Sorğu
Оцените работу движка

26 Avq 20:17Sehiyye / Cemiyyet

ELYAZ YAZAN, ŞEYXULİSLAM HACI ALLAŞÜKÜR PAŞAZADƏ HƏZRƏTLƏRİNİ TƏBRİK ETDİ

ELYAZ YAZAN, ŞEYXULİSLAM HACI ALLAŞÜKÜR PAŞAZADƏ HƏZRƏTLƏRİNİ TƏBRİK ETDİa











Respublikaxəbər.az xəbər verir ki, bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxulislam Hacı Allahşükür Paşazadə həzrətlərinin doğum günüdür.
Bu münasibətlə redaksiyanın rəhbəri Elyaz Yazan, Şeyx həzrətlərini təbrik edib.
Təbrikdə deyilir:

Hörmətli Şeyx həzrətləri!
İlk öncə fürsətdən istifadə edərək, əvvəlcə özümün, ailəmin və ailə üzvlərimin adından Sizi və yaxınlarınızı Allahın pak, müqəddəs və münəzzeh salamı ilə salamlayıb, İslam dininin inkişafında, milli və mənəvi dəyərlərimizin qorunmasında hər an ön cərgədə olduğunuzu bildiyimizi diqqətinizə çatdıraraq, Sizə həm bir sabiq əməkdaşınız kimi, həm də bir media nümayəndəsi kimi səmimi qəlbdən təşəkkürümü bildirirəm.
Əlavə olaraq, bu gün Sizin doğum gününüzün olduğunu bildiyimə görə, hər il olduğu kimi bu il də təbrik etməyi özümə borc bildim.

Hörmətli Şeyx həzrətləri!
Sizin haqqınızda təbrik mövzusu yazmaq bizim üçün çox çətindir. Ona görə ki, Siz, həm dini baxımdan, həm də dünyəvi baxımdan bizim dövlətimizə və dövlətçiliyimizə yüksək səviyyədə köməklik etməklə, həm ölkə rəhbərimizin etibarını və inamını, həmçinin də xalqın sevgisini qazanmısınız. Bir daha qeyd edirəm ki, Sizi tərif etmək üçün buna nə aylar yetməz, nə illər! Sizin barənizdə nə qədər xoşməramlı sözlər və cümlələr yazsaq, azdır ki, azdır! Buna mən Sizinlə uzun müddət işləyərkən şahid olmuşam. Siz həqiqətən gözəl insan və ləyaqətli rəhbərsiniz.
Mövzunu çox uzadaraq, Sizə baş ağrısı vermədən məqsədimə gələrək, Sizi səmimi qəlbdən təbrik edib, Sizə uzun və xeyirli ömür, möhkəm can sağlığı arzulayıram.
Mənim ən kiçik arzum odur ki, Siz durduqca durasınız və bizim dini liderimiz olaraq qalasınız. Mən tam səmimiyyətimlə deyim ki, Sizdən başqa mən Azərbaycana şeyxlik edə biləcək birini görmürəm. Allah Sizə gözəl can sağlığı versin. Çox sağolun, hörmətli şeyxım mənim.
Allah Sizi, ətrafınızdakı ikiüzlü düşmənlərin güzgüsifətlərindən qorusun. Amin

Hörmətlə: Hafizi-Quran, sabiq naibi imam Elyaz Yazan

RESPUBLİKAXƏBƏR.AZ
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi