Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
06 Yan 17:40Sehiyye
Apteklərdə bu dərmanlar niyə yoxa Çıxıb?
Son günlər uşaqlar arasında qrip virusunun kütləvi şəkildə yayılması dərmanlara olan təlabatı artırıb. Valideynlər isə bu kimi hallarda qızdırma və öskürəyin müalicəsində ən çox istifadə etdikləri “Tsefekon” və “Prospan” adlı dərmanları tapmaqda çətinlik çəkdiklərini deyirlər. Onların sözlərinə görə, hər iki dərmana hazırda apteklərdə rast gəlinmir. Bildirilir ki, “Tsefekon”un qiyməti 1 manat 40 qəpik olsa da, onun əvəzedicisi əczaçılar tərəfindən 4 manat 21 qəpik təklif edilir.
Səhiyyə Nazirliyindən bildirilib ki, apteklər özəl müəssisələrdir və onların dərman təminatı özəl müəssisələr tərəfindən həyata keçirilir.
Bu məqamda bir neçə apteklə əlaqə saxlayaraq, adıçəkilən dərmanların olub-olmaması ilə maraqlandıq. "Zəfəran" apteklər şəbəkəsindən saytımıza bildirilib ki, “Tsefekon” dərmanı hazırda onların bütün şöbələrində mövcuddur. “Prospan” siropu isə iki gündür bazada yoxdur. Nə vaxt gələcəyi isə bilinmir.
"Zeytun" apteklər şəbəkəsindən isə deyilib ki, “Tsefekon”un 3 aydan 3 yaşa kimi olan növü apteklərdə mövcuddur. 3 yaşdan yuxarı növü isə hazırda yoxdur. "Prospan"ın siropu isə 1 aya yaxındır ki, aptekə gəlmir.
“Tsefekon”un 1 aydan 3 ayadək olan növü "Ozon" apteklərində də var, qiyməti də 1 manat 30 qəpikdir. "Prospan" isə uzun müddətdir ki, burada da yoxdur.
"Life" aptekdən verilən məlumata görə, “Tsefekon” dərmanı hazırda yoxdur, “Prospan”ın isə sonuncusu dünən satılıb.
Depo aptekdə də hazırda “Tsefekon”nun olmadığı, “Prospan” siropunun isə alman istehsalı olan növünün ( qiymət 32 manat) olduğu qeyd edilib.
"Kanon" aptekdə də hazırda “Tsefekon”nun 3 aydan 3 yaşa kimi növünün var olduğu, “Prospan” öskürək dərmanının isə bu gün ərzində ola biləcəyi vurğulanıb.
Qeyd edək ki, hazırda “Tsefekon”un mövcud olduğu apteklərdə qiyməti 1 manat 40 qəpik səviyyəsində dəyişməz olaraq qalıb.
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
MÜSTƏNTİQDƏN QEYRİ ADİ BİR TÖVSİYƏ (TƏKLİF) "O MƏNİM QARDAŞIM DEYİL! 5 İL BUNDAN ÖNCƏ SİLMİŞƏM! GEDİN, ASIN! KƏSİN! DOĞRAYIN! ÖLDÜRÜN!
12 ÖLKƏ ÜZRƏ KEÇİRİLƏN BEYNƏLXALQ YARIŞMADA, 1-Cİ YERİN QALİBİ OLAN ZÜMRÜD BAYRAM QIZI, BU GÜN YENƏ İKİ QIZIL MEDALLA ŞƏKİYƏ QAYITDI!
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
ELYAZ YAZAN, DOSTUNA ANASININ VƏFATI İLƏ BAŞ SAĞLIĞI VERİB
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib