Sorğu
Оцените работу движка

17 Avq 16:54Cemiyyet

Əli Həsənov evini satışa çıxardı – Dəyərindən iki dəfə ucuz

Əli Həsənov evini satışa çıxardı – Dəyərindən iki dəfə ucuz

Prezidentin sabiq köməkçisi Əli Həsənov paytaxtdakı mənzilini satışa çıxarıb.

Respublikaxeber.az sfera.az-a istinadən xəbər verir ki, söhbət Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti 64 ünvanında dövlət vəsaiti hesabına tikilərək Əli Həsənova hədiyyə edilmiş 5 otaqlı mənzildən gedir.

Müvafiq icra hakimiyyəti tərəfindən hədiyyə edilmiş 275 kvadrat metrlik mənzil Əli Həsənovun oğlu olan Həsənov Şamxal Əli oğlunun adına rəsmiləşdirib.

Bildirilir ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbsindən az sonra Əli Həsənov bu mənzili dəyərindən 2 dəfə ucuz qiymətə satışa çıxarıb. Belə ki, real dəyəri 550 min manat olan sözügedən mənzil 350 min manata satışa çıxarılıb.

Bu isə Əli Həsənovun ətrafında halqanın hər gün daha da daralmasından və onun hansı səbəbdən ciddi narahatlıq keçirməsindən xəbər verir.

Xatırladaq ki, 2019-ci ilin noyabr ayında Prezident İlham Əliyevin imzaladığı sərəncamla Əli Həsənov Prezidentin ictimai siyasi məsələlər üzrə köməkçisi – şöbə müdiri vəzifəsindən azad edilib.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi