Yeni XəbərLər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
31.12
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
Arxiv
Sorğu
Оцените работу движка
04 Fev 10:27Olke
Səhiyyə Nazirliyi məlumat yaydı
“Bildiyiniz kimi ilk mərhələ də tibb işçilərinin vaksinasiya prosesi baş tutdu. Tibb işçilərinin 70% peyvənd olunub”.
Respublikaxeber.az-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov deyib. O bildirib ki, 8 fevral tarixindən etibarən artıq strategiyada qeyd olunduğu kimi ikinci mərhələ başlayır: “İkinci mərhələdə yaşı 65-dən yuxarı olan əhali qrupunun peyvəndlənməsi nəzərdə tutulur. Poliklinikalarda yaradılan məntəqələrdə yarana biləcək sıxlığın qarşısını almaq məqsədi ilə qeydiyyat prosesi onlayn keçiriləcək. Peyvənd olmaq üçün qeydiyyata alınmaq üçün yaşı 65-dən yuxarı olanlar randevu.its.gov.az linkinə daxil olacaq. Linkə daxil olanların qarşılarına hazır qeydiyyat forması çıxır. Həmin formanı doldurmaqda çətinlik çəkənlər üçün yazılı və videoçarx şəkilində təlimat var.
Bu zaman belə bir sual yaranır. Yaşı 65-dən yuxarı insanların bəziləri internet istifadəçisi deyil. Bu halda həmin adamlar qeydiyyatdan necə keçə biləcək?
Belə olan halda yaşı 65-dən yuxarı olan vətəndaş ailə üzvlərindən və yaxud yaxınlarından bu işdə ona yardım etmələrinin xahiş edə bilər. Yardım edə biləcək adamı yoxdursa, ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verə biləcək”.
P. Abubəkirov qeyd edib ki, qeydiyyatda olan tibb işçiləri bu prosesdə vətəndaşa yardımçı olacaqlar: “Onu qeydiyyatdan keçirib məntəqəyə gəlməli olduğu günü və dəqiq vaxtı bildirəcəklər. Vaksinasiya bildiyimiz kimi 2 dozadan ibarətdir.
Vətəndaş qeydiyyatdan keçdiyi zaman ilk dozanın vurulduğu tarixə əsasən sistem dərhal 2-ci doza üçün tarixi avtomatlaşdırılmış şəkildə göstərəcək. Mobil nömrələrə də bununla bağlı mesaj göndəriləcək. Bu işin gedişatını bir qədər də asanlaşdıracaq”.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, qeydiyyat zamanı vətəndaş səhvə yol verərsə, bu zaman hər hansı düzəliş etmə şansı var: “Vətəndaşlar qeyd edilən randevu vaxtını və ya məntəqəni dəyişmək istədikdə göstərilən prosesi yenidən icra etməlidir. Gün ərzində 3 dəfə randevu dəyişikliyinə icazə verilir”.
Qazet.az
Yorum ekle
Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.” 16:46"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23
Istifadəçi Girişi
Populyar Xəbərlər
“Böyük Turan Dövlətləri Şurası: Türk Dövlətləri üzrə Sədr Məmmədəli Ağamalıyev İlham Əliyevə Dəstək Kampaniyasına Başladı.”
TƏCİLİ! UCARDA YOL QƏZASI BAŞ VERDİ, XƏSARƏT ALANLAR VAR
Dəhşət!!!! KQMBİ səhiyyə nazirliyində əməliyyat keçirdi.
Beyləqanda narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib*
Beyləqandada narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib