bu gün biz gənclərin bənzəmək istədiyimiz qəhrəmanımıza çevrilmisiniz. Möhtərəm cənab Prezidentimiz, Sizin və çox sevdiyimiz hörmətli Mehriban xanımın xüsusi diqqəti, qayğısı sayəsində xalqımız koronavirusla dünyanın ən nəhəng dövlətlərinin belə həsəd aparacağı əzmkarlıqla mübarizə aparır. Azərbaycanda yaşayan, doğma ölkəmizin vətəndaşı olan hər bir insan üçün Siz çətin günün dostu, arxa-dayağı oldunuz. "Biz birlikdə güclüyük!” deməklə xalqımızı səfərbər etdiniz. Hamı bu fikrin ətrafında sıx birləşərək həmrəylik göstərdi. Eyni zamanda, qeyd etməliyik ki, insanların həyatının qorunmasına, təhlükəsizliyinin təmin olunmasına, rifahının yüksəldilməsinə xidmət edən mükəmməl daxili siyasətiniz ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsinə yönəlmiş xarici siyasətlə tamamlanır. Qoşulmama hərəkatına üzv olan ölkələrin dövlət başçıları ilə Sizin birbaşa təşkilatçılığınızla keçirilən videokonfrans Azərbaycanın dünyada söz sahibi olan dövlətlərdən olduğunu bir daha sübut etdi. Biz tələbə-gənclər bütün bunları görür, Sizinlə həmrəy olur, Sizinlə qürur duyuruq. Qoy hamı bilsin ki, biz hər zaman sevimli Prezidentimizləyik, Sizin qərarlarınızı ürəkdən bəyənirik və dəstəkləyirik”.
Elyaz Guluyev

Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ