Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
17 Avq 09:06news
Jurnalistlərin binasını tikən Mehrac Babayev AXC-nin gizli pullarını götürüb Moskvaya qaçıb
Respublikaxeber.az gundelik baki.com-a istinadən xəbər verir ki, Vüqar Səfərli ilə Mehrac Babayevi Əli Həsənov tanış edib…
Jurnalistlərin binasının tikintisində tezalışan materiallardan istifadə edilib…
Dəfələrlə yazmışıq ki, KİVDF-nin sabiq icraçı direktoru, hazırda həbsdə olan Vüqar Səfərli təkbaşına milyonları mənimsəyə bilməzdi. Bu böyük bir cinayətkar şəbəkədir.
Axı, KİVDF təkcə Vüqar Səfərlidən ibarət olmayıb.
Bəs, Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı Aygün Süleymanova, Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı Gülgün Zahidli, Vüqar Səfərlinin bacısı oğlu Ramin Kərimli, Vüqar Səfərlinin qohumu, kəndçisi Elşad Tağıyev və milyonçu Mehrac Babayev və başqaları.
Təsəvvür edirsiniz, milyonçu, xaricdə mülkləri, villaları olan Mehrac Babayev də KİVDF-nin üzvü olub.
Adama deyərlər ki, milyonçu Mehrac Babayev hara, KİVDF hara ?
Yazılanlara görə, Jurnalistlərin binasını Mehrac Babayev tikib.
Kimdir axı, bu Mehrac Babayev ?
Ümumiyyətlə, Mehrac Babayev kimdir?
Hazırda Rusiyada yaşayan və tikinti maqnatı kimi tanınan “Verso-M” tikinti şirkətinin rəhbəri Merac Babayev haqda olduqca maraqlı məlumatlar var:
Mehrac Babayev Azərbaycan Xalq Cəbhəsinin üzvlərindən olub.
Sonra AXC-nin gizli pullarını götürüb Moskvaya açıb.
Mehrac Babayev ilə Vüqar Səfərlini ilk dəfə Prezidentin köməkçisi Əli Həsənov tanış edib.
Və beləcə böyük biznes maxinasiyaları başlayıb.
Onu da qeyd edək ki, Mehrac Babayevin Bakıda mülkləri və villaları var.
Qız Qalasının arxasında altımərtəbəli villası və ofisi yerləşir.
Novxanıda olan villası isə Azərbaycanda nadir tikintilərdən sayılır.
Ancaq onu da xüsisi olaraq qeyd edək ki, Vüqar Səfərli ilə Mehrac Babayev arasında razılaşmaya görə, Çindən və başqa ölkələrdən çox ucuz qiymətə tikinti materialları gətirilərək 4-5 dəfə baha qiymətə sənədləşdirilib. Və aradakı milyonlar Vüqar, Mehrac və Əli arasında bölüşdürülüb.
Hətta onu da qeyd edək ki, Jurnalistlərin binasınının tikintisində tezalışan materiallardan da istifadə edilib.
Hansı ki, Binəqədidə baş verən və insan tələfatına səbəb olan yanğından sonra bu inşaat materialları qadağan olunmuşdu.
Sonda bir məqamı xüsusi qeyd etməyi vacib hesab edirik.
O boyda Jurnalistlərin binasının tikintisində Mehrac Babayevdən başqa digər tikinti maqnatları da iştirak edib.
Niyə onların adı gizlədilir ?
Bu artıq bizim deyil, istintaq orqanlarının işidir.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi