Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
18 Avq 17:25Sehiyye
Bakıda poliklinikada peyvənd növbəsi üstündə MÜBAHİSƏ: Polis çağırıldı - RƏSMİ AÇIQLAMA
Sosial şəbəkələrdə 16 saylı poliklinikada peyvənd üçün müraciət edən vətəndaşlar tərəfindən çəkilmiş videogörüntülər yayılıb. İddia olunur ki, poliklinikada çalışan həkim tərəfindən vətəndaşlarla kobud davranılır.
Respublikaxeber.az xəbər verir ki, videonu çəkən şəxs iddia edirbki, tibb işçisi TƏBİB-i, elektron qaydada götürülmüş növbəni nəzərə almayaraq özü yerində növbə yazıb:
“Bu xanım peyvənd olunmaq üçün növbə götürən şəxslərə “Mən TƏBİB saymıram. Burada növbəni mən verirəm” deyir. Bu, özbaşnalıqdır”.
“Qafqazinfo” səslənən ittihamlarla bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.
Nazirlikdən bildirilib ki, problem vətəndaşların poliklinikada növbəsiz vaksinasiya olunmaq istəmələri səbəbindən yaranıb:
“Nazim və Nadim adında iki nəfər 16 nömrəli Şəhər Poliklinikasına vaksinasiya üçün növbəsiz daxil olmaq istəyiblər. Qeydiyyat şöbəsində əyləşən xanım onlara növbələrini təqdim edib və növbədə gözləmələrini bildirib. Həmin vətəndaşlar qeydiyyatçı xanımı təhdid etməyə başlayıblar və “siz bilmirsiniz biz kimik, növbəsiz keçəcəyik” kimi ifadələr işlədərək kobud davranmağa başlayıblar. Hətta xanımı lağa qoyaraq gülüblər. Nəticədə mübahisə düşüb və hadisə yerinə polis əməkdaşları çağırılıb. Nizam-intizamı pozan vətəndaşlar polis əməkdaşlarının köməkliyi ilə poliklinikadan uzaqlaşdırılıblar.
Qeydiyyatçı xanım səhiyyə qurumlarına qarşı heç bir ifadə səsləndirməyib. Hadisə yerində olan İcra Hakimiyyəti nümayəndəsi də polis əməkdaşları ilə söhbət zamanı bunu təsdiqləyib”.
***
Mübahisədə adı keçən Nazim Qasımzadə isə bildirib bi, nazirliyin açıqlaması həqiqəti əks etdirmir. Belə ki, vətəndaş onlayn qaydada növbə götürdüyünü və yalnız öz saatı çatan zaman poliklinikaya yaxınlaşdığını qeyd edib. N. Qasımzadə eyni zamanda növbə ilə bağlı ona gələn SMS bildirişini də sübut kimi göndərib.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi