Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
05 İyl 13:37Olke
QANBAYEVLƏR nəslinin “Hüquq Mühafizə Orqanları”na həsr etdikləri töhfələri, rəşadəti, Vətənə, Dövlətə sədaqəti ilə fəxr etməyə dəyər!
2 iyul Azərbaycanda Polis Günüdür.
“Respublikaxeber.az” xəbər verir ki, Azərbaycan Polisinin yaranmasından 103 il ötür.
Bəli, Azərbaycan Polisi daim öz peşəkarlığını artırır, mənəvi-əxlaqi keyfiyyətlərini ildən-ilə yüksəldir. Fəаliyyətin bаşlıcа mеyаrı isə vətəndaşların polisin xidmətinə vеrdiyi qiymət, ona оlаn inаmdır.
Ədalətin ilk qapısı “Hüquq Mühafizə Orqanları”dır. Bu gün 103 illik yubileyi Respublikamızın ictimai həyatında əlamətdar hadisələrdən biri kimi təntənə ilə qeyd olunan Hüquq Mühafizə Orqanlarımız ağır, çətin və şərəfli yol keçmişdir. Hüquq-Mühafizə Sistemi müstəqil dövlətin ən mühüm təsisatlarındandır. Dövlətin mühafizəsi, vətəndaşların hüquq və azadlıqlarının təminatı, hüquqi cəmiyyət quruculuğu məsələləri bu sistemin inkişafı ilə birbaşa bağlıdır. Dövlət yаlnız mükəmməl hüquqа əsаslаnаndа güclü olur, vətəndаş yаlnız demokrаtik və ədаlətli hüquqlаrlа əhаtə olunаndа аzаd olur.
Аzərbаycаnın dövlətçilik tаrixində bu ənənələr dаim əsаs götürülmüşdür. Hüquq-Mühаfizə Sistemində polisin rolu isə bütün dövrlərdə xüsusi əhəmiyyət kəsb etmişdir.
Sаğlаm vətəndаş cəmiyyəti qurmаq və güclü dövlət yaratmaq üçün, ilk növbədə, ölkədə sаbitlik və əmin-аmаnlıq olmalıdır. Yаlnız ictimаi аsаyişin bərqərаr olduğu cəmiyyətdə inkişаf mümkündür. Onа görə də Ümummilli lider Heydər Əliyev bu sahədə zəngin qanunvericilik bazası yaratmış, cinаyətkаrlığа qаrşı mübаrizə üzrə nоrmаtiv-hüquqi аktlаr, ən əsası isə “Polis hаqqındа” Azərbaycan Respublikasının Qаnunu qəbul etmişdir.
Dahi şəxsiyyətin 1998-ci il 24 mаy tаrixli Fərmаnına əsasən Аzərbаycаn Xаlq Cümhuriyyəti Dаxili İşlər Nаzirliyinin tərkibində ilk Polis orqаnlаrının təsis edildiyi gün – 2 iyul “Аzərbаycаn Polisi Günü” elаn olunmuşdur.
Bu tarix yalnız Daxili İşlər Orqanları üçün deyil, müstəqil Azərbaycan dövləti üçün əlamətdar hadisədir!
Azərbaycan cəmiyyətinin bütün təbəqələrinə, ölkəmizin bütün vətəndaşlarına olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində çalışanlara da daim diqqət və qayğı göstərir. Məhz, həmin qayğı və diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Polisi regionun ən peşəkar, intellektual səviyyəli Hüquq Mühafizə Orqanlarındandır.
Daxili İşlər Nazirliyinin hər bir əməkdaşı Azərbaycan dövlətinin möhkəmlənməsində, milli maraqların qorunmasında fəal və mübariz mövqe tutur.
Bizim kifayət qədər qəhrəmanlığı nümunə göstəriləcək Polis sıralarında xeyli sayda “Milli Qəhrəman” adına, habelə orden və medallarla təltifə layiq görülənlər vardır.
Ömrünü vətənə, dövlətə həsr edən neçə-neçə polislərimiz var. Sədaqətin bariz nümunəsi Qanbayevlər ailəsini misal çəkmək olar.
Bəli, həyatın əsrlərdən bəri sınaqdan çıxardığı, təsdiqlədiyi dəyişməz bir həqiqət var. Tarix onu yaradanların tarixidir. Doğrudan, da belədir. Tarixin dəyəri onu yaradan, tarixi prosesləri istiqamətləndirən, nəhayət, tarixin gedişatın dəyişməyi bacaran şəxsiyyətlərlə ölçülür.
Təbiəti kainatın bir parçası, olduğu kimi insanlar da kainatın düşünən canlılarıdır.Yaradanın öz qanunauyğunluğu olduğu üçün həyatda hər bir varlıq öz nəslini yaşatmaq üçün artır, çoxalır və varislərini yerlərində yadigar qoyaraq başqa bir aləmə köçürlər…
Hörmətli oxucularımız, Sizlərə bu məqaləmdə tərcümeyi-halları daha rəngarəng və bir-birindən maraqlı həyat ömürləri olan tanınmış nəsilərimizdən biri Qanbayevlər ailəsindən söhbət açacağam. Doğrusu, haqqlarında o qədər fakt və məlumat eşitmişdim ki, yazmaq istəsəm…bəlkə də bir qəzetə sığası deyildi. Yazıma başlamazdan əvvəl, gəlin bu nəslin görkəmli nümayəndələrini hər birini ayrı-ayrılıqda daha yaxından tanıyaq…
Qanbayevlər ailəsinin 18-ci əsrdən üzü bəri gələn nəslinin ağsaqqalı Xanbala Polad oğlu Qanbayev olmuşdur. Bu böyük insanın ömrünün hər anı, hər dəqiqəsi vətənə, dövlətə sədaqətlə xidmətin əsl təntənəsi idi.
Xülasə, bu baxımdan müsahibimizin tarixi həyat yoluna qısa nəzər salmağı özümüzə borc bildik.
Azərbaycanda etnik dayaq yaratmaq vacib olduğundan, o vaxtlar təqribən 18-ci əsrin əvvələrində regiona ərəb əhalisinin köçü başlamışdı. Tarixi mənbələrə əsasən bildirək ki, Müsahibimiz Qanbayevlər ailəsi də qədim mədəniyyət beşiyi olan Şamaxıda Ərəb-Şahverdi tayfalarına mənsub oloduğundan, onlar sonradan Azərbaycanda əsasən Şirvan regionunda Kür çayının kənarına köç etmiş, öz köçəri həyatları ilə elə burdaca məskunlaşmağa başlamışlar.
Müsahibimin dörd oğlu, iki qız övladı olub. Nümunəvi ailə başçısı olduğu üçün övladlarına da təsadüfi yox, adlarına oxşasınlar deyə seçmə adlar qoyurmuş.
Sözsüz, adların məsuliyyəti danılmazdır. Görünür, Xanbala ad seçərkən düşünüb- daşınıb, gələcəyin qurucularının da üstünə irəlicədən məsuliyyət yükü qoyub.
Mətləbdən çox uzaqlaşdıq, mən yenə də hörmətli oxucularımın diqqətini Xanbala bəyə yönəltmək istəyirəm. Çox səmimi insan olub. Əlbəttə, bu səmimiyyətdə saxtakarlıq ola bilməzdi. Müsahibim Ana Vətənini, elini, obasını, yurdunu, ilahi sevgiylə sevən, bir vətəndaş olmaqla bərabər, dövlətə, onun atributlarına-gerbinə,himninə böyük hörmətlə yanaşan, bu yolda canı ilə, qanı ilə xidmət etməyə hazır olan bir vətən oğlu imiş.
Aldığımız məlumata görə onun övladlarından dördünün müəllim olmasına baxmayaraq, Xanbalanın digər iki övladından biri -Qanbayev Ənzəli Prokuror, Qanbayev Gəncəli isə ata yolunu tutaraq Milis sistemində işləməyi özünə şərəf bilmişdir.
Tarixi araşdırmalarımıza görə buradan belə bir nəticəyə gəlmək olur ki, bəy nəsilindən olan Qanbayevlər öz xeyirxahlıqları ilə el-obada tanınmış, hörmət sahibi olan ziyalılar sayılmışlar. Belə insanları tarix yüz ildən, bəlkə də min ildən bir yetirir.
Yuxarıda qeyd etdiyim kimi, Xanbala bəy elin sözü keçən, sayılan-seçilən ağsaqqallarından olmaqla, çox dövlətli və adlı-sanlı adam olub. Bilikli və müdrik insanları adətən sadə, ağıllı və təvazökar olurlar. Xanbala bəydə də məhz bu keyfiyyətlər həmişə özünü göstərməkdə idi. Dövlətə xidmət etmək, hər mənada xalqa təmənnasız əl tutmaq Xanbala müəllimin fəaliyyətinin bir hissəsi olub.
Əhsən, belə oğulu doğan anaya, ərsəyə çatdıran ataya!
Xanbala Polad oğlu Qanbayev…
Zubovka rayonunda 1904-cü ildə (indiki Şirvan şəhəri) anadan olub. Fəaliyyət dövrü əsasən ötən əsrin əvvəllərinə təsadüf edilən müsahibimiz əvvəlcə, rayon NKVD-sində çalışmış, daha sonralar isə Əli-Bayramlı rayon Milisində öz fəaliyyətini davam etdirmişdir. İşlədiyi müddətdə həmişə dövlətə sadiq, xalqına, elinə-obasına isə arxa, dayaq olmuşdur.
Tarix tarixdir…Xatırladaq ki, 1941-1945-ci illər müharibəsi Azərbaycan xalqının həyatında çox mühüm yer tutduğundan, xalqımızın tarixinin parlaq səhifələrindəndir. Bəli, tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın salnaməsi, həyat yoludur. Unutmaq olmaz ki, o dövrdə faşizim bütün insanlar üçün təhlükəli bir hadisəyə çevirilmişdi.
Mütləq qeyd etməliyəm ki, müharibənin ilk günlərində Azərbaycanın şiddətli döyüşləri zamanı arxa cəbhədə yıxılanı ayağa qaldırmaq, kimsəsizə əl tutmaq, ehtiyacı olana yardım etmək bir sözlə, xeyirxah işlər görməyi yüksək mənəvi məsuliyyətlə üzərinə götürərək şərəflə, əzmlə təmənnasız həyata keçirmiş bir Milisin-yəni Xanbala Polad oğlu Qanbayevin mənəvi xoşbəxtliyi,daxili zənginliyidir.
Xalqımıza, vətənimizə sədaqətdə,sadiqilikdə, vətənimiz olan Azərbaycanı bir övlad kimi, işlədiyi, yerlərdə və illərdə təmsil etməkdə original gedişlər edən, Xalqa sədaqət, vətənə millətə sadiqlik onun mənəvi zənginliyini dolğunlaşdıran şərtlərdənsə, əyilməzlik, yenilməzlik də onun mənəvi ailəmini daha da dolğunlaşdıran şəxsiyyət xasiyyətlidir.
Qeyd edək ki, Xanbala Polad oğlu Qanbayev 26 avqust 1962-ci ildə 59 yaşında həyata vida demiş, əbədiyyətə qovuşmuşdu.
Gəncəli Xanbala oğlu Qanbayev…
Uzun illər Sovet Milisində, Hüquq Mühafizə Orqanında çalışan Xanbalanın oğlu Gəncəli Qanbayev 1 yanvar 1931-ci ildə Əli-Bayramlı rayonunda (indiki Şirvan şəhəri) anadan olub.
Müsahibim lap kiçik yaşlarından oxuyub-öyrənib, savadıyla həmyaşıdlarından fərqlənib. Necə deyərlər, gözü-yumlu Azərbaycan Pedaqoji İnistitutun Tarix fakültəsinə qəbul olunub. O, ömrü boyu yaşadığı və həyatının sonunacan ayrılmadığı Əli-Bayramlı rayonunda (indiki Şirvan şəhəri) müxtəlif vəzifələrə qədər yüksəlmişdi.
Gəncəli ilk iş fəaliyyətinə 1957-1964-ci ildə Əli-Bayramlı rayonunda yerləşən Voroşılov adına məktəbdə müəllim kimi başlamış, daha sonralar isə həmin məktəbin direktoru vəzifəsini icra edərək davam etdirmişdir.
Harda çalışmasından asılı olmayaraq, O, kamil müəllim idi, daha doğrusu, müəllimlər müəllimi, hətta mən deyərdim ki, bir qədər sərt idi, xasiyyəti tündməcaz, ötkəm və qətiyyətliydi. Çünki, erkən yaşlarından pəhləvan cüssəli atasını itirmişdi.
Gəncəli Xanbala oğlu Qanbayev 1964-1965-ci ildə Əli-Bayramlı Xalq Məhkəməsinin sədri vəzifəsini daşımışdı. Ancaq ən böyük vəzifəsi 1965-ci ildən Əli-Bayramlı şəhər Milis şöbəsində əvvəlcə rəis müavini olmuş, sonradan isə rəis vəzifəsinə təyin edilmiş, Milis mayoru rütbəsinə layiq görülmüşdür.
1967-ci ildə Əli-Bayramli Zəhmətkeş Deputatlar Sovetinə deputat seçilmiş və ən nəhayət, 1979-1985-ci illərdə isə Qazıməmməd (indiki Hacıqabul) şəhərinə Xalq Deputatlar Sovetinin deputatı olmuşdur.
“1941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi” yubiley medalı, “Vladimir İliç Leninin anadan olmasının 100 illiyi” ilə əlaqədar yubiley medalı, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı, “Sovet milislərinin 50 illiyi” yubiley medalı, “Sovet milislərinin 50 illiyi” yubiley medalı və “Mükəmməl polis” döş nişanı ilə təltif olunmuşdur.
Qeyd edim ki, Gəncəli Xanbala oğlu Qanbayev 15 mart 1987-ci ildə vəfat etmişdir.
Qardaşı Ənzəli Xanbala oğlu Qanbayev …
Bütün fəaliyyəti, həyat yolu və indiyə kimi qazandığı şəxsi nüfuzu ilə, bir sözlə, bütün potensialına görə, hər hansı təriflər və təltiflərdən qat-qat yüksəkdə dayanır. İşlədiyi dövr ərzində dövlətçiliyimizə, xalqımıza, ölkə rəhbərinə daim sədaqətlə qulluq etmiş, üzərinə düşən işə sadiqlik nümayiş etdirmiş və vicdanla yanaşmışdır.
Müsahibim 10 noyabr 1932-ci ildə Əli Bayramlı rayonunda (indiki Şirvan şəhəri) anadan olmuşdur. Orta məktəbdə yüksək təhsil almağı, maneəsiz, hər gəncin yalnız arzuladığı Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmağı elə müsahibimin valideynlərinin zəhmətinin düzgün istiqamətiydi.
Sevib-seçdiyi ixtisası fərqlənmə diplomu ilə bitirmiş, Ənzəli əmək fəaliyyətinə 13 sentyabr 1960-ci ildən Noraşen (indiki Şərur) rayon prokurorluğunda, 1963-ci ilin 23 may tarixində Lenin (indiki Sabunçu) rayon prokurorluğunda, 24 mart 1965-ci ildə Oktyabr (indiki Yasamal) rayon prokurorluğunda, 27 mart 1972-ci ildən Ordjonikidze (indiki Suraxanı) rayon prokurorluğunda, 14 yanvar 1975-ci ildən Oktyabr (indiki Yasamal) rayon prokurorluğunda müstəntiq vəzifəsində başlasa da, müsahibim daha sonrakı ayrı-ayrı illərdə yəni-24 sentyabr 1977-ci ildən Respublika Baş prokurorluğun kadrlar şöbəsinin, 19 iyul 1978-ci ildən Neftçala rayon prokuroru işləmiş, 1981-ci il 5 noyabr tarixində SSRİ Baş Prokurorunun 119-a nömrəli əmrinə əsasən Ənzəli Qanbayevə Ədliyyə müşaviri rütbəsi verilmisdir.
1982-1985-ci illərdə Neftçala rayon Xalq Deputatlarının Sovetinin deputatı olmuş, 30 noyabr 1987-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş prokurorluğunun kriminalistika şöbəsinin, 9 iyun 1988-ci ildən Bakı şəhər prokurorluğunun Daxili işlər Orqanlarının istintaqa və təhqiqata nəzarət üzrə şöbəsinin prokuroru vəzifəsində çalışmışdır.1990-cı il 12 martdan Bakı şəhər prokurorluğunun vətəndaşların qəbulu, sovet qanunvericiliyinin sistemləşdirilməsi və təbliğatı üzrə köməkçi vəzifələrində işləmişdir.
Ənzəli Xanbala oğlu Qanbayev Prokurorluğun polkovnik-leytenantı rütbəsini çiyinlərində şərəflə daşımaqla, “SSRİ Prokurorluğun 1922-1982-ci il yaranmasının 60 illik” medalı və “SSRİ Silahlı Qüvvələrinin 60 illiyi” yubiley medalına layiq görülmüşdür.
Məlumat üçün bildirək ki, Ənzəli 17 iyun 1992-ci ildə pensiya yaşına çatması ilə əlaqədar orqandan xaric edilmişdir.
1994-ci ildə erkən dünyasını dəyişən Ənzəli Xanbala oğlu Qanbayevin Eldar və Dəyanət adında iki oğlu və iki qız övladı vardı.
Dəyanət Ənzəli oğlu Qanbayev…
Növbəti müsahimiz Hüquq Mühafizə Orqanlarında əvəzedilməz xidmətləri olmuş, daim dövlətin mənafeyi naminə çalışmış, xalqımızı cinayətkarlardan qorumuş, təhlükəsizlik orqanlarının milliləşdirilməsinə çalışmışdır. Daim öndə olmuş, öz vəzifəsini peşəkarcasına yerinə yetirmişdir.
Bəli, bu gün müstəqil Azərbaycanın təhlükəsiz inkişafında, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən qorunmasında Dəyanət Ənzəli oğlu Qanbayevin də müstəsna xidmətləri, yeri və rolu vardır.
Müsahibim 3 mart 1965-ci ildə müasir sənaye güşələrimizdən biri olan Şirvan şəhərində anadan olub. Dövrünün gözüaçıq, savadlı nümayəndəsi olan Dəyanət hələ uşaqlıqdan balaca o, ağıl kamalda, fərasətdə tay-tuşlarından seçildiyindən 1983-ci ildə Moskva şəhərində, SSRİ Müdafiə Nazirliyi Hərbi İnstitutunun hərbi hüquq fakultəsinə daxil olmuş, 1988-ci ildə isə Ali məktəbi müvəffəqiyyətlə bitirmişdir.
Hörmətli oxucular, gəlin artıq ömrünün ahıl və aqillik yaşlarında olan bu şəxsin sahibi olduğu müəssisələrin bir qismi barədə müxtəsər də olsa məlumat verək…
Əvvəlcə, SSRİ Baş prokurorluğunun Saratov, Barnaul hərbi prokurorluqlarında təcrübəçi müstəntiq, təcrübəçi prokuror köməkçisi vəzifələrində fəaliyyət göstərən Dəyanət həmçinin Rusiyanın ayrı-ayrı şəhərlərində də müstəntiq işləmişdir.
1992-2016-cı illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda rayon prokurorluğunun müstəntiqi, böyük müstəntiqi, Baş Prokurorluğun müxtəlif idarə və şöbələrində şöbə prokuroru vəzifələrində çalışıb.
Son vəzifəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə İstintaq idarəsinin Kriminalistika texnikası idarəsinin rəhbəri olub. Fransada “İnterpol”un mərkəzi burosunda əməliyyat axtarış və terrorizm, BMT-nın Avropa ofisində terrorizmə və narkobiznesə qarşı mübarizə üzrə treniqlərində iştirak edib.
2013-cü ildən Beynəlxalq Prokurorlar Assosiasiyasının üzvü olan Dəyanət Qanbayev, hazırda təqaüddə olan ədliyyə müşaviridir.
Razılıq hissi ilə bildirirəm ki, Azərbaycan dövləti bütün dövrlərdə prokurorluq işçilərinin qayğısına qalmış və əməklərini yüksək qiymətləndirmişdir. Dəyanət də dövrün tanınmış prinsipial prokurorlardan idi. Prokurorluğun polkovnik-leytenantı rütbəsində olmaqla yanaşı, müsahibim müxtəlif illərdə dövlət tərəfindən uğurlu xidmətlərinə görə bir neçə mükafatlarla təltif olunmuşdur.
Qeyd etmək lazımdır ki, qanunçuluğun, ictimai asayişin mühafizəsi kimi sərt, ciddi, tələbkar qaydalarla uzun müddət qüsursuz işləmək, dövlətin hörmətini, etibar və etimadını qazanmaq, mehriban, qayğıkeş insan olmaq, sevilib xatırlanmaq hər kəsə nəsib olmur.
Məhz, Dəyanət Ənzəli oğlu Qanbayevi hörmətli edən onun prinsipiallığı, qanunpərəstliyi, tələbkarlığı, adamların talehinə ədalətli yanaşması, qanunların tələblərini düzgün yerinə yetirməsi olmuşdur. Müsahibimi hörmətli edən bir də onun yüksək mənəvi keyfiyyətləri idi. Sadə, zəhmətkeş insanları daha çox sevmiş, onların qayğılarına heç vaxt biganə qalmaması idi.
Yekun vuraraq deyirəm ki, korifey prokurorların arasında Dəyanətin özünəməxsus xüsusi yeri olmuşdur. Onun həyatı, iş prinsipləri, iş fəaliyyətində gördüyü işlər gənc nəslimiz üçün tərbiyə məktəbidir.
Apardığımız araşdırmamızdan məlum olur ki, Babası Xanbala bəydən, atası Ənzəli kişidən keçən tərbiyə-məsuliyyət, dövlətin qorunması irsən Dəyanətə də keçmişdir. Müsahibim də öz növbəsində bu adı doğruldur. Atasının, babasının tutuqları yolu davam etdirdiyi üçün qurur duyur. İşlədiyi kollektivin-iş yoldaşlarının dərin hörmətini qazanmış, Dəyanət öz vəzifə borcunu ləyaqətlə yerinə yetirir. Bununla da, bir ata və baba ruhunu şad etməklə təsginlik tapır, öz öhtəsinə düşən işin nəslinin adına layiq yanaşır!
Eldar Ənzəli oğlu Qanbayev…
İndi oxucularımıza təqdim edəcəyim qəhrəmanımız 11 iyun 1960-ci ildə Əli-Bayramlı rayonunda (indiki Şirvan şəhəri) dünyaya göz açmış Ənzəlinin oğlu Eldar Qanbayevdir.
Bəri başdan deyək ki, Eldar öz zəhməti, səriştəsi, yüksək mənəvi keyfiyyətləri, təbiəti etibarilə doğma yurdun başını ucaldan həmin oğullardan biridir. Lakin genetik qan yaddaşı, dərin təfəkkürü, istedadı daim onu fərqləndirmiş, başqalarına nümunə etmiş bacarığını üzə çıxartmışdır.
O, 1977-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul olumuşdur. Eldar ilk fəaliyyətinə 2 fevral 1994-cü ildən 1996-cı ilə qədər Yasamal Hərbi prokurorluğunun, Respublika Daxili Qoşunlarının qanunlarının icrasına nəzarət üzrə, burda hərbi prokurorunun köməkçisi vəzifəsində başlamış, sonradan isə Hüquq Mühafizə Orqanlarında davam etdirmişdir.
Qeyd edək ki, müsahibimiz 2000-ci ildən Nərimanov rayon Polis İdarəsinin hüquq qaydasının təmini üzrə İctimai Şuranın üzvü olmuşdur.
Tanıyanlar yaxşı bilirlər ki, haqq adamı idi. Haqqı, ədaləti həmişə özünə bayraq edər, ayrı-seçkiliyi heç sevməzdi. Çox sadə və səmimi insan olduğuna görə hamı onun hörmətini saxlayırdı. O, çox təmkinli olması, alicənablığı, saf ürəkli, mədəni, istedadlı olması ilə seçilirdi.
Qeyd edək ki, Eldar Ənzəli oğlu Qanbayev 27 oktyabr 2011-ci il tarixində Bakı şəhərində rəhmətə gedib. Vaxtsız dünyasını dəyişmiş Eldarın iki oğul övladı vardı.
“Qanbayevlər” ailəsinin üzvlərindən biri olan, Eldar bəyin oğlu Toğrul Qanbayev atasının yolunun və əməllərinin sədaqətli davamçısıdır. Hazırda O, Daxili İşlər Orqanlarında ictimai asayişin qorunmasında öhdəsinə düşən müqəddəs vəzifəni xidməti ilə ləyaqətlə, şərəflə yerinə yetirir.
Bütün bunlardan sonra qətiyyətlə deməyə haqqımız var ki, bu böyük nəslin 18-ci əsrdən bəri gələn övladları, dövlətə xidmətdə həmişə seçiliblər. Təbiətən fədakarlıqları nəsildən-nəsilə ötürüləcək “Genetik kodu” yaşatmışlar.
Bəli, baladan oğula, oğuldan isə nəvəyə keçən bu məsuliyyətli, çətin və eyni zamanda şərəfli yol bu gün də davam etdirilməkdədir…
Media əməkdaşı olaraq, Mən bir böyük nəsilin-ömürlərini… Azərbaycan Polisinin inkişafına həsr edən, Polis adına şərəf gətirən bir nəslin ömür yoluna işıq saldım.
Üzü sabaha gedən ömür yolunda Dövlətçiliyimizin, Müstəqilliyimizin qorunmasına həsr edilmiş bir “Qanbayevlər” ailəsi haqqında söhbət açdım.
Bu gün qürurla deməyi özümə borc bilirəm ki, Qanbayevlər kimi şəxsiyyətlər dövlətimizin fəxrləridir. Şərəfli ömrünü “Hüquq Mühafizə Orqanları”na həsr etmiş Qanbayevlər adı bir ömür boyu daim dərin hörmətlə çəkiləcək, onların əziz və unudulmaz xatirəsi xalqımız, dövlətimiz tərəfindən əbədi olaraq xüsusi ehtiramla yad ediləcəkdir.
Çox şadam ki, bu gün Azərbaycan polisin fəaliyyəti xalqımız tərəfindən razılıqla qarşılanır. Vətəndaşlarımız Polisə daha çox arxalanır. Çünki, öz hüquqlarının və təhlükəsizliklərinin layiqincə mühafizə olunduğunu düşünürlər.
Polis əməkdaşlarının uğurla fəaliyyət göstərməsi, dövlətçiliyə şərəflə xidmət etməsi və daxili sabitliyin təmin edilməsi Azərbaycanın iqtisadi inkişaf və əhalinin sosial rifah halının yaxşılaşmasına şərait yaradır.
Bəli, Azərbaycan polisi ölkəmizin xoş və gülərüz simasıdır. Bunu xüsusi qeyd edim ki, biz həmişə polislərdən xoş rəftar, səmimi ünsiyyət və isti münasibət görmüşük. Təhlükəli hallarda insanların həyatını xilas etmək üçün canını belə əsirgəməyən nə qədər polis əməkdaşımız var.
Mən Azərbaycan polisi deyəndə polis adına ləkə gətirən kimləri yox, mənim, sənin, onun üçün, hamımız üçün, Vətənimiz üçün,dövlətimiz üçün, xalqımız üçün yaşayan, mübarizə aparan, ən riskli vəziyyətlərdə belə düşünmədən özünü irəli atan, ölümün qarşısına mərd-mərdanə çıxan çoxsaylı polislərimizi düşünürəm. Onlar mənim üçün bizi qoruyan Polisdir. Onlar hər zaman keşikdədir.
Polisi sevmək lazımdır, Polisə minnətdar olmaq lazımdır. Polis bizim keşikçimizdir, bizə xidmət edir. İnsanlar polisə güvənməli və polislə bir olmalıdır. Azərbaycan polisi asayişin və qanunçuluğun keşiyində möhkəm dayanmışdır.
Biz bu əmin-amanlığa görə polislərimizə minnətdarıq! Əminəm ki, Azərbaycan polisi cinayətkarlığa qarşı mübarizəni bundan sonra da uğurla davam etdirəcək.
Mətbuat olaraq, kollektivimiz və bütün həmkar jurnalistlərimiz adından Azərbaycan Polisini peşə bayramı münasibəti ilə səmimi-qəlbdən təbrik edirik.
Sizlərə möhkəm cansağlığı, uzun ömür, Azərbaycan xalqına, dövlətinə yorulmaz xidmətlərinizdə və şərəfli peşənizdə uğurlar arzulayırıq!
Aybəniz Füzuli qızı Abdulova,
“Azia.az”- ın(“Azərbaycan İnformasiya Agentliyi”)>>
Xüsusi Müxbiri.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi
Populyar Xəbərlər