Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
09 Sen 10:16Siyaset
Ermənistan bu halda xəritədən SİLİNƏCƏK
Respublikaxeber.az Konkret.az-a istinadən xəbər verir ki, Azərbaycanın qarantı sonsuzadək qüvvədə olmayacaq; Qərbə, Rusiyaya və Türkiyə-Azərbaycan ittifaqına qarşı “üçlü oyunu” ilə məğlub ölkə özünə daha dərin quyu qazır…
Ermənistanın “sorosçu” hakimiyyəti kapitulyasiyadan sonra da Bakı və Ankaraya qarşı çoxbaşlı oyununu davam etdirir. Bugünlərdə erməni mediası baş nazir Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siqnal verdiyi haqda yazmışdı. Dünən isə N.Paşinyan hökumətin iclasında Ermənistanın Türkiyə ilə dialoqa hazır olduğunu bəyan edib.
Sitat: “Bu yaxınlarda Türkiyə prezidenti Ermənistanla münasibətlər məsələsinə toxunub. Onun bəyanatlarında biz Ermənistan-Türkiyə əlaqələrinin normallaşması, avtomobil və dəmir yolların bərpasını müzakirə etmək üçün bir fürsət görürük. Biz daha geniş kontekst əldə edə biləcək belə danışıqlara hazırıq. Söhbət bölgəni Şimalı Cənubla, Şərqi isə Qərblə birləşdirəcək bir qovşağa çevirməkdən gedir. Sevinclə bildirmək istəyirəm ki, bu prosesə Rusiya, Avropa Birliyi, Fransa və ABŞ da töhfə vermək istəyir. Həmçinin Çin və Hindistanın da bölgədə kommunikasiya layihələrinin inkişafında maraqlıdır”.
*****
Amma bu da faktdır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzəyan ötən həftə bəyan eləmişdi ki, İrəvan Bakı ilə heç bir danışıq aparmır. Üstəgəl, o, bir daha “status” şərtini ortaya atmış, ATƏT-in Minsk Qrupunun “məlum 3 prinsipi”ndən dəm vurmuşdu. “Status”, “3 prinsip” Paşinyanın da dilindən düşmür və az qala, hər xarici qonaqla görüşdə rəsmi Bakıya qarşı şərt kimi səsləndirilir. Nikol Paşinyan analoji fikri hökumətin dünənki iclasında da təkrarlayıb: “Biz ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində Azərbaycanla sülh prosesini bərpa eləmək niyyətindəyik”.
Yəni qənaət hasil olur ki, Ermənistan Azərbaycanla sülh istəsə də, əslində bu sülhü beynəlxalq hüquq normaları çərçivəsində deyil, sırf özünün təsəvvüründəki kimi başa düşür. Başqa sözlə, “Qarabağsız Azərbaycan”la müqavilə bağlamağı xəyal edir. Bunu isə onlar nə qədər istəyir xəyal edə, yuxularında görə bilərlər.
Azərbaycanın mövqeyi isə ən əvvəl beynəlxalq hüquqdan qaynaqlandığı üçün güclü, qəti və prinsipialdır. Bunu son olaraq, xarici işlər naziri Ceyhun Bayramov iki gün öncə növbəti dəfə dilə gətirdi: “Bakı İrəvanla bir-birinin ərazi bütövlüyü və suverenliyini tanımağa əsaslanan sülh sazişi imzalamağa hazırdır və qarşı tərəfdən öz təklifinə cavab gözləyir”.
Lakin nazir onu da vurğuladı ki, bu təklif masa üzərində əbədi qalmayacaq. Diplomatik dildən tərcümədə bu xəbərdarlıq, o anlama gəlir ki, Ermənistan böyük sülh müqaviləsinin imzalanmasını əngəllədikcə ən əvvəl özünün ərazi bütövlüyünü şübhə altına alır, özünə quyu qazır. Çünki indiki Ermənistanın bütünlüklə əzəli Türk torpaqlarında təşəkkül tapdığı və üstəlik, SSRİ dönəmində məhz Azərbaycan SSR-in hesabına, Moskvanın əli ilə ərazisinin genişləndiyi məlumdur. Bundan əlavə, hazırkı Azərbaycan Respublikası 89 min kv km-lik Azərbaycan SSR-in yox, 110 min kv km-lik ADR-in siyasi və hüquqi varisidir.
Odur ki, seçim İrəvanındır. Ermənistan heç olmasa, dünyanın siyasi xəritəsində hazırkı formal sərhədləri daxilində, simvolik dövlət olaraq qalmaq istəyirsə, onda tələsməlidir. Buraxılan növbəti tarixi səhv Ermənistana 44 günlük müharibədəki nəticədən də baha başa gələ bilər. Çünki zaman artıq onun xeyrinə işləmir – erməni tərəfi bunun əksini güman edib hər vəchlə vaxtı uzatmağa çalışsa da…
*****
“Əgər öz xalqının rifahı və təhlükəsizliyi hakimiyyəti üçün yalnız boş şüar olan bir hökumətə malik Ermənistan xaos ərazisi kimi yox, tanınan dövlət kimi qalmaq istəyirsə, o zaman o, Rusiyanın təzyiqi və iqtisadi tənəzzülün pressinqi altında imzaladığı müqavilələrə riayət etməli, sərhədləri delimitasiya və demarkasiya etməli, ardınca Azərbaycanla sülh müqaviləsi imzalamalıdır. Başqa yol yoxdur”.
Bu sözləri rusiyalı tanınmış konfliktoloq Yevgeni Mixaylov deyib. Onun sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatın müddəalarının icrasının ləngiməsinə görə əsas günahkar Ermənistandır.
“3rd View” Analitik Mərkəzinin rəhbəri Rauf Rəcəbov isə hesab edir ki, Azərbaycan bütün hallarda İrəvanın sülh oyunlarına reaksiya verməlidir. Bu barədə o, Minval.az-a müsahibəsində deyib.
“Niyə? Əvvəla, bu fakt nəzərə alınmalıdır ki, Paşinyan və komandası öz oyunları ilə artıq daxili auditoriya üçün işləmir. Çünki seçkilər bitib və heç nə Paşinyan iqtidarını təhdid etmir. Bu halda Paşinyanın oyunu eyni zamanda Qərbə, Rusiyaya, Türkiyə və Azərbaycana ünvanlanıb. Qərbdən başlayaq”, – deyə politoloq qeyd edib.
Onun sözlərinə görə, bununla Paşinyan və komandası Qərbə guya Ermənistanın Azərbaycanla əməkdaşlığa hazır, sülh müqavilə imzalamağa qadir olduğunu nümayiş etdirir və xüsusən də Minsk Qrupuna bu hazırlığını göstərmək istəyir: “Di gəl, böyük ”əmma” budur ki, həm Ermənistan Xarici İşlər Nazirliyi, həm də Paşinyanın özü dəfələrlə İrəvanın eyni zamanda “status” məsələsinin həllini istədiklərini bildiriblər. Amma həm də sülh müqaviləsi haqda bəyanatla bahəm “status” məsələsi sanki yoxdur və qaldırılmır, lakin ermənilər tərəfindən birmənalı olaraq nəzərdə tutulur. Qərbə yönəlmiş erməni oyunu da budur”.
Rusiyaya gəlincə, ekspertin fikrincə, bu halda Ermənistan “molodes”ə layiq iş gördüyünü nümayiş etdirməyə çalışır. “Yəni ki, guya İrəvan Rusiya-Ermənistan münasibətləri çərçivəsində öhdəliklərini yerinə yetirməyə hazırdır. Axı elə bu günlərdə Rusiya XİN başçısı Sergey Lavrov və digər rus diplomatları Bakı ilə böyük sülh müqaviləsi imzalamağın zəruriliyindən danışıblar. Beləcə, İrəvanda Moskvanı sakitləşdirmək və guya bu istiqamətdə işləməyə hazır olduqlarını göstərmək istəyirlər”, – deyə təhlilçi vurğulayıb.
Türkiyəyə gəlincə, politoloq hesab edir ki, heç bir yeniliyi ilə seçilməyən bu oyuna paralel surətdə Ermənistan guya Türkiyə ilə də ikitərəfli əlaqələr qurmağa hazır olduğu barədə birbaşa danışıqlar getdiyi görüntüsünü yaratmağa səy edir: “Lakin aydındır ki, Bakı ilə böyük siyasi müqavilə imzalanmadan Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması nə Azərbaycanın, nə də Türkiyənin özünün milli maraqlarına uyğundur. Demək, Ermənistanın bu hiyləgər oyunu Bakı ilə Ankara arasında münaqişə yaratmağa yönəlib. Ona görə də hesab edirəm ki, Ermənistan XİN-dən konkret olaraq bir suala cavab tələb etmək lazımdır: İrəvan həqiqətən böyük sülh sazişini hazırlamaq prosesinə başlamağa hazırdırmı? Ermənistan, nəhayət, anlamalıdır ki, onun heç bir oyunu Azərbaycanla Türkiyə arasında hansısa qarşıdurma vəziyyətinə səbəb ola bilməz. Eyni şey Azərbaycan-Qərb münasibətlərinə, konkret halda Minsk Qrupu ilə münasibətlərə aiddir”.
Ekspert fikrini İrəvana xəbərdarlıq şəklində belə tamamlayıb: “Azərbaycan ümumən öz ərazi bütövlüyünü bərpa edib və yerdə qalan məsələlər də yaxın bir neçə ildə həllini tapacaq. Ermənistanın ərazi bütövlüyü isə ciddi məsələdir. Qafqaza bitişik ölkələrdə və ilk növbədə Ermənistanın özündə söhbətin nədən getdiyini gözəl başa düşürlər. Ona görə də Ermənistan özü bu məsələnin həlli və sülh sazişi imzalanması üçün Azərbaycanla ikitərəfli formatda əməkdaşlığa çalışmalıdır. Ermənistan öz dövlətçiliyini bu yolla saxlaya bilər. Əks təqdirdə, yəni İrəvan sülh müqaviləsi imzalamaqdan imtina edərsə, düşünürəm ki, Ermənistanın özünün gələcəyi böyük bir sual altına düşəcək”.
Necə deyərlər, indi “Bu – daş, bu da tərəzi”. Gəlir-çıxarı hesablamaq erməni xalqının və onun rəhbərlərinin işidir. Azərbaycanın isə itirəcəyi bir şey yox. Yaxşı-yaxşı fikirləşsinlər. Bakının masa üzərindəki təklifi gerçəkdən də əbədi deyil!...
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər