Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
Xanoğlan Əhmədov: “Həbs olunmuş icra başçıları Prezidentin çağırışlarını eşitməməzliyə vurdular”
“Mədəniyyətimizə qənim kəsilməkdə sanki ermənilərlə bəhsə giriblər”
Suallarımızı Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, ilkxeber.org saytının baş redaktoru Xanoğlan Əhmədov cavablandırır.
- Məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar. Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?
- Əvvəlcə, onu qeyd etməliyəm ki, bir çox hallarda vətəndaşların dövlətə münasibəti onu təmsil edən məmurların davranışı, fəaliyyəti əsasında formalaşır. Məmur-vətəndaş münasibətlərinin xarakteri ümumilikdə cəmiyyətin əhvali-ruhiyyəsinə, vətəndaşların öz dövlətinə inamına əhəmiyyətli dərəcədə təsir göstərir.
Prezident İlham Əliev demək olr ki, bütün çıxışlarında məmurları dövlətə sədaqətlə xidmətə, vətəndaşların müraciətlərinə biganə qalmamağa səsləyib. Axı dövlətin qarşısında duran vəzifə də insanlara xidmət etmək, insanların problemlərinin həllinə səylər göstərməkdən ibarətdir. Prezidentin hələ illər öncə bu mövzudakı bir çıxışını yada salmaq istəyirəm: “...Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Bu məsələlərlə bağlı mən fikirlərimi bildirmişəm. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir. Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz, bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq”.
Təəssüf edirəm ki, bir sıra yüksək çinli məmurlar, o cümlədən yuxarıda adlarını çəkdiyiniz rayonların həbs olunmuş icra başçıları Prezidentin çağırışlarını eşitməməzliyə vurdular. Bu səbəbdən də harınlanmış məmurlara qarşı görülən sərt tədbirlərə əhalinin reaksiyası müsbət olur. Belə məmurların yarıtmaz fəaliyyətindən vətəndaşlarımız da beziblər.
- Yüksək vəzifəli dövlət qulluqçuları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı qətiyyətlə alınmadığı halda, bu kimi əməllərin cəmiyyətimizdə daha hansı fəsadlara yol aça biləcəyinə dair nə kimi fikirləriniz var?
- Hesab edirəm ki, dövlətin korrupsiya və rüşvətə qarşı mübarizə tədbirləri ardıcıl və davamlı olmalıdır. Bir neçə icra başçısının həbsi ilə belə tədbirlər yekunlaşa bilməz. Biz bu gün də yerli icra orqanları tərəfindən vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində ciddi maneə olan süründürməçilik, bürokratik əngəllər, məmur özbaşınalığı və s. hallarla rastlaşırıq. Vətəndaşların müraciətlərinə, problemlərinə laqeyd münasibət və onların müraciət etmək hüququnun pozulması halları hələ də mövcuddur. Bütün bunların qarşısı qətiyyətlə alınmalıdır.
- Bu gün biz böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Sizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?
- Sizin toxunduğunuz mövzuya münasibət bildirənlər çox haqlı olaraq Mədəniyyət Nazirliyində baş verən rüsvayçılığı adi korrupsiya əməli deyil, milli mədəniyyətimizə qarşı ağır cinayət kimi dəyərləndirirlər. Çünki mədəniyyətin inkişafı üçün ayrılmış külli miqdarda büdcə vəsaitlərinin oğurlanması xalqımızın mədəniyyətinə böyük zərər vurur.
Mədəniyyət Nazirliyində baş verənlər həm də onun deməyə əsas verir ki, bu qurumun həbs olunmuş yüksək səlahiyyət sahibləri mədəniyyətimizə qənim kəsilməkdə sanki ermənilərlə bəhsə giriblər. Ermənilər işğal altındakı ərazilərdəki mədəniyyətimizi açıq şəkildə soyqırıma, barbarlığa məruz qoyur, bunlarda burada özümüzün mədəni sərvətlərimizi dağtmaqla, satıb talamaqla məşğuldurlar.
Mədəniyyət Nazirliyinin yarıtmaz fəaliyyətidir ki, bu gün Bakıda kitab mağazaları olduqca azdır. Vaxtilə mövcud olan məşhur kitabxanalar, kitab mağazaları hamısı satılıb və təyinatı dəyişdirilib. Respublikamızın rayonlarında fəaliyyət göstərən kitabxanalrdan isə söhbət açmağa dəyməz.
Xalqın mədəni sərvətlərini, muzey eksponatlarını oğrlayıb satanların, talan edənlərin bir adı var: xalq düşmənləri.
- Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?
- Biz Prezidentin ötən illərdən bəri həyata keçirdiyi bütün islahatları izləyirik və dəstəkləyirik. İnanırıq ki, bu islahatlar yaxın zamanlarda öz bəhrəsini verəcək.
AIA.Az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi