Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
13 May 17:20Olke / Medeniyyet
Novella Cəfərova: “Bu gün mədəniyyətimizi məhvə düçar etməyə çalışan şəxslər necə cəzasız qala bilərlər?”
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri əməkdaşımızın bəzi suallarını cavablandırıb
- Novella xanım, məlum olduğu kimi, son günlər Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən xüsusi əməliyyat tədbirləri nəticəsində Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli və Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri həbs olunmuşlar. Sizcə vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini zəruri edən hansı səbəblər olmuşdur?
- Səbəblərin ən başlıcası həmin vəzifə daşıyanların ciddi korrupsiyaya uğramaları, vəzifələrindən sui- istifadə etmələri, ölkənin qanunlara tabe olmayaraq özbaşınalıq etmələri və öz maraqlarını güdmələridir.
- Yüksək vəzifəli dövlət qulluqçuları tərəfindən yol verilən korrupsiya əməllərinin qarşısı qətiyyətlə alınmadığı halda, bu kimi əməllərin cəmiyyətimizdə daha hansı fəsadlara yol aça biləcəyinə dair nə kimi fikirləriniz var?
Tək korrupsiya yox, ümumiyyətlə işlərində buraxdıqları xeyli nöqsanların, vətəndaşlara qarşı biganəlikləri, yekəxanalıq kimi halların qarşısı alınmayan təqdirdə cəmiyyətin bu hökumətə inamı tamamilə itir və bu da anlaşılan haldır. Digər tərəfdən isə bu şəxslərin onlara həvalə edilən rayonlardakı zəifi bilavasitə ölkə iqtisadiyyatına da güclü zərbə vurmaq deməkdir.
- Bu gün bzi böyük təəccüb və təəssüf hissi ilə aşkar edirik ki, bir tərəfdən erməni təcavüzkarlığı nəticəsində onsuz da çoxsaylı vandalizmə məruz qalmış mədəniyyətimizi bir tərəfdən də öz məmurlarımız, həm də əslində bu mədəniyyətin keşiyində durmalı olan məmurlar talan etməklə məşğuldurlar. Sizcə, belələrinə qarşı qanunun ən sərt formada tətbiqini tələb edən cəmiyyətimiz nə dərəcədə haqlıdır?
- Mədəniyyətini qorumayan, tarixi abidələrinə qarşı biganəlik nümayiş etdirən, hər şeyi pulla ölçən məmurları ən ağır cəzaya məhkumdurlar. Bizim millət həmişə öz mədəniyyəti ilə, zəngin irsi ilə seçilən bir millət olub. Və bu gün onu məhvə düçar etməyə çalışan şəxslər necə cəzasız qala bilərlər? Məncə mədəniyyətimizin qorunmasında məsuliyyət daşıyan hər bir məmur, tutduğu vəzifəsindən asılı olmayaraq, öz cəzasını almalıdır. Bunu bağışlamaq olmaz!
- Novella xanım, Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2018-ci ildən bəri həyata keçirilən hüquqi, institusional və kadr islahatlarının əsas xətlərindən biri kimi korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi yönümündə atılan addımları, fikrinizcə, effektiv hesab etmək olarmı?
- Cənab Prezidentin 2018-ci ildən bəri keçirdiyi islahatlar çox düzgün və vacibdir. Korrupsiyadan qurtulmaq üçün məmurların oğurluqdan qazandıqları bütün pullar alınıb aqrar sənayenin, iqtisadiyyatın inkişafına yönəlməlidir. Məmurlar deklarasiyalarında əmlaklarını, villalarını, avtomaşınlarını hansı pulla aldıqlarını qeyd etməlidirlər. Belə olan halda korrupsiyanın qarşısını cüzi də olsa ala bilərik. Digət tərəfdən isə başqa ictimai nəzarətin gücləndirilməli üçün ciddi addımlar atılmalı, güclü və azad məhkəmə sistemi qurulmalı, gənc kadrları vəzifəyə təyin etməklə cəmiyyətdə gələcəyə, ədalətə inam yaradılmalıdır.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər