Yeni XəbərLər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib
19.10
Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb
20.09
Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq
20.09
FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ
14.09
BAKIDA BU YOLLARDA SIXLIQ VAR
12.09
ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB
07.09
Arxiv
Sorğu
Оцените работу движка
28 İyn 09:48Olke
ELYAZ VİLAYƏTÇİ, VİLAYƏT EYVAZOVUN DOĞUM GÜNÜNÜ TƏBRİK ETDİ.
Respublikaxəbər.az-ın rəhbəri Elyaz (Vilayətçi) Gülüyev 27 ildir ki, 1994-cü ilin noyabr ayından polis nəfəri kimi, AR-nın DİO-da xidmətə başlayaraq İctimai təhlükəsizliyin təminində xalqa əməyini əsirgəməyən və bu gün də general-polkovnik rütbəsində DİO-nın rəhbəri vəzifəsində əyləşən cənab nazir Vilayət Eyvazovu doğum günü ilə bağlı təbrik etdi.
Təbrikdə deyilir:
Hörmətli, cənab Nazir,
İlk öncə Sizi, ailənizi və yaxınlarınızı fürsətdən istifadə edərək əvvəlcə özümün, ailəmin və sonra da redaksiya heyyətimin adından salamlayıb, Sizi doğum gününüz münasibəti ilə cümləmiz adından təbrik edirəm. Bütün ictimaiyyət bilir ki, mən hər zaman,hər yerdə Sizi tərif edib, Sizinlə fəxr edir, Sizə böyük güvənimin, hörmətimin və məhəbbətimin olduğunu bildirirəm. Məndə Sizə qarşı çoox böyük istiqanlılıq, və istək vardır. Mən dəfələrlə müraciət və məlumat xarakterli məktublarımda da qeyd etmişəm və yenə də qeyd edərək bildirirəm ki, mənim və mənim bildiyim vətəndaşların hüquqları aşağı təbəqələrdə pozulsa da, Sizə müraciət etdikdən sonra, Sizin göstərişiniz və tapşırığınız sayəsində bərpa olunmuşdur. Mənim Sizə qarşı olan hörmətim və sayğım, əvvəla özümdən asılı olmayaraq Sizin xarici görünüşünüzə, yəni əsl polis məmuru kimi hərəkətlərinizə və pozulmuş hüquqlara qarşı dərhal reaksiya verməyinizə görə yaranıb.
Cənab nazir!
Sizi bir daha təbrik edirəm,Sizə uca Allahdan uzun və xeyirli ömür arzulayıram.
Hörmətlə: Elyaz (Vilayətçi) Gülüyev
Respublikaxəbər.az
Təsisçi, baş direktor
Azərbayсan Respublikasının Daxili İşlər naziri general-polkovnik Eyvazov Vilayət Süleyman oğlu
1968-ci ildə Culfa rayonunun Əbrəqunus kəndində anadan olmuşdur. 2000-ci ildə Azərbaycan Respublikası DİN-in Polis Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir.
1994-cü ilin noyabr ayından daxili işlər orqanlarında xidmət edir. Daxili işlər orqanlarında fəaliyyətə polis nəfəri kimi başlamış, cinayət axtarışı qurumlarında müxtəlif vəzifələrdə xidmət etmiş, DİN-in Baş Cinayət Axtarış İdarəsində şöbə rəisinin müavini, 2001-2005-ci illər ərzində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini və rəisi vəzifələrində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 aprel tarixli 753 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, 2016-cı il 11 mart tarixli 1889 nömrəli Sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 20 iyun tarixli 1278 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər naziri təyin edilmişdir.
Cinayətkarlığa qarşı mübarizə işinin təşkilində, dövlətin Konstitusiya və dövlət quruluşunun müdafiəsində, əmin-amanlığın təmin edilməsində səmərəli fəaliyyətinə görə müxtəlif mükafatlara layiq görülmüş, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun tarixli 725 nömrəli Fərmanı ilə “Azərbaycan Bayrağı”, 2014-cü il 1 iyul tarixli 598 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə", 2018-ci il 29 iyun tarixli 263 nömrəli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə”, 2020-cil il 9 dekabr 2338 nömrəli Sərəncamı ilə "Zəfər" ordenləri, 2008-ci il 1 iyul tarixli 2912 nömrəli Sərəncamı ilə “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 2006-cı il tarixli 1546 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi, 2019-cu il tarixli 1299 nömrəli Sərəncamı ilə general-polkovnik ali hərbi rütbəsi verilmişdir.
Ailəlidir. Üç övladı var.
Yorum ekle
Xəbərlər
"Yol hərəkəti haqqında" qanuna dəyişiklik edilib 08:21Ölkə üzrə sentyabr ayının pensiya ödənişi yekunlaşıb 21:46Paytaxtın Ələsgər Qayıbov küçəsində hərəkət tam məhdudlaşdırılacaq 16:26FORMULA 1" YARIŞ HƏYƏCANINDA 2-Cİ GÜNÜN GÖRÜNTÜLƏRİ 00:20BAKIDA BU YOLLARDA SIXLIQ VAR 08:34ŞUŞA ŞƏHƏRİNƏ NÖVBƏTİ KÖÇ KARVANI YOLA SALINIB 10:42DİP Milli Məclisə seçkilərlə bağlı bəyanat yaydı 21:23Media nümayəndələri Tərtər-Ağdərə və Goranboy rayonlarında deputat seçkiləri müşahidə ediblər. 01:43
Istifadəçi Girişi