Sorğu
Оцените работу движка

01 Avq 10:25Olke

Deputat gəlirlərini və xərclərini açıqladı: “Maaş kartımda 9 min 860 manat 59 qəpik var”

Deputat gəlirlərini və xərclərini açıqladı: “Maaş kartımda 9 min 860 manat 59 qəpik var”


Milli Məclisin deputatı Erkin Qədirli bu ilin mart-avqust ayları üçün əldə etdiyi gəlirin məbləğini açıqlayıb.

Respublikaxəber.az-ın xəbərinə görə, E.Qədirli bildirib ki, maaş, bayram payları və məzuniyyət haqqı daxil olmaqla, 20 min manat alıb.

“Bu isə aylıq ortalama olaraq 3,3 min manatdır. Maaşdan başqa gəlirim yoxdur”, - deyə E.Qədirli əlavə edib.
Millət vəkili qeyd edib ki, gəlirinin dörd min manatını xeyriyyə işlərinə, 2 400 manatını anasının evinin təmirinə, 1 500 manatını avtomobilinin təmirinə, 1 000 manatını saytın qurulmasına xərcləyib.

Onun sözlərinə görə, yerdə qalanları isə digər xərclərə - kommunal, benzin, saytlarda abunə haqlarına, ərzağa – sərf olunub.

E.Qədirli söyləyib ki, hazırda maaş kartında 9 min 860 manat 59 qəpik var.

“Hesabat dövründə heç bir əmlak əldə etməmişəm. Doğum günümdə dostlar Çin istehsalı olan bir smartfon, bir kostyum, bir köynək və bir qalstuk bağışlayıblar”.



Sənəm Əliyeva
Yorum ekle
Adınız:
E-Mail Adresiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Kod:
Kodu girin:
Reklam yeri
Istifadəçi Girişi