Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
24 İyl 17:39Sehiyye
Səhiyyəmiz alqışa layiqdir! Vətəndaş sağlamlığı bu qədərmi diqqətdə saxlanılır? Elyaz Yazan Təşəkkür etdi. Eşq olsun!
RESPUBLİKAXƏBƏR.AZ xəbər verir ki,ölkədə gecəsini-gündüzünə gündüzünə qataraq, gündəmlə bağlı araşdırma aparan, hər bir məsələni olduğu kimi real yazan, tam, obyektiv, qərəzsiz, doğru-dürüst və hərətərəfli araşdırma apararaq, işə hüquqi qiymət verən və ya hüquqi qiymət verilməsi üçün toplamış olduğu sənədləri aidiyyatı üzrə göndərməklə ictimaiyyətə səlahiyyəti çərçivəsində köməklik göstərməyi özünə şərəf bilən Elyaz (Yazan) Gülüyev, Azərbaycan Respublikasının Səhiyyə naziri başda olmaqla, bütün Azərbaycan səhiyyəsinə, Xüsusən də Qaradağ RMX-nın baş həkiminə və eləcə də Qaradağ Rayon 13 saylı Polklinikasının baş həkiminə və bütün əməkdaşlarına təşəkkür edib.
Təşəkkürü olduğu kimi diqqətə çatdırırıq!
Hörmətli cənab Nazir!
Hörmətli, (Publik Hüquqi Şəxs) Qaradağ RMX
Hörmətli, 13 saylı Poliklinkanın rəhbərliyi və bütün əməkdaşları!
İlk öncə fürsətdən istifadə edərək, özümün, ailəmin və ailə üzvlərimin, həmçinin, RESPUBLİKAXEBER.AZ İnformasiya-Xəbər Portalının bütün redaksiya heyyəti adından Sizə səmimi qəlbdən təşəkkür edirəm.
Düzdür, bəzi hallarda redaksiyamıza bəzi vətəndaşlar həm polisin, həm bələdiyyənin, həm icra qurumunun və eləcə də səhiyyə qurumunun və digər müvafiq qurumların əməkdaşlarının qanunsuzluğa yol vermələri barədə şikayət edirlər. Təbiidir ki, şikayətlərin hər biri əsaslı olmur. Amma o demək deyil ki, bütün qurumlarda qanunçuluq tamamdır və ya qanunsuzluq yox dərəcədir. Təbiidir ki, hər bir idarədə müsbət hallar da olur, mənfi hallar da.
Dünən mən Səhiyyəmizin operativliyini və bu gün də vətəndaşa qarşı diqqətcil olduğunun tamailə şahidi oldum. Belə ki, 21 iyuldan başlayaraq, 2 gündür ki, səhhətimdə müəyyən qədər narahatçılıq yaranmışdı. Buna baxmayaraq, öz-özünə keçər deyə səhiyyəmizi narahat etmək istəmirdim. Təəssüflər olsun ki, 23 iyul 2023-cü il tarixdə, səhhətimdəki vəziyyət tam ağırlaşdığından son dərəcə məcbur qalıb, Səhiyyə Nazirliyinin qaynarxətt xidməti olan 103 saylı nömrəyə zəng edərək , səhhətimdə olan vəziyyətimlə bağlı məlumat verdim və mənə ilkin tibbi yardım göstərmələri üçün qeyd etdiyim ünvana gəlmələrini xahiş etdim. (Xahişim 7 dəqiqəyə icra edildi) Mən saat 19:50 də zəng edib məlumat verdim. 19:57 də isə Qaradağ Rayon, 13 saylı Polilinikasından Tibbi Yardım Xidmətinin avtomobili ilə iki nəfər əməkdaş gəldi, mənə dərhal ilkin tibbi yardım göstərdilər. Amma onu da qeyd edim ki, mövzu arası qeyd etmək istəyirəm, (adlarını bilmədiyim həmin iki nəfər əməkdaşa və onları əziyyət çəkərək avtomobili idarə edən sürücüyə özəlliklə minnətdaram) Onlar elə bil tibb işçisi deyildirlər, elə bil biri qardaşım, biri də bacım kimi davrandılar) Var olsunlar. Yəni ki, cəmi 7 dəqiqəyə gəldilər. Hələ dayanmayın! Davamına baxın, görün necə olub? 24 iyul 2023-cü il tarixdə mənə tanımadığım bir mobil nömrədən zəng gəldi, zəngə cavab verdim və alicənab davranışla bir qadın mənə nəzakətli şəkildə salam verdi və sual etdi ki, Elyaz Gülüyevdir? Bəli deyə cavab verdim. Dedi çox gözəl. Belə davam etdi ki, "Qaradağ Rayon 13 saylı Poliklinikasından zəng etmişəm, dünən Siz səhhətinizdə narahatçılıq yarandığından Təcili yardım çağırmışdınız. Dünəndən indiyə qədər vəziyyətiniz necə keçib? Və hazırda necəsiniz? İnanın həmin xanımın bu sualı məni bir an susdurdu, öz-özümə sevincimdən kövrəldim, hətta yanımda bir-iki nəfər digər şəxslər də var idi. Onlar da eşitdilər və çox sevindilər. Odur ki, mən bir daha qeyd edim ki, Azərbaycan səhiyyəsinə olan təşəkkürümü təbii ki, bir-neçə cümlə üzərində tam bildirə bilmərəm, sadəcə qismən də olsa qəlbimdə Azərbaycan səhiyyəsinə olan sevgi və sayğımın dərəcəsini bildirməyi özümə borc bildim.
Çox sağolun, diqqətiniz üçün təşəkkür edirəm!
Hörmətlə: Elyaz Yazan
Respublikaxəbər.az-ın təsisçi rəhbəri
Dəyərli izləyici dostlar!
Onu da qeyd edək ki, Elyaz Yazan, 2023-cü ilin avqust ayının 15 nə qədər Qaradağ Rayon 13 saylı Poliklinikasının rəhbərliyinin tərəfimizdən fəxri diplomla təltif edilməsi və həmçinin Azərbaycan Respublikasının Səhiyyə nazirliyinə rəsmi təşəkkür məktubu ünvanlanması barədə qərar verib.
Respublikaxəbər.az
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər
ELYAZ YAZAN: AZƏRBAYCANIMIZIN QEYRƏTLİ QADINI! DOĞUM GÜNÜN MÜBARƏK
BİLƏSUVAR RPŞ-SABİQ PROKURORU NƏ ÜÇÜN MÜDAFİƏ EDİR? CİNAYƏT MƏSULİYYƏTİNƏ CƏLB ETMİR?!!!
ABŞERON BİNƏ PEŞƏ LİSEYİNDƏ VARDIR BİR ALI, İŞÇİNİ HƏDƏLƏYİR, MÖHKƏMDİR DALI
ŞƏKİDƏ YOL QƏZASI, BİRİ YERİN ALTINDA, BİRİ DƏ YERİN ÜSTÜNDƏ HƏBS EDİLDİ