Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
26 Avq 08:08Siyaset
Yataq otağından, ayaqyoluna... BUMERANQ...
Respublikaxeber.az Teref.az-a istinadən xəbər verir ki, Dövlətin informasiya siyasətinin başında duran, sabiq Prezident köməkçisi Əli Həsənov hansısa yolla ayaqyolundan çəkilən şəkilləri ilə şantaj olunduğu xəbərini yayıb. Hətta şantaj edənlərdən birinin şəkilini tirajlayıb. Xəbər işində bir məsələ var ki, ilk xəbəri yayan üstün tərəf sayılır. Çünki xəbəri düşünülmüş və məqsədli tirajlamaq üçün hazırlayanlar onun yayın təhlükəsini qoruya bilməyib.
Ə.Həsənovun unitazda göstərməklə hədələnməsi, ölkədə bəlli imzaların zamanla başına gətirilən oxşar və ya daha biabırçı hadisələri xatırladır düzü. Intimdən, ayaqyoluna yəbi...Əslində, BUMERANQ da sayıla bilər bu. Mövqeyindən asılı olmayaraq neçə nəfərin özəli, şəxsisi, intimi haqda nə zamansa onun özünün etdirdiyi deyilən gizli çəkilişləri yəqin çoxu xatırlayır. Əslində bu niyə baş verdi və əslində nə olmalı idi?
Əslində ortaya yeni media siyasəti qoyulmalı idi. Özü də publik şəkildə. Yəni bumeranqa ehtiyac yox idi. Gərəkən tərs şapalaq idi. O da gözlənilən kimi alınmır. Məsələ o deyil ki, bunu etmək istəyən yoxdur. Məsələ o ki, sektor, gəlirləri, təsir imkanları o qədər nəhəngdir, hamı oranı öz əlində görmək istəyir. Amma fakt budur, Ə.Həsənov kimi baş, kimi ayaq eləmişdisə, hamısı öz yerində qalır. Ə.Həsənov, Mehtiyev siyasətinin gücdən düşdüyünü isbatlamaq alınmır. Çünki hədəflər, istiqamət bəlli deyil.
Indi ayaqyolunda şəkilini çəkib, divarına üç-dörd əxlaqsı şəkil də montaj edib, yaymaq da nəyisə dəyişmir o üzdən. O məhşur tamaşada necə deyilir? Hə noolsun? Bu nə demək ki? Tutalım lap montaj deyil, realdır, camaata nəyi göstərmək istəyirsiniz? Adamın tualet mədəniyyəti standartdan kənardırmı deyiləcək ictimai rəyə? Bəlkə tuta bilmirik, çərlədirik deməkdir bu? Hətta o halda belə bu onun variantıdır, bir uğurlu məqamı o ki, həyatın bumeranq olduğunun ən bariz nümunəsidir. Bu gün sənin etdiyini sabah sənə mütləq edəcəklər.
Amma nə yazıq ki, bunu media sektorundakı vəziyyətə ümumilikdə heç bir dəxli yoxdur. Sektor bərbaddır. Sistemi dəyişmək mümkün deyil. Yenə də para və mövqe savaşı gedir. Hərə bacardığını necəsə gözdən salır yuxarılarda, çünki özü yerində deyil, mənsəbinə min hoqqa ilə çatıb, özündən qorxur.
Irana, Rusiya, Türkiyəyə, Avropaya, Qərbə, SOROSa, ayrı-ayrı səfirlərə nə qədər çalışanı var medianın. Bu kimsəni narahat edirmi görəsən?
...Və heç kimin görmədiyi o şəkildə Ə.Həsənov neynirsə, bu sektorun içinə illərdir elə o iş görülüb. Indi Ə.Həsənov çərləyib getsə də bu prosesə müsbət təsir etmir.
Son bir əlavəm var. Sözügedən şantaj xəbərini Ə.Həsənov özü tirajlayıb. Əminəm indi kimlərsə, haradasa birtəhər olub ki, bu məsələ necə yayıldı? Xatırladıram, adam bu oyunların asıdır. Mütləq içəridə sektor üstündə savaşanlardan kimsə kimisə udmaq istəyir. Və beləcə mətbəx xəbərini Ə.Həsənova uşaldırmağa şərait yaranır. O da ustalıqla bəhrələnir. Mühtəmələn, xəbər qaynağını o civarda aramaq lazım. Qalır o ki, müşahidə edək, görək bu dəfə labirintindən kimlər çıxacaq? Kimlər bu qovğanı davam etdirəcək? Xəbər qaynağı tapılacaqmı? Sektor üstündə savaş, indən sonra kimlərin arasında davam edəcək?
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi