Sorğu
Оцените работу движка

08 Fev 09:57Sehiyye

COVID-19 keçirənlər üçün “qadağan olunan” içkilər açıqlanıb: Çay, qəhvə...

COVID-19 keçirənlər üçün “qadağan olunan” içkilər açıqlanıb: Çay, qəhvə...

Koronavirus keçirdikdən sonra bəzi içkilər orqanizmin sağalmasına kömək edir, lakin bəziləri də var ki, onlardan müvəqqəti olaraq imtina etmək daha yaxşıdır.

Bu barədə rusiyalı dietoloq Anjelika Dyuval xəbərdarlıq edib.

“Koronavirus keçirdikdən sonra bir müddət tünd qəhvə və qara çaydan imtina etməli, suya üstünlük verməlisiniz. Həmçinin şirin qazlı içkiləri, qablaşdırılmış şirələri də qadağan olunanlar sırasına əlavə edərdim. Bunları (şirələri) evdə hazırlamaq daha yaxşı olar”, - Dyuval izah etdi.

Dyuvalın sözlərinə görə, evdə hazırlanan morslar və yaşıl çay əsasında hazırlanan dəmləmələr də tez sağalmağa kömək edir.

“Standart dəmlənir: 1,5 litr suya iki xörək qaşığı yüksək keyfiyyətli yaşıl çay. Ora iki dilim portağal, bir-iki xörək qaşığı quşüzümü (mərcanı) əlavə edin (dondurulmuş ola bilər). Şirinləşdirməyi məsləhət görmürəm, almanı qabığı olmadan doğramaq daha yaxşıdır. Bu içki təxminən 40-50 dəqiqə dəmlənsin və onu gün ərzində için. Oraya ilıq su əlavə etmək olar, amma qaynar yox”, - deyə o, məsləhət gördü.

Dietoloq xatırladıb ki, xəstəlikdən sağalma zamanı, eləcə də xəstəlik zamanı əsas içki adi su olmalıdır.
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin: